Dövlət satınalmalarının məbləği 555 milyon manatdan çox azalıb, 1118 şikayət daxil olub
Satınalan təşkilatlar tərəfindən satınalmalarla bağlı təqdim olunmuş məlumatlara əsasən 2021-ci ildə dövlət vəsaitləri hesabına 6 milyard 11 milyon 739,7 min manat məbləğində 12 min 129 satınalma proseduru keçirilmişdir. 2020-ci illə müqayisədə dövlət satınalmalarının ümumi məbləği 555 milyon 470,4 min manat və ya 8,5% azalmış, satınalma prosedurlarının sayı isə 2 min 926 vahid və ya 31,8% artmışdır.
Marja xəbər verir ki, bu barədə Dövlət satınalmalarının vahid internet portalının 2021-ci il ərzində həyata keçirilmiş dövlət satınalmaları haqqında hesabatında bildirilir.
Qeyd edilibki, 2020-ci illə müqayisədə müsabiqə əsasında həyata keçirilmiş satınalmaların həcmi ümumilikdə 854 milyon 413,0 min manat və ya 24,4%, o cümlədən təkliflər sorğusu üzrə 510 milyon 543,2 min manat və ya 41,3%, kotirovka sorğusu üzrə 9 milyon 635,3 min manat və ya 8,6%, açıq tender üzrə 208 milyon 728,7 min manat və ya 17,1%, elektron açıq tender üzrə 125 milyon 505,6 min manat və ya 13,5% azalmışdır.
2021-ci ildə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə (2 milyard 994 milyon 548,6 min manat) müqayisədə 348 milyon 485,5 min manat və ya 11,6% dövlət vəsaitinə qənaət edilmişdir ki, bu da ötən illə müqayisədə 43 milyon7,24 min manat və ya 14,1% çoxdur.
Satınalan təşkilatlardan daxil olan yekun protokollara əsasən hesabat dövründə qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı satınalma metodlarının sayı və həcmi aşağıdakı kimi olmuşdur:
- Açıq tender metodu ilə 1 milyard 818 milyon 640,4 min manat məbləğində 3072, o cümlədən 804 milyon 506,6 min manat məbləğində 2970 elektron satınalma vasitəsilə açıq tender proseduru keçirilmişdir. 2020-ci illə müqayisədə bu metodu tətbiq etməklə keçirilmiş müsabiqələrin sayı 658 tender və ya 37,6% artmışdır.
- Təkliflər sorğusu metodu ilə 725 milyon 520,9 min manat məbləğində 524 satınalma həyata keçirilmişdir. Bu da 2020-ci illə müqayisədə 323 satınalma və ya 160,7% çoxdur.
- Kotirovka sorğusu metodu ilə 101 milyon 901,8 min manat məbləğində 5 min 39 satınalma həyata keçirilmişdir. 2020-ci illə müqayisədə bu metodu tətbiq etməklə keçirilmiş satınalmaların sayı 122 satınalma və ya 2,4% azalmışdır.
Qeyd edilib ki, hesabat dövründə dövlət müəssisə və təşkilatları tərəfindən keçirilən satınalmaların təşkilinə dair hüquqi və fiziki şəxslərdən 1118 şikayət daxil olmuşdur. Şikayətlərdə qаldırılаn məsələlər “Dövlət sаtınаlmаlаrı hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnununa uyğun аrаşdırılmış, müsаbiqələrin оbyеktiv şərаitdə аpаrılmаsı, iddiaçılara qarşı ədalətli münasibət göstərilməsi və ayrı-seçkiliyə yol verilməməsi məqsədilə satınalan təşkilatlara tövsiyələr verilmiş, şikayətlərin araşdırılmasının nəticələrinə dair dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin müddəaları müvafiq malgöndərənlərə (podratçılara) izah edilmişdir.
Müştərilərin xəbərləri
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
2 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kirayə ödə, mənzil sənin olsun - 184 tam təmirli mənzil vətəndaşlara təqdim edilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“WhatsApp Web” üzərindən birbaşa səsli və videozənglər etmək mümkün oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
SpaceX-in səhmləri kəskin ucuzlaşmağa davam edir
AccessBank tender elanının vaxtının uzadıldığını elan edir
OPEC+ kvota artımlarına fasilə verməyi planlaşdırır
Ən çox oxunanlar
Azərbaycanda yeni qazma şirkəti qeydiyyata alınıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
Xalq Bankda yeni müşavirlər təyin edildi
Unibank jurnalistlər üçün təlim təşkil edib
Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ
Böyük planların üçün rahat kredit təklifi - Expressbankda








.webp)








