Azərbaycanda qoz bağlarının güzəştli sığortası başlayıb - ŞƏRTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq qoz bağlarını sığorta etməyə başlayıb. Əkin sahələrində olduğu kimi, qoz bağları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.
Aqrar sığorta qoz bağlarını çoxsaylı risklərdən qoruyur. Bura dolu, donvurma (şaxtavurma), sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, doluvurmadan keyfiyyət itkisi, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Qoz bağlarının sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq donvurma (şaxtavurma) halından, bitki xəstəlikləri və zərərvericilərdən, eləcə də ağacların özünü ayrı-ayrılıqda sığorta edə bilərlər.
Qoz Azərbaycanın demək olar ki, bütün ərazilərində yetişdirilir. Ölkədə ümumilikdə 6212 hektar qoz bağı var.
Azərbaycanda ən çox qoz bağları Şəki-Zaqatala bölgəsindədir. Ölkədəki 6,2 min hektar qoz bağının 2,4 min hektarı və ya 40%-i bu bölgədədir.
Ölkədə ən çox qoz bağı Oğuz (687 hektar), Şəki (636 hektar) və Zaqatala rayonundadır (525 hektar). Bundan başqa qoz bitkisi Quba-Xaçmaz və Dağlıq Şirvan bölgələrində də aktiv becərilir. Quba rayonunda 528 hektar, İsmayıllı rayonunda 493 hektar qoz bağı var. Naxçıvan Muxtar Respublikasındakı 437 hektar qoz bağının yarıdan çoxu iki rayonda – Şahbuz (149 hektar) və Ordubadda (94 hektar) cəmləşib.
Qoz - son illər Azərbaycanda biznes məqsədilə ən çox əkilən bitkilər sırasındadır. Təsadüfi deyil ki, 6,2 min hektar qoz bağının 4 535 hektarı ənənəvi üsulla əkilib. 1678 hektar və ya bütün bağların 27%-i isə intensiv və superintensiv bağdır.
Qoz bağı biznesinə maraq ildən ilə artıq. Təkcə ötən il ölkədə 285 hektardan artıq yeni qoz bağı salınıb. Ötən il Oğuzda 77 ha, Şəkidə 57 ha, Şəmkirdə 36 ha, Goranboyda 55 ha, İsmayıllıda 22 ha qoz bağı salınıb.
Yeni salınan qoz bağları da daha çox intensiv üsulla salınır - 285 hektar yeni qoz bağının 202 hektarı intensiv üsulla salınanlardır.
Qoz bağlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,08%-4,20% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Şəki-Zaqatala bölgəsində sığorta tarifi 3,89% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Misal: Məhsuldarlığı 30 sentner, 1 sentnerin qiyməti 300 manat, yəni ümumilikdə 9 000 manatlıq məhsul gözləniən qoz bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 187-378 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 94-189 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, femerə 8 100 manatadək sığorta ödənişi edilə bilər.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik kalkulyatoru» bölməsində hesablaya bilərlər.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
1 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 5 d. əvvəl
- 20 d. əvvəl
-
40 d. əvvəl
“Legion Financial” - Sürətli böyümə ilə yanaşı risklər də artıb
- 45 d. əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kirayə ödə, mənzil sənin olsun - 184 tam təmirli mənzil vətəndaşlara təqdim edilir
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Bank sektorunda son vəziyyət açıqlandı
“Legion Financial” - Sürətli böyümə ilə yanaşı risklər də artıb
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
SpaceX-in səhmləri kəskin ucuzlaşmağa davam edir
Ən çox oxunanlar
Visa 2 min 600 əməkdaşını işdən çıxarmağa hazırlaşır
Apple ilk dəfə 5 trilyon dollarlıq bazar dəyərinə çatıb
AccessBank tender elanının vaxtının uzadıldığını elan edir
OPEC+ kvota artımlarına fasilə verməyi planlaşdırır
Azərbaycanda yeni qazma şirkəti qeydiyyata alınıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir









.webp)





