Azərbaycan traktor ixracına başlayıb
Gəncədə minipambıqyığan kombayn istehsal edilib
Ölkəmizdə pambıqçılığın yenidən inkişaf etdirilməsinə başlanılmışdır. Bunun üçün hazırda dövlət vəsaiti hesabına maddi-texniki baza yaradılır. Bu sırada isə ən vacib iş uzun illər səmərəsiz qalaraq sıradan çıxmış texnika və avadanlıqların yenilənməsi istiqamətində işlərin həyata keçirilməsidir.
"Marja" xəbər verir ki, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin direktoru Kamran Nəzərov bildirib ki, keçən il zavodun mütəxəssislərindən bir qrupu Belarusa ezam edilərək yeni texnologiyaların mənimsənilməsi istiqamətində iş təcrübəsi qazanıb: "Artıq “Belarus” traktorlarının bazasında minipambıqyığan kombayn istehsal edilmiş və onlar Goranboyun Muzdurlar kəndində sınaqdan keçirilmişdir. Nəticə sevindirici olmuşdur”.
Qeyd etmək lazımdır ki, həmin minikombaynlar iqtisadi cəhətdən fermerlər üçün çox səmərəlidir. Birincisi “Belarus” traktorunun arxa hissəsinə qoşulmuş pambıqyığan aqreqat məhsul yığımı başa çatan kimi açılaraq növbəti ilin məhsul yığımına saxlanılır. Traktor isə digər kənd təsərrüfatı işləri üçün yenidən istifadə edilir. İkincisi, manevr imkanları geniş olduğundan onunla istənilən yerdə həm düz, həm də dağlıq ərazilərdə əkilən pambığı yığmaq mümkün olur.
Pambıqçılıqda ən çox istifadə olunan və el arasında üçtəkərli traktor adlanan texnikanın istehsalı da razılıqla qarşılanmışdır. Hazırda zavodun konveyerində pambıqçılar üçün “MTZ-80X”, “MTZ-1221” və “MTZ-1025” markalı traktorların yığımı gedir. Bu günlər isə “MTZ-1523” markalı traktorun yığımına başlanılmışdır. Belə traktorlara böyük tələbat olduğundan sifariş də çoxdur. Bundan başqa, müəssisədə kartofyığan, çuğundurçıxaran, otbiçən və s. avadanlıqların, eləcə də süd, yağ və su daşıyan təkərli çənlərin istehsalı üçün geniş imkanlar vardır. Əgər sifariş olarsa, bu avadanlıqların istehsalını təşkil etmək mümkündür.
FERMER AYDA CƏMİ 180 MANAT KREDİT ÖDƏYİR
Gəncə Avtomobil Zavodunda istehsal edilən traktor və avadanlıqların qiymətinə gəldikdə, demək olar, bütün qiymətlər fermerləri qane edir. Belə ki, hər hansı texnika fermerə çatana kimi dövlət xətti ilə ödənişlər edilir. Məsələn, “Aqrolizinq” MMC traktorun dəyərinin 20 faizini qabaqcadan ödəyir. Dəyərin 40 faizi dövlət, qalan 60 faizi isə 10 il müddətinə fermer tərəfindən ödənilir. Bu o deməkdir ki, fermer ayda cəmi təxminən 180 manat kredit ödəyir.
İLİN ƏVVƏLİNDƏN 500 TRAKTOR YIĞILIB
İlin əvvəlindən indiyədək zavodda 500-dək traktor yığılmışdır. Tələbatı nəzərə alan kollektiv bu rəqəmi yaxın vaxtlarda 1200-ə çatdıracaq. Qeyd edək ki, ehtiyac çox olduğundan müəssisədə 6 tonluq yükünü özüboşaldan qoşquların da istehsalına başlanılmışdır. Həmin qoşqular bütün növ kənd təsərrüfatı məhsullarının, o cümlədən pambığın daşınmasında istifadə olunur.
TÜRKİYƏYƏ İXRAC ÜÇÜN DANIŞIQLAR APARILIR
Müəssisə istehsal etdiyi traktor və kənd təsərrüfatı avadanlıqlarının xarici ölkələrə ixrac olunması istiqamətində də çalışır. Keçən il bağlanmış müqaviləyə əsasən Gürcüstana 15 traktor satılmışdır. Hazırda Türkiyə şirkətləri ilə danışıqlar aparılır. Danışıqlar müsbət nəticələnsə, qardaş ölkədə traktor və qoşquların satışı təşkil ediləcək.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 d. əvvəl
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
-
18 d. əvvəl
Çində pərakəndə satış proqnozdan zəif artıb, investisiyalarda geriləmə dərinləşib
-
-
12 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
13 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
13 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
14 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
14 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
-
14 saat əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
15 saat əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Ən çox oxunanlar
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-a 30 illik beynəlxalq təcrübəsi olan rəhbər gətirildi
İri xarici bank Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə məsləhətçi seçir
Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır




























