Azərbaycanda fındıq qabığından kömür istehsalı genişləndiriləcək - İCLAS
Azad olunmuş ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı qiymətləndirmələr aparılıb, araşdırma materialları Baş Prokurorluğuna təqdim edilibAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.
İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verilmiş, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.
Ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qiymətləndirmələr aparılıb və Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər rayonları və Şuşa şəhəri üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad edilmiş rayonların ərazisindən keçən çayların müəyyənləşdirilmiş nöqtələrindən davamlı olaraq su və dib çöküntüsü nümunələrinin götürülməsi işlərini aparır. Həmin nümunələr üzrə təhlillər aparılır və çirkləndiricilərin dinamikası hazırlanır. Transsərhəd çaylarda aparılan monitorinqlər zamanı Şərqi Zəngəzur ərazisində Oxçuçaydan götürülmüş su nümunələrində ağır metalların (mis, molibden, manqan, dəmir, sink, xrom və s.) miqdarı normadan on dəfələrlə çox qeydə alınır. Hazırda Oxçuçayda dib çöküntülərindən müxtəlif səviyyələrdən götürülmüş nümunələr üzrə qiymətləndirmə aparılır.
İclasda, həmçinin yanacaq tələbatının meşə oduncağı hesabına tam ödənilməsi mümkün olmadığı üçün digər alternativ yanacaqlardan istifadəyə üstünlük verilməsi ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, hazırda ölkəmizdə tullantı materiallarından (fındıq qabığı, kənd təsərrüfatı məhsullarının istehsalından yaranan tullantılar və s.) briketləşmiş kömür istehsalı getdikcə genişlənir. Həmin yanacaq növündən istifadə əlavə xərclərə (nəqliyyat, yanacaq, əl əməyi, vaxt, daşınma üstünlüyü, istilikverməyə görə oduncaqdan üstün olması və s.) qənaət etməklə yanaşı, xüsusi əhəmiyyətli meşələrimizə təzyiqi azalda bilər.
Qeyd olunanları nəzərə alaraq aidiyyəti qurumlar tərəfindən yanacaq kimi meşə oduncağı əvəzində alternativ yanacaq növlərindən istifadə olunması istiqamətində işlər planlaşdırılır.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 14 saat sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
2 saat əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
2 saat əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
2 saat əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
2 saat əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
5 saat əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
5 saat əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir





















