Azərbaycanını 5 aylıq qeyri neft-qaz məhsullarının ixracı 1 milyard dollardan azdır
2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 11957,6 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7564,7 milyon dollarını və ya 63,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 4392,9 milyon dollarını (36,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3171,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 21,3 faiz artmış, real ifadədə isə 10,2 faiz, o cümlədən idxal 13,4 faiz, ixrac 7,8 faiz azalmışdır.
2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,8 faiz, real ifadədə 11,9 faiz artaraq 907,6 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 36,8 faizini İtaliyaya, 16,3 faizini Türkiyəyə, hər biri 4,7 faiz olmaqla Hindistan və Gürcüstana, 4,6 faizini İspaniyaya, 3,9 faizini Rusiyaya, 3,7 faizini İsrailə, hər biri 2,6 faiz olmaqla Ukrayna, Portuqaliya və Tunisə, 2,4 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Tailanda, 1,7 faizini Belarusa, 1,6 faizini Çinə, 1,2 faizini İsveçrəyə, 7,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,8 faiz), Türkiyəyə (28,1 faiz), İsveçrəyə (10,0 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,2 faiz), Çinə (1,9 faiz), Ukraynaya (1,6 faiz), Türkmənistana (1,6 faiz), Qazaxıstana (1,2 faiz), Özbəkistana (1,2 faiz), Birləşmiş Krallığa (1,0 faiz), Belçikaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 15,0 faizi Türkiyə, 12,7 faizi Çin, 6,6 faizi Almaniya, 4,4 faizi ABŞ, 4,0 faizi Ukrayna, hər biri 3,5 faiz olmaqla İran və İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, 1,2 faizi Belarus, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 51,6 faiz, şəkər - 2,2 dəfə, bitki yağları - 43,3 faiz, meyvə və tərəvəz şirələri - 15,1 faiz, meyvə və tərəvəz konservləri - 23,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 14,5 faiz, pambıq lifi - 2,1 dəfə, pambıq ipliyi - 1,6 dəfə artmış, təzə tərəvəz ixracı isə 27,3 faiz, kartof - 11,5 faiz, çay - 22,8 faiz, tütün - 54,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 29,4 faiz, polietilen - 10,9 faiz, emal olunmamış alüminium - 25,9 faiz, qara metallardan borular - 1,7 faiz, bentonit gili - 1,7 faiz azalmışdır.
2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 2021-ci ilin yanvar-may aylarında buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər - 0,8 faiz, kartof - 14,7 faiz, çay - 6,7 faiz, təzə tərəvəz - 46,5 faiz, minik avtomobilləri - 1,6 dəfə, dərman vasitələri - 0,4 faiz, hesablama maşınları, blok və qurğuları - 13,1 faiz, rezin şinlər - 1,6 dəfə, yük avtomobilləri - 2,1 dəfə, mebellər - 24,6 faiz, məişət kondisionerləri - 28,5 faiz, paltaryuyan maşınlar - 32,1 faiz, məişət soyuducuları - 24,7 faiz artmış, bitki yağları idxalı isə 9,1 faiz, təzə meyvə - 1,4 faiz, kərə yağı, digər süd yağları və pastaları - 6,6 faiz, quş əti və onun əlavə məhsulları - 38,0 faiz, mal əti - 41,7 faiz, siqaretlər - 0,1 faiz, qara metallardan borular - 37,2 faiz, polad prokatı - 50,7 faiz, mineral gübrələr - 40,6 faiz, qara metallardan çubuqlar - 66,3 faiz, polietilen - 46,5 faiz, qara metallardan künclüklər - 29,0 faiz, avtobuslar - 28,2 faiz, sement və sement klinkerləri - 44,4 faiz azalmışdır.
Müştərilərin xəbərləri
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
- 26 d. əvvəl
-
44 d. əvvəl
“Hydrotrans Engineering” gəliri demək olar dəyişmədən mənfəətini 21% artırıb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Tez xarab olan mallar üçün gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək
-
1 saat əvvəl
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına üçqat tələb
Manat üçün mühüm siqnal – Valyuta ehtiyatları daha sürətlə artır
Mühüm qərar: Maliyyə işçiləri belə davranmalıdır - Rəhbərlərin mükafatı etik davranışdan asılı olacaq
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
Rabitəbankdan lombard krediti üzrə faiz dərəcəsində 4%-dək endirim ®
Xalq Bank sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir ®
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı





















