Avtomobil nömrələrinin və şəhadətnamənin verilməsinə görə rüsumlar qaldırılır

Dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar dəyişir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumlar aşağıdakı kimi artırılır:
001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün
- müxtəlif seriya - 1500 manatdan 2000 manata;
- eyni seriya - 2500 manatdan 3000 manata;
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün
- müxtəlif seriya - 1000 manatdan 1500 manata;
- eyni seriya: 1500 manatdan 2000 manata;
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün
- müxtəlif seriya: 500 manatdan 1000 manata;
- eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.
Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək.
Əvvəl bu rəqəm 22 manat idi.
Motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum 11 manatdan 15 manata qaldırılır.
Layihəyə əsasən, qeydiyyat şəhadətnaməsinin verilməsinə görə də rüsumlar artırılır.
- avto-moto nəqliyyat vasitələri üçün - 25 manatdan 30 manata;
- traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 5 manatdan 10 manata qaldırılır.
Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi - 10 manatdan 15 manata, avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması – 10 manatdan 15 manata, avtomobil yollarının vahid dövlət reyestrindən çıxarış verilməsi üçün rüsumlar 10 manatdan 15 manata qaldırılır.
Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
Köhnə avtomobillərin qeydiyyatı üçün dövlət rüsumu azaldılır
Nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bır sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, dövlət rüsumu minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə burada nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün 10 manatdan 20 manata, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manatdan 10 manata qaldırılır.
İndiyə qədər yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Artıq bu məsələ də qanunla tənzimlənəcək.
Beləliklə, dövlət rüsumu yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə aşağıdakı kimi olacaq:
- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;
- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;
- 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;
- 5000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;
- 5000 kubsantimetrdən çox olduqda – 1500 manat.
Bu rüsumlar Nazirlər Kabineti tərəfindən təsdiqlənən və indiyə qədər qüvvədə olan (31 iyul 2018-ci il , № 336 saylı qərar) dövlət rüsumları ilə eynidir. Ancaq artıq bu qanunla müəyyən olunacaq dövlət rüsumunun məbləğlərinə minik avtomobillərinin istehsal tarixindən asılı olaraq aşağıdakı əmsallar tətbiq ediləcək:
- istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;
- istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;
- istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.
Başqa sözlə, istehsal tarixi 4 ildən çox olan avtomobillərdən başlayaraq dövlət rüsumunun məbləği azalacaq.
Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün sonra
Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək
- 11 saat sonra
-
2 saat əvvəl
Mikayıl Cabbarov “Oliver Wyman Group” şirkətinin qlobal rəhbəri ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Mazda Azərbaycan" Babəkdə yeni satış salonunu istifadəyə verdi
-
2 saat əvvəl
Bakı Fond Birjasından Unibank-ın dollar istiqrazları barədə qərar
-
2 saat əvvəl
Xalq Bank investisiya xidmətlərinin həyata keçirilməsinə lisenziya alan ilk bank oldu
-
3 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə Şamaxının kəndində yeni sosial müəssisə istifadəyə verildi
-
3 saat əvvəl
150 robot layihəsi təqdim edilib, qalib komandalar müəyyən olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank "Xalq Bank"a investisiya faəliyyəti üçün lisenziya verdi
- 4 saat əvvəl
Son Xəbərlər

Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək

Böyük şirkət vakansiyalar elan etdi

İlham Əliyev Albaniyaya getdi

Bakı Fond Birjasından Unibank-ın dollar istiqrazları barədə qərar

PAŞA Holding-in dəstəyi ilə Şamaxının kəndində yeni sosial müəssisə istifadəyə verildi

150 robot layihəsi təqdim edilib, qalib komandalar müəyyən olunub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bank 2 banka icrası məcburi sərəncam verdi

Mərkəzi Bank AYİB-in dəstəyi ilə indekslərin hesablanması və dərci üçün təkmilləşdirilmiş metodologiyanı tətbiq edib

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

Azərbaycanda mobil rabitə gəlirləri 2 %-ə yaxın artıb

Azərbaycanda hər gün orta hesabla 15 ədəd minik avtomobili istehsal olunub - 2 DƏFƏ ARTIB

Dövlət büdcəsində 3 milyard manatdan çox artıqlıq yaranıb - PROFİSİT 2 DƏFƏYƏ YAXIN ARTIB
