TANAP-ın tikintisinin 72,4%-i başa çatıb, sınaq işlərinə başlanacaq
2018-ci ilin yanvar ayında Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəmərində (TANAP) qazla sınaq işlərinə başlanacaq.
Bunu Bakıda jurnalistlərə açıqlamasında "SOCAR Turkey Enerji A.Ş."-nin baş direktoru Zaur Qəhrəmanov bildirib.
"Aprel ayının sonuna TANAP-ın tikintisinin 72,4%-i başa çatıb. Layihə üzrə işlər qrafikə uyğun davam etdirilir. Gələn ilin yanvar ayında boru kəmərində qazla ilk sınaqlara başlanacaq. Gələn ilin ortalarına isə TANAP istismara hazır olacaq", - deyə Z.Qəhrəmanov qeyd edib.
Onun sözlərinə görə, hazırda sınaq mərhələsində hansı qazın istifadə olunması məsələsi müzakirə olunur: "Böyük ehtimalla bu, "Şahdəniz" qazı olmayacaq. Boru kəmərinin sınaq işləri üçün təxminən 1-2 mlrd.kubmetr qaz lazım olacaq".
Qeyd edək ki, TANAP Türkiyənin təbii qaz ehtiyacının təxminən 12%-ni təkbaşına təmin edəcək. TANAP-ın Əskişəhərə qədər uzanan hissəsinin 2018-ci ilin iyun ayının sonunda tamamlanması hədəflənir.
Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.
2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
7 d. əvvəl
Kreml Rusiya, Azərbaycan və İran prezidentlərinin müzakirə etdiyi məsələnu açıqlayıb
-
13 d. əvvəl
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx
-
21 d. əvvəl
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb
-
26 d. əvvəl
ABŞ-də fermerlərin borcu rekord həddə çatıb – 605 milyard dolları ötüb
-
28 d. əvvəl
Çinin süni intellekt şirkəti 500 milyon dollardan çox investisiya topladı
-
31 d. əvvəl
Almaniyada şirkətlərin müflisləşməsi son 13 ilin ən yüksək səviyyəsinə çatıb
-
1 saat əvvəl
Xəzərin Azərbaycan hissəsində 30 min hektar quru sahə yaranıb
-
1 saat əvvəl
Bakının şimalında yeni böyük daşınmaz əmlak layihəsi həyata keçiriləcək - RAZILAŞMA
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb
Ən çox oxunanlar
Xəzərin Azərbaycan hissəsində 30 min hektar quru sahə yaranıb
Bakının şimalında yeni böyük daşınmaz əmlak layihəsi həyata keçiriləcək - RAZILAŞMA
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
Əliyevin Pezeşkian ilə görüşü keçirilib
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
Azərbaycanın kənd təsərrüfatında artım zəifləyib – 1,1%-ə düşüb

























