Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Hərbi qulluqçulara sığorta ödənişi üzrə səlahiyyətimiz dayandırılıb"

Bəzi müharibə əlilləri sığorta ödənişini niyə ala bilmir?
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hərbi qulluqçulara sığorta ödənişi üzrə səlahiyyətimiz dayandırılıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərsığorta” Dövlət Sığorta Şirkəti bir qrup Vətən müharibəsi əlilinin dövlət icbari sığorta ödənişi ala bilməməsinə münasibət bildirib.

“Azərsığorta”nın mətbuat katibi Elnur Hüseynquluyev  açıqlamasında bildirib ki, dövlət icbari şəxsi sığortası sahəsində sığorta ödənişlərinin verilməsi ilə bağlı vətəndaşların tələblərinin yerinə yetirilməsi Şirkətin səlahiyyətlərinə aid deyil: “Belə ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli 1340 nömrəli Fərmanına əsasən, Şirkətin dövlət icbari şəxsi sığorta sahəsindəki səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Habelə, həmin Fərmanın 2.7-ci bəndinə əsasən Şirkət 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini həyata keçirməlidir. Göründüyü kimi, Fərman sığorta olunma müddətindən asılı olmayaraq, sığortaolunanlara, o cümlədən hərbi qulluqçulara sığorta ödənişinin həyata keçirilməsi üzrə səlahiyyətimizi qeyd olunan tarixdən sonra dayandırıb.

Qeyd edilən Fərmana əsasən, vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi rəsmi olaraq bildirilsə də, onlar hələ də sığorta ödənişini Şirkətdən almalı olduqlarını hesab etdiklərindən belə anlaşılmazlıqlar yaranıb.

Həmçinin qeyd edək ki, mövcud problemin həlli ilə bağlı aidiyyəti dövlət orqanlarına tərəfimizdən müvafiq məlumatlar verilib.

Qeyd edim ki, 14.10.2020-ci ildən 27.12.2021-ci il tarixədək “Azərsığorta” Dövlət Sığorta Şirkəti tərəfindən yüngül və ağır xəsarət növləri üzrə, həmçinin I, II və III qrup əlillik dərəcələrinə görə ümumilikdə 12 mindən çox İkinci Qarabağ Müharibəsi qazilərinə sığorta ödənişi həyata keçirilib”.

XXX

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bir qrup Vətən müharibəsi əlilinin dövlət icbari sığorta ödənişini ala bilməməsi məsələsinə aydınlıq gətirilib.

Fonddan bildirilib ki, həmin şəxslərə sığorta ödənişinin verilməsi Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) səlahiyyətindədir.

“Prezident İlham Əliyevin 2021-ci il 18 may tarixli Fərmanı ilə Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) dövlət icbari şəxsi sığorta sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Dövlət icbari şəxsi sığortası üzrə sığorta olunan şəxslərə həmin vaxtdan sonra baş vermiş sığorta hadisəsinə (sığorta ödənişi verilməsinə əsas yaradan hadisə və ya hala) görə sığorta ödənişi Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. 2022-ci il yanvarın 1-dək baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi verilməsi isə qanunla “Azərsığorta”nın səlahiyyətindədir”, - deyə bildirilib.

Həmçinin qeyd olunub ki, bağlanmış müqavilələr üzrə həmin vaxtadək onların sığortaçısı “Azərsığorta” olub və onların dövlət icbari şəxsi sığortası üzrə sığorta haqları da xidmət etdikləri orqanlar tərəfindən “Azərsığorta”ya köçürülüb.

“Misal üçün, hərbi qulluqçu 2022-ci il yanvarın 1-dək olan dövrdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alıbsa, bu xəsarətə görə əlillik 2022-ci il yanvarın 1-dən sonra təyin edilibsə, ona sığorta ödənişini “Azərsığorta” edir. Çünki xəsarət aldığı dövr üzrə onun sığortaçısı “Azərsığorta” olub və həmin dövr üzrə hərbi qulluqçunun sığorta haqları da bu təşkilata köçürülüb. 2022-ci il yanvarın 1-dək sığorta ödənişi edilmiş sığorta hadisələri ilə bağlı həmin vaxtdan sonra şəxsin səhhətində müvafiq tibbi sənədlərlə təsdiq edilən ağırlaşmalara görə yeni sığorta hadisəsi baş verdiyi halda əvvəl verilmiş ödənişlə yeni sığorta hadisəsinə görə müəyyən olunmuş ödəniş arasındakı fərq məbləği isə DSMF tərəfindən verilir. Misal üçün, hərbi qulluqçu 2022-ci il yanvarın 1-dək hərbi səbəblərlə əlaqəli 3-cü dərəcə əlilliyə görə “Azərsığorta”dan sığorta ödənişi (4400 manat) alıb. Lakin 2022-ci il yanvarın 1-dən sonra səhhətində ağırlaşma səbəbindən hərbi səbəblərlə əlaqəli ona 2-ci dərəcə əlillik təyin edilib. Bu zaman ona əvvəl verilmiş sığorta ödənişi ilə hərbi səbəblərlə əlaqəli 2-ci dərəcə əlillik üzrə müəyyən olunmuş sığorta ödənişi (6600 manat) arasındakı fərq məbləği (2200 manat) DSMF tərəfindən ödənilir”, - açıqlamada bildirilib.

Qeyd edək ki, ötən gün bir qrup müharibə əlili "Azərsığorta"nın qarşısında etiraz aksiyası keçirib.

KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya

APA

19.04.2022 13:47
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ