FED-in 2022-ci ildə 7 dəfə faiz artıracağı gündəmə gəldi - QIZIL UCUZLAŞIR
Dünən açıqlanan ABŞ-ın inflyasiya məlumatlarından sonra, bazarlar ABŞ Mərkəzi Bankının (FED) 2022-ci ildə 7 dəfə faiz artıracağını gözləyir.
Marja xəbər verir ki, qızılın qiyməti ABŞ-da inflyasiyanın gözlənildiyindən daha yüksək olması ilə əlaqədar olaraq aşağı düşüb və bu, FED-in daha aqressiv faiz artırmağa qərarı verəcəyi ilə bağlı narahatlıqları artırıb.
ABŞ-da istehlak qiymətləri indeksi (inflyaiya göstəricisi) yanvar ayında illik müqayisədə 7,5 faiz artıb. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri illik inflyasiyanın 7,3 faiz olacağı idi. Əsas inflyasiyanın göstəricisi olan ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri indeksi aylıq və illik müqayisədə gözləntilərin üstündə artıb.
Fed-in St. Louis şöbəsinin sədri Ceyms Bullard ölkədə son 40 ilin ən yüksək inflyasiya səviyyəsinə cavab olaraq FED-in 1 iyul 2022-ci ilə qədər faiz dərəcələrini 1 baza bəndi artırmalı olduğunu açıqlayıb. Hazırda FED-in faizi 0 -0.25% aralığındadır.
Mart ayı toplantısında 0,50 bəndlik faiz artımı ilə başlamağa dair qərarsız olduğunu deyən Bullard, müzakirəyə rəhbərlik etmək üçün qərarı FED sədri Cerom Pauelə həvalə edəcəyini bildirib.
Swap bazarlarında mart ayında 0,25 bəndlik artım 100% ehtimalla, 0,50 bəndlik artım isə 97% ehtimalla qiymətləndirilir.
Bundan əlavə, bazarlar FED-in bu il faiz dərəcələrini 7 dəfə artıracağı ilə bağlı qiymətləndirməyə başlayıb. Fevralın əvvəlində 2022-ci ildə faizin 5 dəfə artırılacağına qiymət verilmişdi.
Həftəyə 1809 dollar ətrafında başlayan qızılın unsiyası 1840 dollara qalxaraq son iki həftənin ən yüksək səviyyəsinə çatmışdı. İnflyasiya məlumatlarının açıqlanması ilə ucuzlaşan qiymətli metal həftəni 1824 dollar səviyyəsində bağlamağa doğru irəliləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
18 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
19 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub



























