“Azərişıq” Antiinhisar Xidmətinin qərarına münasibət bildirdi
“Azərişıq” ASC İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mənzil-tikinti kooperativlərinin yeni inşa olunan çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qəbul etdiyi qərara münasibət bildirib.
Xatırladaq ki, işə baxılması zamanı “Azərişığ”ın çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün elektrik sayğaclarının onların özləri ilə deyil, mənzil-tikinti kooperativləri ilə bağladığı müqavilə əsasında quraşdırdığı və nəticədə sayğacların dəyərinin istehlakçılardan tələb edildiyi müəyyən olunub.
Münasibətdə bildirilir: "“Azərişıq” bəyan edib ki, atılan addımlar qanunvericiliyə uyğundur. Bildiyimiz kimi Dövlət Xidmətində qəbul edilən qərara əsasən, fiziki şəxs olan istehlakçıların müraciətləri və onlarla bağlanılan elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında elektrik sayğaclarının enerji təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə "Azərişığ”a göstəriş verilib. Bu göstəriş elektrik enerjisi təsərrüfatı qanunvericiliklə müəyyən edilən qaydada istismara verilən çoxmənzilli yaşayış binalarına aiddir. Eyni zamanda yeni qaydaların tam icrasi ilə əlaqədar Nazirlər Kabinetinin 326 saylı qərarının bəzi bəndlərinə əlavə düzəliş olunması üçün yeni layihə aidiyyatı qurumlara təqdim olunacaq. Bildiyimiz kimi, məişət abunəçilərinin şəbəkələrə qoşulması üçün müvafiq fərmana uyğun olaraq müraciətlər “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində həyata keçirilir. Odur ki, istismara qəbul edilmiş yaşayış binalarındakı mənzil sahibləridə fərdi qaydada “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərinə müraciət edə bilərlər".
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 d. əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
17 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 19 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub























