Azərbaycan 25 illik dövrdə ilk dəfə bu Təşkilatın rəhbərliyində təmsil olunacaq
Azərbaycan Respublikası dünyanın mötəbər qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına (İLO Governing Body) üzv seçilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla da Azərbaycan BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb.
BƏT-in üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasının gündəliyində duran məsələlərdən biri də BƏT-in Rəhbər Orqanına 2017-2020-ci illər üçün seçkilərin keçirilməsi olub. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sessiya çərçivəsində keçirdiyi görüşlər zamanı ölkəmizin namizədliyinin dəstəklənməsi ilə əlaqədar ətraflı məsləhətləşmələr aparılıb.
Azərbaycan nümayəndə heyəti ölkəmizin BƏT-in Rəhbər Orqanında təmsil olunmasına verilən yekdil dəstəyə görə minnətdarlıqlarını ifadə edib. Bu dəstəyin Azərbaycanın BƏT-lə ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinə, əmək, məşğulluq, sosial hüquqların təminatı, sosial dialoqun inkişafı və s. sahələrdə mütərəqqi beynəlxalq təşəbbüslərdə fəal iştirakına verilən yüksək dəyərin və ədalətli yanaşmanın ifadəsi olduğu vurğulanıb.
BMT sistemində hökumət nümayəndələri, işəgötürənlər və işçiləri bir araya gətirən yeganə üçtərəfli qurum olan BƏT layiqli əmək prinsipi əsasında beynəlxalq əmək standartlarının hazırlanması, təbliği və tətbiqi sahəsində geniş fəaliyyət spektrinə malik nüfuzlu beynəlxalq təşkilatdır. BƏT-in fəaliyyəti onun hökumət, işəgötürən və işçilərin nümayəndələrindən ibarət olan üç əsas orqanı - Beynəlxalq Əmək Konfransı, Rəhbər Orqan və Katiblik vasitəsilə həyata keçirilir. Təşkilatın Rəhbər Orqanı hər üç ildən bir seçilir və müvafiq istiqamətlər üzrə mühüm qərarların qəbulu, o cümlədən təşkilatın Baş Direktorunun təyin edilməsi, Beynəlxalq Əmək Konfransının gündəliyinin müəyyən edilməsi, ümumi məsələlərin tənzimlənməsi və s. vacib sahələrdə fəaliyyət göstərir.
1992-cü ildə BƏT-in üzvü olan, ötən dövrdə Təşkilatın əmək və məşğulluq sahəsində əsas hüquqları əhatə edən 57 Konvensiyasına qoşulan Azərbaycan MDB məkanında BƏT-in nümayəndəliyinin açıldığı ilk ölkələrdən biridir. Azərbaycan müvafiq sahə üzrə milli qanunvericiliyini həmin Konvensiyalar əsasaında mütərəqqi dünya standartlarına uyğun təkmilləşdirib. Bu sənədlərdən irəli gələn məsələlərin həlli sahəsində görülən işlərə dair mütəmadi olaraq BƏT-ə hesabatlar təqdim olunur. Ötən dövrdə Təşkilatla daim genişlənən əməkdaşlıq, birgə layihələrin icrasında əldə olunan müsbət təcrübə 2016-cı ilin 30 sentyabr tarixində Azərbaycan Hökuməti ilə BƏT arasında növbəti “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın qəbul olunmasına imkan yaradıb. Proqramın icrası sahəsində mühüm addımlar atılmaqla bərabər, BƏT prinsiplərinə uyğun olaraq ölkəmizdə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya da yaradılıb.
BƏT-lə geniş əməkdaşlıq gündəliyi əmək və məşğulluq sahəsində qanunvericiliyin, habelə institusional və kadr potensialının təkmilləşdirilməsi, gənclər üçün aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı üzrə təlimçilərin hazırlanması və s. istiqamətləri əhatə edir. Onu da bildirək ki, gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində ölkəmizdə aparılan siyasətə BƏT səviyyəsində yüksək dəyər verilməsinin ifadəsi olaraq, son illərdə BƏT-in rəsmi saytında gənclərin məşğulluğu üzrə hüquqi bazası, praktik iş təcrübəsi təqdim olunan ölkələr sırasına Azərbaycan da daxil edilib.
Eyni zamanda, ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan uğurlar, əmək və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi üçün aparılan islahatlar, bu sahələr üzrə avtomatlaşdırılmış sistemlər (sığorta-pensiya sistemi, əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyat sistemi, ünvanlı sosial yardım üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi) BƏT tərəfindən yüksək dəyərləndirilib. BƏT-in 2016-cı ilin dekabrında Moskvada keçirilmiş iclasında isə özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi və Üçtərəfli komissiyanın yaradılması sahəsində Azərbaycanın təcrübəsi Avropa ölkələri arasında nümunə kimi göstərilib, digər ölkələrə bu təcrübədən faydalanmaq tövsiyə olunub. Təkcə son iki ildə Azərbaycanda BƏT-in 14 müxtəlif mövzulu konfrans, seminar, təlim və digər beynəlxalq tədbiri, həmçinin cari ildə BƏT-in “Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq, Təşkilatın 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı tədbiri və s. keçirilib.
Azərbaycanın BƏT-in Rəhbər Orqanında təmsil olunması ölkəmizə bu mötəbər qurumla praktik fəaliyyət sahələrini əhatə edən əməkdaşlıq müstəvisini daha da genişləndirməklə bərabər, bu Təşkilatın fəaliyyətində, onun siyasi qərarlarının verilməsində və əmək sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliği və yayılmasında yaxından iştirak imkanı yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
44 d. əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
-
52 d. əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 55 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
1 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
3 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Ən çox oxunanlar
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım




















