Bakı Fond Birjasının 21 illik dövründə bir ilk
Bazar kapitalizasiyasının həcmi 4,3 milyard manata yüksələrək Bakı Fond Birjasının tarixində ən yüksək göstəriciyə çatmışdır.Bakı Fond Birjasının 21 illik fəaliyyəti dövründə ilk dəfə olaraq 2021-ci il ərzində ticarət dövriyyəsi 15 milyard manatı keçərək 15,3 milyard manat təşkil etmişdir.
Marja xəbər verir ki, bu barədə Bakı Fond Birjasının 2021-ci üzrə fəaliyyətinin yekunlarına dair məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, qiymətli kağızlar bazarının stabil inkişafının təmin edilməsi və korporativ qiymətli kağızlar seqmentinin canlandırılması məqsədilə Bakı Fond Birjası tərəfindən 2021-2023-cü illər üzrə müəyyən edilmiş strateji prioritetlərə uyğun olaraq listinqin stimullaşdırılması, yeni emitentlərin listinqə cəlb edilməsi, beynəlxalq təcrübəyə uyğun hüquqi çərçivənin formalaşdırılması və biznes prusedurların optimizasiyası üzrə işlər davam etdirilmişdir.
2021-ci ildə özəl sektorun kapital bazarından maliyyələşmə təşəbbüslərinin və fond birjasında listinqinin təşviqi məqsədilə Bakı Fond Birjasının listinq tələbləri sadələşdirilmiş və kapital bazarında Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) tərəfindən müəyyən edilmiş stimullaşdırıcı tarif rejiminin tətbiqinə başlanmışdır. Eyni zamanda, korporativ qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması məqsədilə Bakı Fond Birjası tərəfindən anderraytinq xidməti göstərən investisiya şirkətlərinin mükafatlandırılması mexanizmi tətbiq edilmişdir. Bu isə öz növbəsində qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsi imkanlarına müsbət təsir göstərmişdir.
Kapital bazarına dair maliyyə savadlılığının artırılması məqsədilə Bakı Fond Birjası müvafiq dövlət qurumları və investisiya şirkətlərinin iştirakı ilə intensiv maarifləndirmə tədbirləri təşkil etmiş, o cümlədən 30-a yaxın görüş, video-konfrans və seminar keçirilmişdir. 2021-ci il ərzində ilk dəfə olaraq Mərkəzi Bank, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İnvestisiya Səyahəti” layihəsinə start verilmiş və layihə çərçivəsində regionlarda olan biznes subyektlərinə kapital bazarının üstünlüklərinə dair ətraflı məlumat verilmişdir.
Kapital bazarının institusional inkişafı və dərinliyinin artırılması istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən görülən işlər və kapital bazarı iştirakçıları ilə aparılmış aktiv dialoq tənzimlənən bazarın səmərəliliyinin artırılmasına öz töhfəsini vermişdir. Eyni zamanda, Bakı Fond Birjasının üzvü olan investisiya şirkətləri maliyyə vasitəçiliyi rollarını inkişaf etdirməklə bazarın dinamik artım tempində mühüm rol oynamışdır.
Kapital bazarının inkişafı istiqamətində görülən işlərin nəticəsi olaraq ümumi ticarət həcmində, korporativ qiymətli kağızlar bazarında və repo əməliyyatlarında Bakı Fond Birjası tarixinin ən yüksək nəticələrini əldə etmişdir. Bakı Fond Birjasının 21 illik fəaliyyəti dövründə ilk dəfə olaraq 2021-ci il ərzində ticarət dövriyyəsi 15 milyard manatı keçərək 15,3 milyard manat təşkil etmişdir. Bazar kapitalizasiyasının həcmi 4,3 milyard manata yüksələrək Bakı Fond Birjasının tarixində ən yüksək göstəriciyə çatmışdır. Korporativ qiymətli kağızların (ipoteka istiqrazları istisna olmaqla) buraxılışı həcmində rekord göstərici qeydə alınmış və ümumi məbləği 376 milyon manat olan 33 yerləşdirmə həyata keçirilmişdir. Müqayisə üçün qeyd etmək olar ki, 2018-2020-ci illər ərzində Bakı Fond Birjasında ümumi məbləği 350 milyon manat olan 26 korporativ qiymətli kağız (ipoteka istiqrazları istisna olmaqla) yerləşdirilmişdir.
2021-ci il repo əməliyyatlarının həcmi üzrə 7,2 milyard manat olmaqla Bakı Fond Birjasının tarixində son illərin ən yüksək dövriyyəsi qeydə alınmışdır. Müqayisə olaraq, 2018-2020-ci illər ərzində bu göstərici ümumilikdə 3,8 milyard manat təşkil etmişdir. Bakı Fond Birjasının ümumi ticarət dövriyyəsinin ÜDM-ə nisbəti 18 faizə yüksəlmişdir.
Müştərilərin xəbərləri
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 4 gün sonra
-
- 1 gün sonra
-
20 saat əvvəl
Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində işlər həyata keçirilib
-
20 saat əvvəl
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olu
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Sığorta şirkətlərinin 21-ci ofisi “Sea Breeze”də açılıb
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər
























