Əli Həsənovun oğlunun Vüqar Səfərli ilə "bahalı icarə" əməliyyatı - MİLYONLUQ MƏNİMSƏMƏ
KİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
İstintaq materiallarına istinadən V.Səfərlini həbsə aparan və Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli ilə birgə həyata keçirdiyi cinayət əməllərinə dair bəzi yeni məlumatlar əldə edilib.
İstintaq araşdırması zamanı məlum olub ki, Vüqar Səfərli Fondun rəhbəri olduğu müddətdə Prezidentin sabiq köməkçisi, KİVDF-nin kuratoru Əli Həsənovun oğlu Şamxal Həsənli ilə əlbir olaraq dövlət büdcəsindən külli miqdarda pul vəsaitini mənimsəyiblər.
İttihama görə, Vüqar Səfərli KİVDF-nin ofisini daha ucuz qiymətə icarəyə götürə biləcəyi halda Əli Həsənovun oğlu Şamxal Həsənliyə əlavə qazanc vermək üçün ona məxsus binadan baha qiymətə icarəyə yer götürüb.
Belə ki, Əli Həsənova məxsus və rəsmi sənədlərdə oğlu Şamxal Həsənlinin xüsusi mülkiyyətində olan Beynəlxalq Mətbuat Mərkəzindən KİVDF üçün ofis kirayələmək məqsədilə 1 kvadratmetrə görə ödəniş 12 manat nəzərdə tutulduğu halda, müqavilə 18 manatdan bağlanıb. Vüqar Səfərli öz yaxın adamlarının nəzarətində olan “Azərmətbuatyayım” ASC və “Kaspi Az” MMC-nin də həmin binadan ofislər icarəyə götürməsinə nail olub.
Ümumi üç ofis icarəyə götürülüb, onlardan biri 371, ikisi isə 421 kvadratmetr olub. Bu üç ofis üçün Şamxal Həsənli ilə bağlanmış müqaviləyə görə ona aylıq 1 kvadratmetrinə 18 manat olmaqla, ümumilikdə, hər ay 21 min 834 manat icarə haqqı ödənilib. Hər üç ofis üçün müqavilələr 2011-2019-cu illər ərzində bağlanıb.
Digər maraqlı epizod isə Prezidentin sərəncamı ilə 2019-cu ildə ləğv edilən Bilik Fondu üçün həmin binadan götürülən 419 kvadrtametrlik ofislə bağlıdır.
Fond ləğv edilsə də, bundan sonra əlavə 8 ay da icarə haqqı ödənişi davam etdirilib. Bu yolla hər ay 12 600 manat ödəniş etməklə, 100 800 manat pulu ələ keçiriblər.
İttihama görə, təkcə Şamxal Həsənlinin xüsusi mülkiyyətində olan BMM-də götürülən ofislərin icarə haqqı şişirdilərək 812 min 585 manat ələ keçirilərək mənimsənilib. Bütün bu əlavə gəlirlər birbaşa Şamxal Həsənliyə ödənilib, müqavilələr onunla bağlanıb.
Təqsirləndirilən şəxslərdən bəziləri ifadələrində mənimsəmə əməlləri ilə bağlı göstərişləri birbaşa Əli Həsənovdan aldıqlarını deyiblər.
Xatırladaq ki, Vüqar Səfərli istintaq zamanı vurduğu zərərdən 200 min manatını geri qaytarıb. Jurnalistlər binasının tikintisində iştirak edən “Portos” MMC-nin direktoru Ədalət Vəliyev isə 1 milyon manat ödəyib.
Qeyd edək ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.
Həmçinin, Vüqar Səfərlinin 637 min manat dəyərində olan əmlakları - Nobel prospektində yerləşən mağaza, Bakının Binəqədi, Novxanı, Əhmədli qəsəbəsində, İsmayıllı rayonu, Ticran kəndində torpaq sahələri, Lütfü Zadə küçəsində yerləşən mənzil və “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg”, “Toyota land Gruser” markalı lüks avtomobillərinin üzərinə də həbs qoyulub.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Kriminalqafqaz”
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
9 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"























