Unibank biznes sahiblərinə Təminatsız Qarantiya verir
(®️) Biznesdə ən vacib məqamlardan biri sənə hər zaman qarantiya verən uğurlu maliyyə tərəfdaşının seçilməsidir. Əgər hər zaman yanında olan bir maliyyə tərəfdaşın varsa, istədiyin biznes qərarını da rahatlıqla verə, istədiyin layihədə iştirak edə bilərsən.
“Unibank”ın biznez müştərisi istənilən anda onun qərarlarını dəstəkləyən, qarantiya rolunda çıxış edən bir maliyyə tərəfdaşına malik olduğunu bilir.
Unibank, maliyyə vəsaiti lazım olan istənilən addımda biznes sahibinin yanında olduğunu göstərən daha bir məhsulunu – “Təminatsız Qarantiya”nı təqdim edib.
Məhsul bankın həm cari müştəriləri, həm də Unibank müştərisi olmaq istəyən sahibkarlar üçündür.
Təminatsız Qarantiya məhsulu alqı-satqı proseslərində, tenderlərdə iştirak zamanı Bankın maliyyə məsələlərində biznes sahibinə qarantiya durduğunu göstərən məktubun verilməsini nəzərdə tutur. Təminatsız Qarantiya biznes sahibinin aylıq dövriyyəsinə əsasən rəsmiləşdirilir və sahibkardan heç bir girov təminatı alınmadan verilir. Bank məhsul satan və yaxud tender keçirən tərəfə Qarantiya məktubu verməklə, biznes müştərisinin ödənişlərinə təminat verir. Nəticədə isə müştəri istədiyi layihədə iştirak edə, mal ala və ya digər öhdəliklərini çox rahatlıqla və vaxtında edə bilir.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat sonra
-
5 d. əvvəl
SOCAR Şri-Lanka şirkətləri ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib
-
- 20 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bank of Baku”nun biznes kreditləri portfelində əhəmiyyətli artım qeydə alınıb
-
1 saat əvvəl
“Bank VTB (Azərbaycan)”ın kredit portfeli 60 milyon manat artıb
-
2 saat əvvəl
Bankdan narazı qalan vətəndaşlar nə etməlidirlər? – Şikayət qaydaları
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Avropaya 8,6 milyard kubmetr qaz göndərib – Türkiyəyə ixrac 7 milyard kubmetrdir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
“Bank VTB (Azərbaycan)”ın kredit portfeli 60 milyon manat artıb
Ən çox oxunanlar
Azərbaycanda İslam bankçılığının tətbiqi üçün qanunvericilik dəyişir – Layihələr dövlət qurumlarına göndərilib
Azərbaycan Avropaya 8,6 milyard kubmetr qaz göndərib – Türkiyəyə ixrac 7 milyard kubmetrdir
FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®
399,99 manatlıq məhsul 199,99 manata, 99,99 manatlıq məhsul isə 29,99 manata satılacaq ®
Konserv istehsalçısına yeni icraçı direktor seçiləcək























