EKVİTA-nın dəstəyi ilə Agro Dairy Azərbaycanın aqrar sektorunda ilk ISO 37001 sertifikatlı şirkəti oldu
(®) EKVİTA şirkətinin dəstəyi ilə Azərbaycanda ilk dəfə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən lider şirkətlərdən biri “Agro Dairy” MMC ISO 37001 Rüşvət Əleyhinə İdarəetmə Sistemləri üzrə sertifikat alıb.
Belə ki, Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biri olan Agro Dairy 2020-ci ildə EKVİTA şirkəti ilə müqavilə bağlayaraq onu ISO 37001 sisteminin qurulmasına cəlb etmişdir. EKVİTA taməhatəli konsaltinq şirkəti olaraq, Agro Dairy-dəki layihədə müəssisənin rüşvətxorluq əleyhinə idarəetmə sisteminin müvəffəqiyyətlə sıfırdan qurulmasını təmin etmiş, idarəetmə sisteminin təməlini təşkil edən boşluqların müəyyən edilməsi, risk əsaslı yanaşmanın tətbiqi, prosedurlar bazanın yaradılması və təkmilləşdirilməsi, kommunikasiya, təlim və daxili yoxlamanı özündə ehtiva edən iri miqyaslı işlər icra etmişdir.
Daha sonra Agro Dairy Amerikanın Milli Akkreditasiya Şurası (ANSİ/National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin “Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri” şirkətini müstəqil audit üçün cəlb etdi. Nəticədə, EKVİTA şirkətinin qurduğu sistem müstəqil auditor tərəfindən yoxlanılaraq sertifikatlaşmadan uğurla kedi və ISO tələblərinə əsasən Agro Dairy İSO 37001 Rüşvət Əleyhinə İdarəetmə Sistemləri üzrə Beynəlxalq Sertifikat əldə etdi.
“Agro Dairy-nin bu nailiyyəti həqiqətən təqdirəlayiqdir çünki aqrar sektorunda İSO 37001 sertifikatını almış ilk şirkət oldu. Bir ilə yaxın bir müddətdir ki, Agro Dairy ilə bu istiqamətdə birgə çalışırıq. Zəhmətimizin bəhrəsini görmək bizim üçün də çox xoş oldu. Həmçinin, gördüyümüz iş Türkiyənin tanınmış müstəqil auditoru tərəfindən təsdiqlənməsi bir daha işimizin keyfiyyətindən xəbər verir. Biz də bu uğurla qürur duyur və müştərimiz Agro Dairy şirkətini, onun rəhbərliyini və işçi heyətini, ümumiyyətlə bütöv PAŞA Holding qrupunu təbrik edirik” - EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti deyərək bildirib.
Türkiyənin “Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkətinin rəhbəri Adnan Karadaş: “Agro Diary” şirkəti Azərbaycanın beynəlxalq arenada nüfuzunu artıran rüşvət əleyhinə mübarizə çalışmasını başa çatdırmışdır. Bu işlərin bir idarəetmə strukturunda olması öz növbəsində uğurun sistemli, davamlı və real olmasını təmin edir. Rəhbər heyətinin liderliyi və şirkətin digər əməkdaşlarının iştirakı ilə qazanılan bu uğur münasibətilə Agro Diary və əməyi keçən tərəfdaşlarını səmimi qəlbdən təbrik edirəm.”
EKVİTA MDB məkanında İSO 37001 sertifikatı əldə etmiş ilk şirkətdir. EKVİTA beynəlxalq sertifikasiya təşkilatının akkreditə olunmuş Audit Partnyorudur və ölçüsündən asılı olmayaraq bütün təşkilatların İSO 37001 sertifikasiya prosesinə hazırlanması üçün köməklik göstərə bilər.
EKVİTA Azərbaycanda fəaliyyət göstərən və əsasən neft və qaz sektorundan olan bir çox xarici şirkətlər üçün təşkilatın kənar komplayens funksiyası olaraq fəaliyyət göstərir. Şirkət digər qurumlara effektiv daxili nəzarəti inkişaf etdirməkdə kömək edir, işçilərə zəruri təlimlər keçir, lazımi siyasət və prosedurları hazırlayır, təchizatçı və digər biznes tərəfdaşların kompleks yoxlamasında (due dilligence) iştirak edir.
EKVİTA-nın özündə güclü daxili komplayens sistemini yaratmaqla birgə müştərilərə də öz daxili komplayens sistemlərini formalaşdırmağa yardımçı olur. Şirkətimiz Azərbaycanda AmCham-ın Hüquq və Komplayens Komitəsinin, Azərbaycanın Etika və Komplayens Şəbəkəsinin, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Korrupsiya və Şəffaflıq üzrə İşçi Qrupunun aktiv üzvü olaraq, ölkəmizdə komplayens mədəniyyətinin inkişafı və təşviqində mühüm rol oynayır.
Azərbaycanda İSO 37001 ilə əlaqəli hər hansı sualınız yarandığı təqdirdə, EKVİTA şirkətinin məsləhətçiləri ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
2 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kirayə ödə, mənzil sənin olsun - 184 tam təmirli mənzil vətəndaşlara təqdim edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“WhatsApp Web” üzərindən birbaşa səsli və videozənglər etmək mümkün oldu
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Visa 2 min 600 əməkdaşını işdən çıxarmağa hazırlaşır
Apple ilk dəfə 5 trilyon dollarlıq bazar dəyərinə çatıb
AccessBank tender elanının vaxtının uzadıldığını elan edir
Ən çox oxunanlar
OPEC+ kvota artımlarına fasilə verməyi planlaşdırır
Azərbaycanda yeni qazma şirkəti qeydiyyata alınıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
Xalq Bankda yeni müşavirlər təyin edildi
Unibank jurnalistlər üçün təlim təşkil edib
Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ








.webp)






