Azərbaycanda vergi ödəyicilərinin sayı 10%-ə yaxın artıb
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,1% təşkil edib2022-ci il aprelin 1-nə respublika üzrə uçotda olan 1 milyon 360 min 747 vergi ödəyicisinin 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,7%, o cümlədən fiziki şəxslərin sayı 9,9%, hüquqi şəxslərin sayı 7,8% artıb.
Yanvar-mart ayları ərzində 3 min 98 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,1% çoxdur. Kommersiya qurumlarının 82,2%-i elektron qaydada, 17,8%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. 530 kommersiya qurumunun (ümumi qeydiyyatın 17,1%-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,2%-i yerli investisiyalı, 12,8%-i xarici investisiyalı müəssisələrdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli dövlət qeydiyyatına alınmış investisiyalı kommersiya hüquqi şəxslərin sayı 8,3% artıb. Ümumiyyətlə, aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,9%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.
Hesabat dövründə kommersiya qurumlarının 82,2%-i elektron qaydada qeydiyyatdan keçib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1% təşkil edib. 2022-ci ilin birinci rübündə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 433 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 14%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16,2% təşkil edib.
Birinci rüb ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,3%, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 20,2% artıb.
Aprelin 1-nə dövlət qeydiyyatında olan 148 min 788 kommersiya qurumundan 89 min 860-nın vəziyyəti aktiv olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12,1% artıb, xüsusi çəkisi isə artaraq 60,4%-ə çatıb.
Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 15% artaraq 27 min 570 vahid təşkil edib.
Aprel ayının 1-nə 322 publik hüquqi şəxs, 17 min 266 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,1% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
3 d. əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 7 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
17 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 19 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub























