Füzuli əsilli vətəndaşların nəzərinə - Qarabağın ilk hava limanında vakant yerlər
AZAL Füzuli əsilli vətəndaşlar üçün Füzuli beynəlxalq hava limanında vakant yerlərin açıldığını elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, Qarabağda ilk hava limanının açılışı ərəfəsində Füzuli əsilli vətəndaşlar Azərbaycanın mülki aviasiyası kimi maraqlı və məsuliyyətli sahədə karyeraya başlamağa dəvət olunurlar.
İxtisas seçimi müsabiqə əsasında aparılacaq.
Beləliklə, “Azəraeronaviqasiya” (AZANS) HHİ-də, eləcə də Füzuli beynəlxalq hava limanının aerodrom və aerovağzal xidmətləri üçün işçi heyətin işə qəbuluna başlanmışdır.
Hava limanının aerodrom və aerovağzal xidmətləri üçün açılan vakant yerlər:
- mühəndis-proqramlaşdırıcılar;
- avadanlıqların təmiri və istismarı üzrə texniklər;
- işıqtexniki avadanlıq üzrə mühəndis və elektrik mexanikləri;
- texnoloji avadanlıqların təmiri və istismarı üzrə mühəndis;
- radiorabitə üzrə texnik və mühəndislər;
- komendantlar;
- qazanxana operatoru, konveyer xətlərinin operatoru;
- havalandırma və kondisioner sistemlərinin təmiri və onlara xidmət göstərilməsi üzrə çilingər;
- təmizlik xidmətləri və s.
AZANS-da açılan vakant yerlər:
- HHİ və Brifinq dispetçerləri;
- mühəndis-sinoptik və mühəndis-meteoroloqlar;
- HHİ AS, rabitə, radionaviqasiya və radiolokasiya üzrə mühəndis və texniklər.
Vakant yerdən asılı olaraq ali, orta ixtisas, orta təhsil və ya iş təcrübəsi tələb oluna bilər. İşaxtaran şəxslərdən hüquq təhsili tələb olunmur. Daha ətraflı məlumatı “Azərbaycan Hava Yolları” QSC-yə müraciət edərək əldə edə bilərsiniz. Maraqlanan namizədlərdən CV-lərini hr@azal.az elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd edək ki, AZAL Qarabağda tarixi yaşayış yerlərinə qayıdan əhalini işlə təmin edən ilk təşkilatlardan biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Füzulidə yeni hava limanı ən qısa zamanda inşa ediləcəkdir. Dövlət başçısı 2021-ci ilin yanvar ayında hava limanının təməlini qoydu, sınaq uçuşlarının həyata keçirilməsi isə bu ilin sentyabr ayının əvvəlində nəzərdə tutulub.
“Xüsusi qürur hissilə bildirirəm ki, “Azərbaycan Hava Yolları” işğaldan azad olunmuş Qarabağda yeni iş yerlərini açacaq ilk təşkilatlar sırasındadır. Füzulidə hava limanı ən yaxın günlərdə istismara təhvil veriləcək və əminəm ki, uzun müddət işğal altında olan bu regionun sakinləri böyük məmnuniyyətlə müsabiqə seçimində iştirak edəcəklər. Məhz buna görə onlar üçün bütün bu imkanları yaradırıq. Xüsusilə qeyd edim ki, Füzulidə istənilən növ hava gəmilərini qəbul etməyə imkan verən hava limanının istismara verilməsi regionun sosial-iqtisadi inkişafına güclü təkan verəcək, gələcəkdə isə turizm potensialını artıracaqdır”, - deyə “AZAL”ın prezidenti Cahangir Əsgərov qeyd etmişdir.
Hal-hazırda Füzuli hava limanında tikinti işləri son mərhələsindədir, uçuşların təhlükəsizliyini, sərnişin və yük aviadaşımalarının yüksək həcmlərini təmin etmək üçün nəzərdə tutulmuş ən yeni infrastruktur obyektləri istismara verilir. Tikinti işləri sürətlə davam edir və hava limanının açılışı bu ilin sonunadək planlaşdırılır.
Bundan əlavə dövlət başçısının tapşırığı ilə Qarabağda – Zəngilan və Laçın rayonlarında daha iki beynəlxalq hava limanının tikintisi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
-
2 d. əvvəl
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir ®
-
15 d. əvvəl
Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ
-
27 d. əvvəl
İri maliyyə qurumu neftin bahalaşacağını proqnozlaşdırır – Brent 110 dollara çata bilər
- 28 d. əvvəl
- 45 d. əvvəl
-
54 d. əvvəl
Enerji idarəçisi təyin edilməsə, kim nə qədər cərimə ödəyir?
-
55 d. əvvəl
Alians Development Bakıda dənizlə şəhəri birləşdirən “Bayıl Bulvarı”nın inşasına başlayıb
-
1 saat əvvəl
Qızılın qiyməti kəskin düşür – Son 5 ayın ən pis həftəsindən sonra ucuzlaşma davam edir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ
ABB ölkəmizdə insan kapitalını araşdırdı
"Böyük layihələri borclanmadan həyata keçiririk"
Ən çox oxunanlar
Enerji idarəçisi təyin edilməsə, kim nə qədər cərimə ödəyir?
Alians Development Bakıda dənizlə şəhəri birləşdirən “Bayıl Bulvarı”nın inşasına başlayıb
Qızılın qiyməti kəskin düşür – Son 5 ayın ən pis həftəsindən sonra ucuzlaşma davam edir
Qlobal bank xəbərdarlıq etdi: Neft bazarında böyük təklif artıqlığı yaranacaq – Qiymətlər düşəcək
AZAL-ın Bakı–İstanbul uçuşlarında dəyişiklik – Yeni plan yanvarın 4-dən tətbiq oluna bilər
Qızıl daha da ucuzlaşıb – FED-in faiz artıracağı gözlənilir
























