Cubics POS Kassa və Satış sistemini yenidən icad etdi
Cubics POS unikal interfeysə malikdir. Proqram təminatından əlavə, həm də avadanlıq da təqdim edilir. Bütün sistem tam etibarlı şəkildə qurulur.(®️) İnformasiya texnologiyaları ticarətə öz təsirini göstərməkdə davam edir. Bunun nəticəsi olaraq iş adamlarının biznesi idarəetməsi daha da rahatlaşıb, hesabatların aparılması isə daha da təkmilləşdirilib. Əvvəllər satış və kassa sistemini avtomatlaşdırmaq yalnız orta və böyük dükanların nəzərində idisə, indi bu prosesi kiçik mağazalar da inteqrasiya etmək istəyir. Səbəb – rəqabətin artmasıdır və müştərilərə daha keyfiyyətli xidmətin göstərilməsidir.
Avtomatlaşdırılmanı nədən başlamaq lazımdır?

Bu proses 1 zəngdən başlayır. Belə ki, Cubics Technology şirkəti bütün həlləri sıfırdan hazırladığı üçün, biznesi proqram təminatına yox, proqram təminatını biznesə uyğunlaşdırır.
Zəngdən sonra nə baş verir?

Siz zəng edib biznesiniz haqda ətraflı məlumatı şirkətin mütəxəssislərinə dedikdən sonra, onlar Sizinlə görüş təyin edir. Görüşün nəticəsi olaraq Cubics ekspertləri Sizin biznesinizi tam anlayır və Sizə geri dönüş etmək üçün növbəti görüş vaxtını təyin edir. Bu müddət ərzində Cubics Technology biznesinizin kassa və satış sistemini avtomatlaşdırmaq üçün addımlar, vaxtlar və qiymətlərdən ibarət təklifi hazırlayır. Növbəti ikitərəfli görüş zamanı bu məqamlar müzakirə edilir və qərar qəbul edilir.
Cubics POS digərlərindən nə ilə fərqlənir?

İlk olaraq – Cubics POS unikal interfeysə malikdir. Bu məhsul tərtib edilən zaman 3 klik prinsipinə əsaslanıb. Belə ki, istifadəçi istədiyi məlumatı həqiqətən də 3 klikə əldə edə bilir.
İkinci vacib məsələ - Cubics Technology şirkəti iş adamlarının rahatlığını nəzərə alıb və bu həll üçün proqram təminatından əlavə, həm də avadanlıq da təqdim edir. Belə ki, Siz daha avadanlığı haradan alıb onu bu sistemə necə inteqrasiya edəcəyiniz barədə düşünməyəcəksiniz.
Üçüncü vacib məqam – bütün sistem tam etibarlı şəkildə qurulur. Burada məsələ təkcə bu həllin etibarlı serverdə yerləşdirilməsindən deyil, sistem tam yerli şirkət tərəfindən qurulduğu üçün, dəstək xidmətinin də vaxtında və etibarlı şəkildə reallaşdıırılmasından gedir.
Cubics POS özündə nə kimi xüsusiyyətləri daşıyır?

Cubics POS sahibkarlara kassa və satış sistemini tam avtomatlaşdırmağa imkan yaradır. Belə ki, biznes sahibi anbar modulu ilə anbardakı vəziyyəti, maliyyə modulu ilə gəlir, xərclər və maliyyə sabitliyini, CRM modulu ilə müştəri bazasını, kadrlar modulu ilə əməkdaşların iş keyfiyyətini, təchizat modulu ilə gələn malların sayını və qiymətini rahatlıqla görə bilir. Bu da öz növbəsində biznesin daha da effektiv idarəedilməsinə birbaşa təsir edir.
Cubics POS biznes həllini necə əldə etmək olar?

Bu biznes həllini əldə etmək üçün Cubics Technology şirkəti ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrələri
*3881
(050) 271 19 66
Vebsayt:
Ünvan:
Bakı şəhəri, Bakıxanov küçəsi, 6
Bridge Plaza, 7-ci mərtəbə
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
- 31 d. əvvəl
-
11 saat əvvəl
“LEGIS”lation qanunvericiliyə dəyişiklik layihəsinə start verilib - Qeydiyyatdan keçməyə tələsin!
- 12 saat əvvəl
-
14 saat əvvəl
31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - SƏNƏD İMZALANDI
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Mercedes-Benz Hibrid: İndinin ən düşünülmüş qərarı
Nvidia, Synopsys-in 2 milyard dollarlıq səhmlərini alıb
Birjadan "Sizin Lombard"ın istiqrazları ilə bağlı qərar
Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - SƏNƏD İMZALANDI
Ən çox oxunanlar
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Rəqəmsal Maliyyə Mərkəzi" MMC yaradılıb - Məlumat-Hesablama Mərkəzi bu adla fəaliyyət göstərəcək
Azercell-dən qış kampaniyası!
Azərbaycan Mərkəzi Bankının sədri Çin Xalq Bankının sədrilə görüşüb
Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edildi
Naxçıvanda nazir vəzifəsindən azad olundu













.jpg)





