TARSİM təşkilatının nümayəndə heyəti sığorta şirkətləri ilə görüşdü
Vasitəçi şirkətlər tərəfindən satışların idarə olunması müzakirə edilib.Fevralın 15-də Aqrar Sığorta Fondunda (ASF) Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Kənd Təsərrüfatı sığortaları sistemi – TARSİM-in nümayəndə heyəti ilə aqrar sığorta sisteminin üzvü olan sığorta şirkətlərinin təmsilçilərinin görüşü keçirilib.
Fondun yaydığı məlumatda bildirilir ki, görüşdə "Paşa Sığorta", "Meqa Sığorta", "Azsığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Qala Sığorta" və "Bakı Sığorta" şirkətlərinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, TARSİM İdarə Heyətinin sədri Kərim Üstünün rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanda səfərə gəlib. Nümayəndə heyətinə TARSİM İdarə Heyətinin sədr müavini Mete Güler, TARSİM İdarə Heyətinin Üzvü və Baş Meneceri Serpil Günal, TARSİM İdarə Heyətinin üzvü Bekir Engürülü və TARSİM baş direktor müavini Tufan Özel də daxildir.
Səfərdə məqsəd Azərbaycanda TARSİM-in dəstəyi və təcrübəsindən istifadə etməklə yaradılan aqrar sığorta mexanizminin fəaliyyəti ilə tanışlıq, sistemin fəaliyyətə başlamasından ötən müddət ərzində əldə edilən nəticələrin təhlili, təcrübə mübadiləsi, eləcə də Azərbaycanın bu təcrübəsinin başqa ölkələrdə tətbiqi imkanlarını müzakirə etməkdir.
Sığorta şirkətlərinin təmsilçiləri ilə görüşdə aqrar sığorta mexanizmində vasitəçi şirkətlərinin rolu, bununla bağlı Türkiyə təcrübəsi, vasitəçi şirkətlər tərəfindən satışların idarə olunması və digər məsələlər müzakirə edilib. Toplantıda vasitəçi şirkətlərlə bağlı təkliflər səsləndirilib, dünya təcrübəsi barədə məlumat verilib, eləcə də sığorta sektoru nümayəndələrinin təklifləri dinlənilib.
Xatırladaq ki, səfər zamanı TARSİM rəhsmiləri Kənd Təsərrüfatı Nazirliyində, Aqrar Sığorta Fondunda görüşlər keçirib, Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.
Fevralın 16-17-də Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edərək rayonun kənd təsərrüfatı imkanları və Ağalı kəndində həyata keçirilən «Ağıllı kənd» layihəsi ilə tanış olacaqlar.
Eləcə də TARSİM rəhbərliyi Gəncə şəhərinə gedərək Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilmiş tədbirdə iştirak edəcək, eləcə də 2020-ci il 2-ci Qarabağ müharibəsi zamanı həlak olan Gəncə sakinlərinin xatirəsini yad edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
13 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
13 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
13 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
15 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib





















