Azərbaycan hökuməti iqtisadi artım, inflyasiya və Manatın məzənnəsi üzrə proqnozlarını açıqladı
2025-ci ildə Azərbaycan iqtisadiyyatı 100 milyad manatı keçəcək.Ortamüddətli dövr üçün baza ssenaridə makroiqtisadi proqnozlar açıqlanıb.
"Marja.az" Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2022-ci il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəricilərinə əsasən baza ssenaridə (neftin bir barelinin orta illik qiyməti 2021-2022-ci illər üzrə 55 ABŞ dolları, 2023-2025-ci illər üzrə 50 ABŞ dolları fərz edilməklə) 2021-ci ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) real artımı 4,6 faiz olmaqla 82,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 5,2 faiz olmaqla 55,1 milyard manat təşkil edəcəkdir.
Proqnozlara əsasən, ortamüddətli dövrdə iqtisadi artım templərinin bərpa edilməsi ilə ölkədə ÜDM-in həcminin 2022-ci ilin sonuna 87,5 milyard manat, 2025-ci ildə isə 102,6 milyard manata qədər artacağı gözlənilir.
Açıqlamada bildirlir ki, iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2025-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72,9 faizə, neft sektorunun payının isə 27,1 faizə bərabər olacağı proqnozlaşdırılır.
2021-ci ilin sonuna 4,9 faiz, 2022-ci ildə 3,6 faiz proqnozlaşdırılan inflyasiyanın azalan templə 2025-ci ildə 3,2 faizə qədər enəcəyi gözlənilir. Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcəkdir. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülmüşdür.
Eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2025-ci ildə 77,3 milyard manata, xərclərinin isə 69,8 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.
Eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2025-ci ildə 77,3 milyard manata, xərclərinin isə 69,8 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır
2022-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 3,7 faiz artaraq 18,7 milyard manat olması proqnozlaşdırılır ki, bunun da 70,7 faizi daxili investisiyaların, 29,3 faizi isə xarici investisiyaların payına düşür. 2022-ci ildə qeyri-dövlət investisiyalarının həcmi 11,5 milyard manat olmaqla, ümumi investisiyaların 61,6 faizini təşkil edəcəkdir.
“Qeyd olunanlarla yanaşı, onu da vurğulamaq lazımdır ki, işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin aparılması ölkənin iqtisadi potensialının genişlənməsinə, o cümlədən iqtisadiyyatın sürətlə bərpasına əlavə təkan verəcəkdir. Müharibənin başa çatmasından qısa müddət keçməsinə baxmayaraq, artıq bir sıra əsas infrastruktur layihələrinin icrasına başlanılmışdır. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması, digər abadlıqquruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da öz növbəsində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaqdır. Digər tərəfdən, həmin bölgədə kommunikasiyaların açılması regionda sülhün, təhlükəsizliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyacaqdır”,- Açıqlamada bildirlir.
Qeyd edək ki, 2022-ci il və ortamüddətli dövrdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində rəqabətqabiliyyətli ixracın artırılması, əlverişli biznes mühitinin inkişaf etdirilməsi və əlavə dəyərli məhsulların yaradılması ilə 2025-ci ilə qədər qeyri-neft ixracının iki dəfə artırılması hədəflənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
-
- 1 gün sonra
-
12 d. əvvəl
50 milyon dollara satıldı – hərrac tarixinin ən bahalı dinozavr skeleti oldu
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yaxın Şərqdən turist axınının artırılması üçün avia və turizm şirkətləri ilə danışıqlar aparırıq"
-
14 saat əvvəl
Azərbaycan ilə daha bir ölkə arasında vizasız rejim tətbiq oluna bilər
-
14 saat əvvəl
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
21 bank xalis mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Sizin Lombard”dan 75/25 “Şok yay” kampaniyası (®)
Azər-Türk Bankın xalis mənfəəti 48% artıb – depozit portfeli 1,5 milyard manata yaxınlaşıb
Milli Depozit Mərkəzi Pakistanın Mərkəzi Depozitar Şirkəti ilə memorandum imzalayıb
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
ABB daha bir mühüm addım atıb - iTicket şirkəti ilə strateji tərəfdaşlıq sənədi imzaladı
Ümumi mənfəətin 83 faizə yaxını 5 bankın payına düşür - SİYAHI
Azərbaycan və Slovakiya qurumları Anlaşma Memorandumu imzalayıb



















