bp: Biz əminik ki, SOCAR operatorluğu effektiv həyata keçirəcək
Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatirluğunun bp Exploration (Shah Deniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi avqustun 1-də başa çatıb.
bp-nin yaydığı məlumata görə, Cənubi Qafqaz Boru Kəməri təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə və Avropaya ixracı üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin dörd seqmentindən biridir. SOCAR Midstream Operations MMC SOCAR-ın 100%-lik törəmə müəssisəsidir.
Texniki operatorluğun ötürülməsi Şah Dəniz Qaz Yatağının 2-ci fazası və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri çərçivəsində Yekun İnvestisiya Qərarının bir hissəsi olaraq 2013-cü il dekabrında imzalanmış CQBK Boru Kəməri Payçılarının Sazişiin yenilənmiş variantında nəzərdə tutulmuşdu. Saziş CQBK-nin genişləndirilməsi layihəsi başa çatdıqdan bir il sonra SOCAR-a boru kəmərinin texniki operatorluğunu öz üzərinə götürmək hüququ verib. Kəmərin genişləndirilməsi üzrə tikinti işləri 2019-cu ilin martında başa çatıb. 2020-ci ilin martında isə SOCAR Midstream Operations Limited razılaşdırılmış keçid dövründə rəsmən CQBK-nin texniki operatoru olub. 2020-ci ilin martında başlayan keçid prosesi 2021-ci ilin iyulunda müvəffəqiyyətlə başa çatıb. COVID-19-un yaratdığı problemlərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv həyata keçirmək üçün sıx əməkdaşlıq etmişlər.
SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Cənubi Qafqaz Boru Kəməri şirkətinin 6 illik uğurlu kommersiya operatorluğundan sonra SOCAR kəmərin texniki operatorluğunu öz üzərinə götürür. Bu, Azərbaycan dövlət şirkətinin beynəlxalq qaz kəmərinin idarə edilməsi istiqamətində əldə etdiyi daha bir böyük nailiyyətdir. Kəmər Cənub Qaz Dəhlizinin vacib bölmələrindən biridir, Azərbaycanın qaz ixracını artırmaqla bərabər, qardaş Türkiyə və Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi, təchizatın şaxələndirilməsi və karbon oksidi tullantılarının azaldılmasına da xidmət edir. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində SOCAR ilə bərabər iştirak edən bp şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür etmək istəyirik.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons demişdir: “Biz dəqiq və kompleks şəkildə həyata keçirilmiş keçid prosesinin ardınca ÇQBK-nin texniki operatorluğunun SOCAR-a uğurlu ötürülməsindən məmnunluq duyuruq. CQBK Cənubi Qaz Dəhliznin həlledici hissəsidir, bu kəmər vasitəsilə Xəzərin enerji resursları ilk dəfə Avropa bazarlarına nəql olunub və bu prosesin təhlükəsizlik, səmərəlilik və uzunmüddətli etibarlılıq çərçivəsində davam etməsi üçün əməkdaşlığımız vacibdir. SOCAR kəmərin kommersiya operatoru kimi öz zəngin təcrübəsini ortaya qoyub və biz əminik ki, texniki operatorluğu da eyni effektivlik və təcrübə ilə həyata keçirəcək. Şahdəniz və CQBK layihələrinin ən böyük hissədarı olaraq, biz üzərinə düşən yeni vəzifənin həyata keçirilməsində SOCAR-ı dəstəkləmək məqsədilə onunla sıx əməkdaşlığmızı davam etdirmək əzmindəyik və SOCAR-a böyük uğur arzulayırıq.”
SOCAR Midstream şirkətinin icraçı direktoru Fuad Əhmədov demişdir: “Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunu qəbul etməkdən qürur duyuruq. Eyni zamanda bu vəzifənin üzərimizə dərin məsuliyyət qoyduğunu da dərk edirik. Texniki operatorun xələfi kimi biz bp-nin boru kəmərinin operatoru olduğu dövrdə nümayiş etdirdiyi təhlükəsiz, effektiv, ətraf mühit və cəmiyyət üçün əlverişli fəaliyyətini təmin etmək məqsədi ilə bp və digər tərəfdaşlarla sıx əməkdaşlıq etməyə davam edirik. Əminik ki, birgə işimiz kəmərin keçdiyi ölkələrə, hissədarlara, əməkdaşlara və kəmərin keçdiyi yerlərdə yaşayan icmalara fayda verəcək”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə ixrac boru kəmərləri üzrə sahə əməliyyat meneceri Eldar Qaziyev demişdir: “CQBK ixrac əməliiyalarının başladığı 2006-cı ildən bəri təhlükəsiz və etibarlı şəkildə fəaliyyət göstərir və bu diqqətəlayiq performans kəmərin əməliyyat heyətinin və işçi qüvvəsinin sayəsində əldə olunmuşdur. Texniki operatorluğun ötürüldüyü bu mühüm anda mən onların bütövlükdə ixrac sisteminin təhlükəsizliyini və etibarlılığını təmin edən dəyərli töhfələrini, işə məsuliyyətli yanaşmalrını və mükəmməl işlərini qeyd etmək istərdim. Əminik ki, əməliyyat təhlükəsizliyinə sadiqlik və işçi heyətin yüksək keyfiyyətli bacarıqları SOCAR-ın texniki operatorluğu dövründə də davam edəcək. Uğurlu keçidə nail olmaq üçün hər iki komandamızın nümayiş etdirdiyi birgə iş mükəmməl tərəfdaşlıq və sıx əməkdaşlığın nümunəsidir. Biz keçidin kəmərin fəaliyyətinə təsir etmədən təhlükəsiz və rahat tamamlanmasına görə xüsusi qürur duyur və bunu mümkün etdikləri üçün SOCAR və bp komandalarına təşəkkür edirik.”
Qeyd edək ki, CQBKŞ-nin səhmdarları aşağıdakılardır: bp (28.8%), TPAO (19.0%), SOCAR və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (16.7%), PETRONAS (15.5%), LUKOIL (10.0%) və NICO (10.0%).
CQBK dünya səviyyəli boru kəməridir və 2006-cı ildən etibarən təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməklə Azərbaycan, Gürcüstan və Türkiyənin regional bazarlarına qaz nəql edir.
Şahdəniz-2 çərçivəsində əlavə hasilat həcmlərini əhatə etmək məqsədilə CQBK sistemi Türkiyəyə (ildə 6 mlrd.kubmetr) və Avropaya (ildə 10 mlrd.kubmetr) Şahdəniz-2 həcmlərinin ixrac edilməsi üçün əlavə olaraq genişləndirilmişdir.
Boru kəmərinin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayında Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlayıb.
2020-ci ilin dekabr ayından başlayaraq o, ilk dəfə olaraq Şahdəniz qazının Avropaya ixrac edilməsinə başlayıb.
2021-ci ilin birinci yarısında CQBK-nin gündəlik orta ötürücülük gücü 46,51 milyon kubmetr qaz təşkil edib.
CQBK ixrac sistemi Azərbaycanda 443 km boru kəmərindən, Gürcüstanda 248 km boru kəmərindən ibarətdir. Sistemə həmçinin Azərbaycanda iki kompressor stansiyası, Gürcüstanda iki kompressor stansiyası və iki nəzarət-ölçü qovşağı daxildir.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
-
2 saat əvvəl
Naxçıvanda ticarət mərkəzi inşa edilir - Gündəlik 1000 nəfərdən çox ziyarətçi qəbul edə biləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
-
4 saat əvvəl
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
Putin Əliyevə zəng edib, minnətdarlığını bildirib
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
Ən çox oxunanlar
Yeni nəsil kassa aparatları ilk 2 ayda 4,5 milyard manatlıq dövriyyəni qeydə alıb - 16 FAİZDƏN ÇOX ARTIM
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
Martın 12-də gözlənilən hava şəraiti - 12° isti olacaq
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq
Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələri buraxıldı
Təmirli mənzil alan müştərilərə müxtəlif məişət avadanlıqları və texnikası hədiyyə olunacaq




















