Ekspert işləyirlər, AYDA 1500-2500 MANAT QAZANIRLAR
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən təkcə fermerlər və təsərrüfat sahibləri deyil, bu sistemlə əməkdaşlıq edən müstəqil aqrar sığorta ekspertləri də faydalanırlar.
Aqrar sığorta qaydalarına əsasən, müstəqil aqrar sığorta ekspertləri sığortalanma prosesində riskləri qiymətləndirir, sığorta hadisəsi baş verdikdə isə hadisənin səbəbini müəyyən edərək dəyən zərəri hesablayırlar. Müstəqil ekspertin rəyi əsasında təsərrüfat sahibinə ödəniş edilir.
Ekspert xidməti ödənişlidir - bu xidmətlərin müqabilində aqrar sığorta ekspertlərinə xidmət haqqı və qət edilən məsafəyə görə yol xərci ödənilir.
Azərbaycanda Aqrar Sığorta Fondu tərəfindən aqrar sığortanın tətbiqindən qısa müddət keçməsinə baxmayaraq fəaliyyətə başlayan yerli aqrar sığorta ekspertləri artıq yüksək gəlir əldə etməyə başlayıblar.
Belə ki, müstəqil ekspertlər qısa müddət ərzində ölkənin əksər ərazilərində 1700-ə yaxın kənd təsərrüfatı heyvanına baxış keçirib, onlarla sığorta hadisəsini araşdırıb, bu zaman minlərlə kilometr yol qət ediblər. Nəticədə onlara təkcə iyul ayında böyük məbləğlərdə xidmət haqqı və yol xərci ödənilib.
Müstəqil aqrar sığorta ekspertlərinin gəlirləri onların aktivliyindən - təsərrüfatlara çıxışların və müayinə etdiyi heyvanların sayından, qət etdiyi məsafədən asılı olaraq dəyişir. Bunu iyul ayında ən çox gəlir əldə edən 3 müstəqil aqrar sığorta ekspertinin nümunəsində görmək mümkündür.
İyul ayında ən çox gəlir əldə edən 3 müstəqil aqrar sığorta ekspertlərinin aylıq gəlirləri - 2693 manat, 2603 manat və 2537 manat təşkil edib.Aqrar sığorta prosesində çalışan digər ekspertlərin də aylıq gəlirləri bu göstəricilərdən asılı olaraq 1 250 - 2 300 manat arasında dəyişib.
Qeyd edək ki, müstəqil aqrar sığorta eksperti bütün dünyada, o cümlədən Azərbaycanın təcrübəsindən istifadə etdiyi Türkiyədə yüksək gəlirli peşələrdən sayılır. Azərbaycanda da müstəqil ekspertlər fəaliyyətə başlayandan dərhal sonra onlar yüksək gəlirli peşələr sırasına yüksəlib.
Aqrar sığortanın əhatə dairəsi genişləndikcə aqrar sığorta ekspertlərinin sifarişləri və gəlirləri daha da artaracaq.
Xatırladaq ki, müstəqil aqrar sığorta peşəsinə yiyələnmək istəyən mütəxəssislər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi test imtahanlarından keçməli və Aqrar Sığorta Fondunun (ASF) təşkil etdiyi təlimlərdə iştirak etməlidirlər.
Ekspertlərin hazırlanması prosesi davamlıdır və imtahanlar mütəmadi keçirilir. Bu peşəyə maraq göstərənlər imtahanlardan xəbər tutmaq üçün DİM-in və ASF-nin internet səhifələrini izləyə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
























