“AzerGold” metal ehtiyatları 24 dəfə artırılıb

“Cəmiyyətin 2021-ci il üçün Fəaliyyət Planına uyğun olaraq, perspektiv sahələrdə yeni yataqlarının istismara verilməsi istiqamətində kəşfiyyat və tədqiqat işləri davam etdirilib. Ümumilikdə, il ərzində 82,304 metr buruq-qazma işləri görülüb ki, illik göstərici ölkənin dağ-mədən sənayesi üzrə yeni rekord hesab olunur”.
Marja xəbər verir ki, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş Mətbuat konfransında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Şirkətin sədri qeyd edib ki, yataqlar və perspektiv sahələr üzrə 43 703 nümunə əsasında müvafiq laboratoriya təhlilləri aparılıb, Cəmiyyətin beynəlxalq hesabatlılıq standartları əsasında bəyan etdiyi metal ehtiyatlarının artımına nail olunub.
“Belə ki, 2017-ci ildə 179 min qızıl ekvivalentində unsiya olaraq hesablanan metal ehtiyatları 2021-ci ildə 4,4 milyon qızıl ekvivalentində unsiya qədər, yəni 24 dəfə artırılıb”.
Çovdar İnteqrəolunmuş Regional Filiz Emalı Sahəsinin dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə il ərzində “Çovdar” yatağının sulfid mərhələsi və yan sahələrin - yaxın və uzaq cinahların tədqiqatı işləri davam etdirilərək bir sıra uğurlar əldə edilib. Yataq üzrə 212 min unsiya satılabiləcək qızıl ehtiyatına əlavə olaraq Çovdar İnteqərəolunmuş Regional Emal Sahəsinin 8 illik istismar müddəti ərzində 470 min unsiya satılabiləcək qızıl miqdarı təsdiqlənib. Beləliklə, Çovdar və cinah yataqlar üzrə satılabiləcək qızıl miqdarı ümumilikdə 682 min unsiyaya qədər artırılıb.
Qeyd edilən filiz həcmlərinin emalının təşkili məqsədilə beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə maksimum səmərəliliyi təmin edən emal metodologiyasının seçilməsi istiqamətində araşdırmalar aparılıb və ən optimal olan çən aşındırma (CİL) metodu emal üsulu olaraq təyin edilib.
Bu metoda uyğun istehsalatın təşkili məqsədilə beynəlxalq məsləhətçi şirkət tərəfindən ilkin lahiyələndirmə işləri aparılıb. Layihəni icra edəcək podratçının seçimi, tikinti layihəsinin idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın “Heerim Architects & Planners Co” məsləhətçi şirkəti cəlb edilmişdir. Zavodun tikintisi və müvafiq infrastrukturun qurulması üzrə satınalma prosedurlarına uyğun “Maqro Construction” türk şirkəti ilə müqavilə bağlanılıb.
2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh” ,“Ağyoxuş 2”, “Tülallar” və onun cinah sahələri, eləcə də ötən il Cəmiyyətimizin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində aşkarlanan “Nərimanlı” potensial qızıl yatağından çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır. Yeri gəlmişkən, hazırda “Nərimanlı” yatağından götürülmüş süxur nümunələri beynəlxalq laboratoriyada analiz edilir. Analiz nəticələri əsasında resursların beynəlxalq standartlara uyğun olaraq hesablanması və mədən dizaynının hazırlanması işlərinin cari ildə icra edilməsi, yataq üzrə resurs hesabatı, mədən dizaynı və istehsalat planının 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.
Qazax-Ağstafa bölgələrini əhatə edən Dağkəsəmən qızıl yatağı üzrə də eyni qaydada buruq-qazma işləri icra edilərək nümunələr analiz məqsədi ilə keçirilən açıq tenderin qalibi olan İndoneziyada yerləşən beynəlxalq laboratoriyaya göndərilib və bir neçə nümunə üzrə müsbət nəticələr əldə edilib. Geridə qalan nümunələrin nəticələri əsasında kəşfiyyat və tədqiqat işləri ilə bağlı növbəti addımların müəyyən edilməsi planlaşdırılır.
Cəmiyyət tərəfindən işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kəlbəcər rayonunun cənub-şərqində Tutxun çayı hövzəsində yerləşən eyniadlı yataqda mərhələli axtarış işlərinin aparılması üçün ötən ilin payızından üvafiq işlərə başlanılıb. Ümumilikdə təqribən 300 kvadrat kilometlik ərazidə yerləşən Tutxun yatağı qrupu və cinah ərazilər - Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə nəcib metalların mərhələli axtarışı məqsədi ilə müvafiq prosedurlar icra edilib. Yataq üzrə 2021-2024-cü illəri əhatə edən geoloji-kəşfiyyat proqramı çərçivəsidə tədqiqat işləri davam etdirilir. Eyni zamanda süni peyklərdən hiperspektral görüntülərin alınması, onların işlənilməsi, tədqiqatlarının icrası üçün müasir normalara cavab verən məsafədən (qeyri-invaziv) tədqiqatların yerinə yetirilməsi məqsədi ilə müvafiq işlər görülməkdədir. Tutxun yataqları qrupu və cinah sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilrin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində də müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır.
Hesabat ilində Filizçay və digər polimetal yataqlarının planlaşdırılan dövrlərdə istismara verilməsi məqsədilə müvafiq geoloji kəşfiyyat və tədqiqat, eləcə də texniki-iqtisadi yöndə fəaliyyət davam etdirilib. Bilirsiniz ki, Balakən rayonunun inzibati ərazisində yerləşən “Filizçay” yatağı regionun ən böyük polimetal yatağı və “AzerGold”un ən iri həcmli layihələrindən biridir. Bununla yanaşı, tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında yer alır. 2021-ci ildə yataq üzrə əlavə resursların aşkarlanması məqsədi ilə 3231 metr həcmində buruq-qazma işləri icra edilib, nümunələrin Türkiyədə yerləşən beynəlxalq laboratoriyada analizi yekunlaşdırılmış və müsbət nəticələr əldə edilib. Yataqda sink, qızıl, gümüş, mis və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur. "Filizçay" yatağının 2025-ci ildə istismara verilməsi planlaşdırılır, eyni vaxtda yataq üzrə resursların artımına yönəlmiş əlavə kəşfiyyat işləri və onların təsdiqlənməsi, həmçinin filiz süxurlarının mürəkkəb mineroloji və metallurji xüsusiyyətləri nəzərə alınmaqla daha optimal metal tərkibinin əldə edilməsi üzrə emal proseslərinə dair texnoloji sxemin müəyyənləşdirilməsi üçün məsləhətçi şirkət tərəfindən əlavə işlərin icra edilməsi də tövsiyyə edilir. "Filizçay" yatağının 27 il nəzərdə tutulmuş istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi planlaşdırılır. Bundan əlavə, yatağın istismarı 1000-dən çox yeni iş yerinin açılması deməkdir. "Filizçay" layihəsinin icrası ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcək.
Cəmiyyətin portfelinə daxil olan digər mis və sink yataqları üzrə müvafiq geoloji kəşfiyyat və tədqiqat işləri davam etdirilib. Təsdiq olunmuş plana əsasən, geoloji işlərin kifayət qədər uğurlu və layihələrin iqtisadi cəhətdən səmərəli olduğu təqdirdə Balakən rayonunda yerləşən “Mazımçay” mis və Naxçıvan Muxtar Respublikasında Göydağ saziş sahəsinin ərazisində yerləşən Ortakənd mis-qızıl yatağının 2027-ci ildə istimara verilməsi nəzərdə tutulub.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
2 gün əvvəl
Bir neçə şirkət İPO ilə bağlı Bakı Fond Birjasına müraciət edib
-
2 gün əvvəl
9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - ADLARI AÇIQLANIB
-
2 gün əvvəl
Tezliklə ChatGPT internetdə alış-veriş edə və “PowerPoint” təqdimatları yarada biləcək
-
2 gün əvvəl
PashaPay və ASAN xidmət media nümayəndələri üçün süni zəka təlimi keçirib
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

"İrşad" Sea Breeze-də mağaza açdı - FOTOLAR

Sabahın hava pronozu açıqlanıb

Bir neçə şirkət İPO ilə bağlı Bakı Fond Birjasına müraciət edib

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“TBC Kredit BOKT”ın lisenziyası könüllü əsasla ləğv edilib

“Sea Breeze”ə yeni marşrut fəaliyyətə başlayır

Dövlət 3 bankda 500 milyon manat depozit yerləşdirdi

"Coca-Cola Azərbaycan" UNEC ilə memorandum imzalayıb

"Modenis" şirkətindən “eManat”ın fəaliyyətilə bağlı açıqlama

Milyonçu Fərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib - MƏHKƏMƏ

8,5 milyon manata tikilmiş Xocalı kərpic zavodunun açılışı olub
