Azərbaycanın mebel istehsalında çətinliklər yaranıb
Rusiya və Ukrayna arasında müharibə Azərbaycanın mebel sənayesi üçün xammal tədarükündə bir sıra çətinliklər yaradıb.
Bu barədə açıqlamasında Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının rəhbəri Məşhur Məmmədov deyib.
M.Məmmədov bildirib ki, əsas problemlərdən biri logistika zəncirinin pozulmasıdır:
“Pandemiya başlayandan bütün dünyada, o cümlədən Rusiya, Ukrayna və Türkiyədə xammal materialı bahalaşıb. Müharibənin isə mebel sənayesi üçün ən böyük təsiri nəqliyyat-daşımaçılıq sahəsində olub. İndi Ukraynada yükləmələr demək olar ki, yoxdur. Çünki Ukrayna ərazisindən mal tədarük edən nəqliyyat vasitələri Rusiyadan keçirdi. Həmin yol artıq bağlıdır. Digər tərəfdən, Ukraynada xammal satışı ilə məşğul olan şirkətlərin bir çoxu fəaliyyətini dayandırıb.
Rusiyanın özündə də əksər xammal materiallarının hissələri və mebel xammalı üçün lazım olan kimyəvi maddələr əsasən Avropa ölkələrindən alınırdı. Rusiya-Avropa əlaqələrinin korlanması həmin hissə və kimyəvi maddələrin alınmasında problem yaradıb. Digər tərəfdən Rusiyaya bank köçürmələrində də problemlər var”.
M.Məmmədov qeyd edib ki, sadalanan problemlər xammal materialının daha da bahalaşmasına səbəb olub:
“Artıq xammal materialının çatışmazlığı da özünü göstərməyə başlayıb. Bunların fonunda Azərbaycanın mebel istehsalçıları xammal əldə etmək üçün yeni bazarlar axtarır. Bu, Avropa ölkələri, Çin və Türkiyə bazarı ola bilər. Bu günə qədər mebel üçün xammal materialının 70 %-ə qədəri Ukrayna və Rusiyadan gətirilirdi. Yeni bazarların tapılması bir qədər vaxt aparacaq. Düşünürəm ki, müəyyən vaxtdan sonra bu sahədə stabilləşmə olacaq”.
Mebel ixracına gəlincə, assosiasiya sədri müharibənin bu sahəyə təsir etmədiyini bildirib:
“Azərbaycandan mebel ixracında problem yoxdur. İxrac hər il olduğu kimi bu il də artım tempi ilə davam edir. Bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 6 %-ə qədər artım olub. Bu da Azərbaycan mebel sənayesinin inkişafından xəbər verir. Bu artım getdikcə davam edəcək. Azərbaycan mebelinin əsas ixrac bazarı Rusiya deyil, Gürcüstan, ABŞ, Orta Asiya, Şərqi Afrika və Avropa ölkələridir. Rusiyaya edilən ixracın həcmi çox aşağıdır”.
M.Məmmədov əlavə edib ki, bu il Azərbaycandan təqribən 25 milyon ABŞ dollarına yaxın məbləğdə mebel ixracı gözlənilir.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
52 d. əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 54 d. əvvəl
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
1 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
1 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
- 2 saat əvvəl
-
2 saat əvvəl
Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sement ixracında 20%-lik geriləmə
ABB partnyorları ilə görüş ®
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Ən çox oxunanlar
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib


























