Dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün qanunvericilik təkmilləşdirilir

Dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə qanunvericilik təkmilləşdirilir.
Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yanvarın 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur. Bu isə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəlməsinə, baş verən və baş verə biləcək neqativ halların daha operativ aradan qaldırılmasına, qaz paylayıcısının məsuliyyətinin yüksəlməsinə, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcək.
Bu çərçivədə qanuna aşağıdakı dəyişikliklər təklif olunur:
- qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblərin, eləcə də qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmasının təsbit olunması. Hazırda bu tələblərə riayət olunması qanunda təsbit olunsa da onların hansı orqan tərəfindən müəyyən olunması qanunda əks olunmayıb;
- qaz paylayıcısının işçiləri tərəfindən ildə bir dəfə (hər il noyabrın 1-dək) istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə müayinənin (ödənişsiz şəkildə) keçirilməsi. Müayinənin keçirilməsinin qayda və şərtləri qanunun 6-2-ci maddəsinə və müayinənin keçirilməsi qaydasına uyğun olaraq həyata keçiriləcək. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçıya hüquq veriləcək ki, müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə seçim etsin. Eyni zamanda tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası da təsdiq ediləcəkdir ki, bu da müayinə və texniki xidmətin çərçivəsini müəyyən etmək baxımından əhəmiyyətli olacaq.
- qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntuları istehlakçı aşkar edərsə istehlakçının müraciəti əsasında qaz paylayıcısı tərəfindən 3 (üç) iş günü müddətində təkrar müayinənin aparılmasının nəzərdə tutulması;
- istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə texniki xidmətin (təmir və digər əlaqədar xidmət işləri) keçirilməsinin tənzimlənməsi. Bu cür texniki xidmət müayinə aktına uyğun olaraq qaz paylayıcı, yaxud istehlakçının seçdiyi ixtisaslaşmış podratçı (ixtisaslaşmış podratçıya dair ixtisas və digər tələblər qanunun 6-5-ci maddəsi ilə müəyyən olunub, onlar ixtisas attestatı almalıdırlar) və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçiriləcək. Bu seçimin olması bu sahədə rəqabətli mühitin yaranmasına, ixtisaslaşmış özəl qurumların təşəkkülünə, həmçinin xidmət keyfiyyətinin yüksəlməsinə, daha operativ texniki xidmət göstərilməsinə imkan verəcək;
- qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılması, habelə müayinəyə və texniki xidmətə nəzarətin bu reyestr vasitəsilə həyata keçirilməsi. Reyestr müvafiq dövlət orqanları və istehlakçılar üçün açıq olacaqdır. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günü müddətində həmin reyestrə daxil ediləcəkdir. Eyni zamanda müvafiq dövlət qurumu reyestrə daxil edilmiş məlumatlar əsasında müəyyən olunmuş qaydalar əsasında monitorinq keçirilməsi yolu ilə müayinəyə və texniki xidmətə nəzarəti həyata keçirəcək, lazım gəldikdə aidiyyəti qurumlara icrası məcburi olan göstərişlər verəcək;
- qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsinin bərpasının nəzərdə tutulması. Bu da qaz xəttinə yenidən qoşulma ilə bağlı praktikada rast gəlinən problemlərin həllinə kömək edəcək;
- sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısının fəaliyyətinin tənzimlənməsi, vurulmuş ziyanın ödənilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərər hesablanarkən sayğaca müdaxilə, habelə qazdan qanunsuz istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınacaq ki, bu da vurulmuş ziyanın daha obyektiv hesablanmasına əsas verəcəkdir;
- qazdan istifadə edən istehlakçıların həyat və sağlamlığının, o cümlədən hüquqlarının qorunması, fəaliyyətin səmərəliyinin artırılması və digər sahələrdə təkmilləşmə və dəqiqləşdirmə xarakterli dəyişikliklərin edilməsi.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
1 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
1 gün əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
2 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
-
2 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
2 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 3 gün əvvəl
-
3 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

m10 yenilənir!

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
