Kredit təşkilatı gənclərə təlim keçib, onları işə qəbul edir
Maraqlanan şəxslərin +994 51 230 34 00 Whatsapp nömrəsinə və ya vakansiya@parabank.az ünvanına "təcrübə proqramı, ad və soyad" yazaraq müraciət edə bilərlər.Dəyərli gənclər.
Bazarın liderlərindən biri olan “ParaBokt” Bakı, Bərdə, Tovuz, Gəncə, Goranboy, Ağdaş, Göyçay, Sabirabad, Şəki və İsmayıllı filialları üzrə təcrübə proqramı elan edir.
Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Öhdəliklər
-Təlimlərdə aktiv iştirak etmək
-Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
-Təlimçi və mentorla interaktiv işləmək
-Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
-Lombard kreditləşmə işini nəzəri və praktiki mənimsəmək
Tələblər
-Karyerasını satış işində görmək
-Öyrənməyə açıq olmaq
-Hədəflərlə işləməyi bacarmaq
-Pozitiv ünsiyyət bacarığı
-Komandada işləməyə meyilli olmaq
Maraqlanan şəxslərin +994 51 230 34 00 Whatsapp nömrəsinə və ya vakansiya@parabank.az ünvanına "təcrübə proqramı, ad və soyad" yazaraq müraciət edə bilərlər.
*QEYD: Təcrübə proqramını uğurla bitirən gənclər sertfikatla təltif ediləcəklər
Təlim modulu və praktiki nəticələrin qiymətləndirilməsinə əsasən təcrübəçilər işlə təmin olunacaqlar
Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək şansı verilir.
XXX
Həmçinin “ParaBokt” Kredit mütəxəssisi vəzifəsinə işçi qəbul edir
Bazarın liderlərindən biri olan “ParaBokt” Bakı, Bərdə, Tovuz, Gəncə, Goranboy, Ağdaş, Göyçay, Sabirabad, Şəki, İsmayıllı filialları üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik
Əsas vəzifələr:
- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
-Ali təhsil/ natamam ali təhsil;
-Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
-Cins: kişi (arzuolunandır)
-Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
-Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
-Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
-Lombard krediti üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək
İş qrafiki
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Kredit üzrə mütəxəssis" başlığı ilə vakansiya@parabokt.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO



















