Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədrlərinin görüşü keçirilib

Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında görüş keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə hər iki ölkənin müvafiq dövlət strukturlarının nümayəndələri iştirak ediblər.
Göruş zamanı gündəlikdəki məsələlər, həmçinin iqtisadi-ticari, qarşılıqlı sərmayə qoyuluşu, sənaye, nəqliyyat-logistika, gömrük-sərhəd, neft-qaz, energetika, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı və qida təhlükəsizliyi, bank sahəsi, regionlararası əlaqələr, humanitar və digər sahələrdə əldə olunmuş uğurlar və əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.
Dövlət başçılarının ötən ilin noyabr ayında Soçidə keçirilmiş ikitərəfli görüşü Azərbaycan-Rusiya strateji tərəfdaşlığının növbəti təzahürü olduğu vurğulanıb.
2022-ci ilin Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə əlamətdar olduğu bildirilib.
Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclasının cari ilin aprel-may aylarında Bakıda keçiriləcəyi səsləndirilib.
Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq Azərbaycan-Rusiya ticarət dövriyyəsinin 2021-ci ildə 12%-dən çox artdığı və 3,0 mlrd ABŞ dollarına çatdığı məmnunluqla qeyd edilib.
Fevralın 12-də “Aqroekspress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarının yola salınması iki ölkə arasında həyata keçirilən birgə fəaliyyətin uğurlu nəticəsi kimi dəyərləndirildi. Layihənin Azərbaycan-Rusiya iqtisadi-ticari əlaqələrinin genişləndirilməsinə, sahibkarlığın stimullaşdırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Ölkələrimiz arasında əməkdaşlığın iqtisadi potensialının reallaşdırılmasında işgüzar missiyaların, eyni zamanda Rusiya İxrac Mərkəzinin Azərbaycan istiqamətində aktiv fəaliyyəti vurğulanıb.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının işgüzar dairələr arasında əlaqələrin inkişafında və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində rolu yüksək qiymətləndirilib.
Görüşdə iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşlarının artmasına hərtərəfli dəstək verilməsinin davam etdiriləcəyi, o cümlədən ölkəmiz tərəfindən Rusiya iqtisadiyyatına 1,2 mlrd. ABŞ dollarından çox sərmayə qoyulduğu, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 6 mlrd. ABŞ dollarından artıq investisiya yatırıldığı qeyd edilib.
Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14 şirkətin müraciət etdiyi diqqətə çatdırılıb.
Müxtəlif sənaye layihələri, o cümlədən avtomobil, dərman və tikinti materiallarının istehsalı, dəmir yolları, şərabçılıq, helikopter və avtomobil təmiri və s., uğurlu əməkdaşlığın təzahürü kimi qiymətləndirilib.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük əhəmiyyəti vurğulanaraq, Rusiyanın kənd təsərrüfatı üzrə Azərbaycanın ən böyük istehlakçısı olduğu bildirildi. Diqqətə çatdırıldı ki, 2021-ci ildə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının həcmi 6% artıb. Bu baxımdan Azərbaycandan Rusiyaya meyvə və tərəvəzin dəmiryolu vasitəsilə daşınmasına verilmiş icazənin müddətinin 2023-cü il yanvarın 1-nə qədər uzadılması yüksək qiymətləndirildi. Bununla yanaşı, Rusiyanın Azərbaycana mineral gübrələrin və yem bitkilərinin əsas tədarükçüsü olduğu və bu sahədə uğurlu əməkdaşlığın mövcudluğu qeyd edilib.
Nəqliyyat-logistika sahəsində əməkdaşlığın səviyyəsi yüksək dəyərləndirildi, iki ölkə arasında avtomobil daşımalarının həcminin ötən il 6,6%, tranzit daşımalarının isə 14,3% artdığı xüsusi vurğulanıb.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti vurğulanaraq həm Azərbaycan, həm də Rusiya tərəfindən dəhliz çərçivəsində imkanların genişləndirilməsi üzərində fəal işin aparıldığı bildirilib. Nəqliyyat Dəhlizi üzrə vahid operator mexanizminin yaradılması perspektivləri müzakirə edilib.
Azərbaycan-Rusiya Regionlararası Forumun regionlararası əlaqələrin inkişafında mühüm platforma olduğu və 11-ci Forumun 2022-ci ilin 2-ci yarısında keçirilməsinin planlaşdırıldığı qeyd edilib.
Tərəflər Azərbaycan-Rusiya əlaqələrinin əməkdaşlığın bütün sahələrində möhkəmləndirilməsinə və genişləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını vurğulanıb.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
14 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Ulu Öndərin 102 illiyinə həsr olunmuş tədbir keçirilib
- 17 saat əvvəl
-
-
17 saat əvvəl
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
- 18 saat əvvəl
-
20 saat əvvəl
30 000 AZN mükafat fondu - Potensialı yüksək olan ideyalara dəstək göstəriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sement istehsalçısı "Holcim (Azərbaycan)" xalis mənfəətini bölüşdürəcək
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"İlk dəfə 30 mindən artıq vətəndaş ABB-nin gəlirlərindən öz qazanc payını alacaq"
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Hacıqabul Quşçuluq Şirkətində Ulu Öndərin 102 illiyinə həsr olunmuş tədbir keçirilib

Expressbank rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib

Baku Electronics-dən Qırmızı Xətt!
Ən çox oxunanlar

Balakəndə sərnişin kanat yolu tikiləcək - SƏRƏNCAM

Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi

Gömrük Komitəsidən “Lion Centre” açıqlaması - Qiymətlərin azaldılması, gömrük ödənişlərindən yayınma aşkar edilib

Dolların 12 may üçün rəsmi məzənnəsi müəyyən olunub
