Azərbaycan, Türkiyə və Gürcüstan gömrük məsələləri üzrə komitə yaradır
Oktyabrın 8-də İzmir şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, görüşdə məqsəd ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi və bu istiqamətdə müzakirələrin aparılması olub.
Türkiyə Respublikası Ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqay gömrük sərhədlərinin mühafizəsində və ticarətin asanlaşdırılması yolu ilə iqtisadi artıma yardım edilməsində gömrük xidmətlərinin rolunun önəminə toxunaraq, görüşün bu və digər sahələrdə üçtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələr kimi uğurlu inkişaf yolu ilə sürətlə irəliləyir və bu görüş tərəflər arasında əməkdaşlığın bundan sonra da davamlı olacağına əminlik yaradır.
Səfər Mehdiyev Azərbaycanın istər Türkiyə, istərsə də Gürcüstanla bütün sahələrdə, o cümlədən gömrük sferasında əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, yaxın perspektivdə üçtərəfli əməkdaşlığın bu ölkələrin gömrük xidmətləri arasında əlaqələri daha da gücləndirəcəyinə əminliyini ifadə edib.
Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava Türkiyə-Azərbaycan-Gürcüstan əlaqələrinin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini, bütün sahələrdə səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu və tərəflərin gömrük orqanlarının da bu əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.
Sonra görüşdə gömrük əməkdaşlığına dair bir sıra məsələlər, o cümlədən gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti sahəsində və sərhəd-keçid məntəqələrində əməkdaşlığın gücləndirilməsi, BYD prosedurlarının rəqəmsallaşdırılması, Türkiyə-Naxçıvan-Azərbaycan-Gürcüstan dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu barədə müzakirələr aparılıb.
Tərəflər Türkiyə, Azərbaycan və Gürcüstan gömrük orqanları arasında üçtərəfli komitənin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib, operativ əlaqələrin təmin edilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Eyni zamanda, tərəflər qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər. Qaçaqmalçılığa qarşı mübarizə və təhlükəsizliklə bağlı fəaliyyət sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə əlaqələndirmə mərkəzinin yaradılması razılaşdırılıb.
Görüş iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair sazişin imzalanmasına hazır olduqlarını da bildiriblər.
Tədbirin sonunda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri arasında görüşün Protokolu və "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol" imzalanıb.
Sənədləri Azərbaycan Respublikası Hökuməti adından Səfər Mehdiyev, Türkiyə Respublikası Hökuməti adından Rıza Tuna Turaqay, Gürcüstan Hökuməti adından Levan Kakava imzalayıblar.
Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə tərəflər arasında əməkdaşlığı əlaqələndirəcək, təşviq və inkişaf etdirəcək, eləcə də əsas əməkdaşlıq sahələrini və istiqamətləri müəyyən edəcək.
Bu Komitə tərəflər arasında - gömrük məsələləri üzrə əməkdaşlığın gücləndirilməsi yollarını və imkanlarını araşdırmaq; sərhəd keçidlərini asanlaşdırmaq, sadələşdirmək və onların təhlükəsizliyini təmin etmək; gömrük siyasəti və prosedurları, icra funksiyaları, modernləşmə proqramları və təchizat zəncirinin təhlükəsizliyi ilə bağlı bilik və qabaqcıl təcrübələri bölüşmək; gömrük məsələlərində hüquq-mühafizə üzrə əməkdaşlıq, qaçaqmalçılığa qarşı birgə operativ tədbirlər görmək və başqa sahələr üzrə əməkdaşlığı əlaqələndirəcək.
Tərəflərin gömrük xidməti rəhbərləri Komitənin həmsədrləri olacaq, Komitənin - gömrük işinin təkmilləşdirilməsi; beynəlxalq əməkdaşlıq və təlim; məlumat mübadiləsi; gömrük hüquq-mühafizə məsələlərində əməkdaşlıq; risklərin idarə edilməsi və statistika üzrə işçi qrupları yaradılacaq.
Onu da bildirək ki, Komitənin iclasları ildə bir dəfə olmaqla növbə ilə keçiriləcək.
Növbəti iclasın Bakı şəhərində keçirilməsi razılaşdırılıb.
XXX
Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında Protokolu həmkarlarımla birgə imzaladıq.
Marja xəbər verir ki, bunu Tvitter səhifəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
"Əminəm ki, Komitə üç ölkə arasında gömrük işi sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verəcək",- sədr əlavə edib.
Müştərilərin xəbərləri
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
2 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Kirayə ödə, mənzil sənin olsun - 184 tam təmirli mənzil vətəndaşlara təqdim edilir
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“WhatsApp Web” üzərindən birbaşa səsli və videozənglər etmək mümkün oldu
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Visa 2 min 600 əməkdaşını işdən çıxarmağa hazırlaşır
Apple ilk dəfə 5 trilyon dollarlıq bazar dəyərinə çatıb
AccessBank tender elanının vaxtının uzadıldığını elan edir
OPEC+ kvota artımlarına fasilə verməyi planlaşdırır
Azərbaycanda yeni qazma şirkəti qeydiyyata alınıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ziraat Bank Azərbaycan" "Sumqayıt Bulvar Residence" üzrə daşınmaz əmlak krediti kreditini təqdim edir
Xalq Bankda yeni müşavirlər təyin edildi
Unibank jurnalistlər üçün təlim təşkil edib
Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ










.webp)







