Bakıya qar yağacaq -XƏBƏRDARLIQ
Hava şəraitinin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq olunub.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin 15-20 m/s, arabir 25 m/s, 14-ü gecə və səhər bəzi yerlərdə arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 13-ü axşamdan başlayaraq arabir yağıntılı olacağı, 14-ü gün ərzində bəzi yerlərdə sulu qara keçəcəyi, şəhərin nisbətən yüksək ərazilərində qar yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.
Azərbaycanın rayonlarında yanvarın 13-ü səhər Naxçıvan MR-da, gündüz Şərqi-Zəngəzur, Qarabağ bölgəsində və Böyük Qafqaz zonasında qar yağacağı, axşama doğru isə əksər rayonlarda yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, gecə və səhər bəzi Kür vadisi rayonlarda (Qazax-Gəncə, Mərkəzi-aran) arabir 28-30 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 8-12° aşağı enəcək.
Şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Ölkə ərazində gözlənilən əlverişsiz hava şəraiti yanvarın 15-dək davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
23 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
19 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
























