“Delta” ştammına yoluxanlar arasında ölüm halları azdır
Hansısa qeyri-adi vəziyyət yaranmadıqca, sərt karantin rejiminə ehtiyac olmayacaq"
“Son həftələr koronavirusun mutasiyaya uğramış növü olan “Delta” və “Delta+” ştammları sürətlə yayılmaqdadır. Bu variant artıq Rusiya, İran, Gürcüstan və Türkiyənin ardından Azərbaycanda da qeydə alınıb.
Hindistanda, sonra Rusiyada, xüsusilə son günlər Moskvada yaranan vəziyyət, sutkalıq yoluxma halları və həyatını itirənlərin sayı dünya səhiyyəsində çox ciddi narahatlıq yaratmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, azalmaların davamlı olduğu 10 həftədən sonra koronavirusa yoluxma və ölüm sayı artıb. O deyib ki, keçən həftə dünyada COVID – 19 xəstələrinin sayında artım olduğu dördüncü həftə idi. Bu artım ÜST-ün altı bölgəsində də qeydə alınıb. ÜST rəhbəri əlavə edib ki, pandemiya ilə əlaqəli epidemioloji vəziyyət ağırlaşır.
ATU- nun Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyeva koronavirusun yeni variantı ilə bağlı müsahibəni təqdim edirik. O, öncə “Delta”, “Delta+” ştammları və onların COVID – 19-un mutasiyaya uğramış digər ştammlarından fərqi barədə sualımızı cavablandırdı:
– Koronavirus RNT virusu olduğuna görə davamlı şəkildə mutasiyaya məruz qalır. Virusun öz ailəsinə aid, lakin fərqli xüsusiyyətlər daşıyan yeni ştammlarla qarşılaşmaq ehtimalı var. Bu gün “Delta” və “Delta+” ştammının əslində koronavirusun digər ştammlarından fərqli olub-olmadığının tibbi baxımdan konkret cavabı məlum deyil. Son ilyarımda – koronavirus pandemiyası başlayandan Rusiya səhiyyəsinin xəstəlik qarşısında bir neçə dəfə aciz qaldığı müşahidə edildi. “Delta” ştammının qeydə alındığı ölkələr Azərbaycanın yaxın ətrafında və qonşuluqda yerləşdiyindən deyə bilərik ki, ölkəmiz üçün risk təhlükəsi var. Bəzən bir-iki nəfərin yoluxmasının heç bir qorxusu olmayacağını düşünənlər unutmamalıdırlar ki, ilk dəfə Çində özünü göstərən bu virus qısa müddətdə bütün qitələrə yayıldı və bəşəriyyəti böyük problemlə üz-üzə qoydu. “Delta” ştammı barədə daha sürətlə yoluxma, yayılma, ağırlaşmalarının çoxluğu və müalicəyə tabe olmaması kimi ehtimallar var.
– Yeni, daha təhlükəli variant simptomlarına görə insanlarda təşvişi artırıb. Bu ştammdan qurtuluş yoxdurmu?
– Bütün dünyada pandemiya ləğv olunmayana qədər qorxmaq yox, ehtiyatlı hərəkət etmək məcburiyyətindəyik. Çünki dünyada dərhal ləğv etmək yolunu tapmadığımız fəlakətlə üz-üzəyik. Bu, qeyri-müəyyənlik nəticəsində dünya iqtisadiyyatına, hər bir insanın həyatına sosial və mənəvi cəhətdən böyük bir zərbə vurmuş hadisədir. Epidemioloji vəziyyətə nəzər salsaq, virusun ölkəmizə gəlməməsi ehtimalı demək olar ki, yoxdur. Təbii ki, hamımız onun gəlməməsini istəyirik. Lakin arzu başqa, reallıq isə tamam başqadır. Yay aylarında gediş-gəlişin daha çox olduğu bir vaxtda yeni variantın ölkəmizə gəlməsi ehtimalı çox yüksəkdir. Yeni mutasiyalar və onların yaratdığı təşvişdən insanlar da yorulub. Keçən il Britaniya ştammı barədə söhbət gedəndə daha çox təlaş keçirirdik. Lakin baş verə biləcək yeni dalğalar qarşısında həyəcan keçirməyə dəyməz. Çünki bu sahədə nikbin olmaq üçün kifayət qədər səbəb var. İlk növbədə, ötən ildən fərqli olaraq, artıq virusa qarşı peyvənd var. İkincisi, peyvənd vurduranlarla yanaşı, son bir il, ilyarım ərzində xəstəliyə yoluxub sağalanların sayı çoxdur. Üçüncüsü, xəstəliyin müalicəsi sahəsində həkimlərin öyrəndiyi xeyli məsələlər var. Əvvəllər çarəsiz kimi görünən ağırlaşma hallarında bu gün tam olmasa da, əvvəlki dövrlə müqayisədə müalicədən səmərəli nəticələr alınır. Bütün bunlarla yanaşı, pandemiyanın ilk dövrlərində qeyri-müəyyənlik nəticəsində yaranan həyəcan və təlaşdan fərqli olaraq, insanlar arasında bunu normal qəbul etmək, onunla yanaşı yaşamaq vərdişi də var və əvvəlki qorxu hissi yoxdur. Lakin biz yenə də yeni dalğalar qarşısında ölkənin iqtisadi zərərlə üzləşməməsi, hər bir insanın həyatına və ailəsinə təsir edəcəyi mənfi tendensiya ilə rastlaşmaması üçün, məhdudiyyətlərin yumşaldıldığı, sosial-mədəni həyatda yeni ümidlərin yarandığı bir vaxtda vəziyyətə uyğun addımlar atmaq məcburiyyətindəyik.
Həmçinin oxu
Azərbaycanda koronavirusun "Delta" ştammı aşkarlandı
– Deyilənə görə, avqust ayından sonra karantin rejimi sərtləşdiriləcək.
– Bununla bağlı konkret fikir söyləmək qeyri-mümkündür. Keçən il dünyanın bir çox aparıcı ölkələrində, eləcə də Azərbaycanda tətbiq edilən məhdudiyyətlərin əsas səbəbi qeyri-müəyyənlik idi. Sosial şəbəkələrdə hər kəs istədiyi fikri yazmaqda sərbəstdir. Amma fikir söyləməklə yazdığının məsuliyyətini daşımaq fərqlidir. Yəni, həmin dövrdə bütün dövlətlər ehtimal olunan təhlükənin qarşısını almaq üçün sərt tədbirlər görməyə məcbur idi. Düşünürəm ki, əvvəlki ilə müqayisədə hansısa qeyri-adi vəziyyət yaranmadıqca, dünya ölkələrinin səhiyyə sistemlərinin qazandığı təcrübə sayəsində sərt karantin rejiminə ehtiyac olmayacaq. Yəni, keçən il məhdudiyyətlərin tətbiq edilməsinə səbəb olan COVID – 19- a yoluxma sayı növbəti mərhələlərdə sərt karantinin tətbiqinə səbəb ola bilməz. Hadisəyə xronoloji olaraq yanaşsaq, görərik ki, ötən ilin mart – aprel aylarında sutka ərzində 200 – 300 nəfərlik yoluxma ölkənin bütün sistemlərinin iflic vəziyyətinə səbəb olmuşdu. Lakin üç ay sonra, sutkalıq yoluxma sayı 600 – 700- ə qalxanda səhiyyə sistemi koronavirusla mübarizəni büdrəmədən davam etdirirdi. Odur ki, növbəti aylarda yoluxma sayı hətta sutkada 5 – 10 minə qalxsa da, Azərbaycan səhiyyəsinin virusla mübarizədə kifayət qədər təcrübəsi vəziyyətdən çıxmağa kömək edəcək. Bütün bunları nəzərə alaraq demək olar ki, yalnız istisna hallarda sərt qapanmalar tətbiq edilə bilər.
– Sizcə, COVID – 19- la vidalaşmağımıza neçə il lazımdır?
– Koronavirus daim mutasiyaya uğradığından tibb elmi onun yeni ştammlarına daim hazır olmalıdır. İnsanlar bu fikirləri eşitməkdən yorulublar. Lakin bir həqiqəti qəbul etmək məcburiyyətindəyik ki, RNT tərkibli viruslarının əmələ gəlib sonradan tamamilə yox olması real deyil. Bu, tibbi epidemioloji tarixin məlum həqiqətlərindəndir. Amma o dəqiqdir ki, dünya həmişə koronavirusdan bugünkü qədər çəkinməyəcək. Necə ki, yüz il əvvəl 50 milyon insanın həyatını itirməsinə səbəb olan viruslar zaman keçdikcə yaddan çıxdı, eləcə də, illər keçdikcə, COVID – 19 da daha az ziyan verərək, mövsümü qriplər kimi bizimlə birgə olacaq. Həmin vəziyyətin nə vaxta qədər belə davam edəcəyinin isə dünyanın heç bir ölkəsində, heç bir səhiyyə ekspertində, eləcə də ÜST– də hələ ki, cavabı yoxdur.
– Necə düşünürsünüz, ölkəmizdə hazırda istifadə edilən peyvəndlərin yeni ştammlara qarşı təsiri olacaqmı?
– Azərbaycanda istifadə edilən 4 növ peyvəndin koronavirusun bütün ştammları qarşısında səmərəli olması ilə bağlı məsələ təkcə vətəndaşlar üçün deyil, eləcə də, dünya səhiyyə ekspertləri və bu sahə üzrə işləyən institutlar, virusoloq və infeksionistlər üçün müəyyən qədər müəmmalıdır. Lakin qazanılmış təcrübəyə əsasən, eyni ailədən olan mutasiyalar içərisində çox zaman əvvəlki peyvəndlər daha sonra yaranan variantlara qarşı müəyyən qədər təsirini saxlayır. Dövlətlər yeni yarana biləcək təhlükələrin qarşısını almaq üçün tədbir görmək ehtiyacı hiss edir. Yeni mutantlara qarşı hansı peyvəndlərin daha effektli ola biləcəyi haqda konkret sübuta yetirilmiş məlumat, həmçinin fərqli peyvəndlərimiz yoxdur. Belə olan halda, bizə tövsiyə olunan vaksinləri vurdurmaqla riskləri azalda bilərik. Vaksinasiya sayəsində sağlamlığımızı qorumaqla yanaşı, ölkə səhiyyəsinin gələcəkdə yarana biləcək təhlükəli dalğalardan qorunmasına da töhfə verərik. Çünki peyvənd olunanların olunmayanlarla müqayisədə dəfələrlə az simptomlarla xəstəxanaya düşmək ehtimalı var. Peyvənd olunanlar xəstəxanada yatarkən onların çox az qisminin reanimasiyaya ehtiyacı olur. Üstəlik, onların ölüm riski digərləri ilə müqayisədə 80 faiz daha aşağıdır. Beləliklə, dünya səhiyyə işçiləri pandemiyadan qurtarmaq üçün peyvənddən başqa alternativ yol görmürlər.
– Ölkəmizə son dəfə gətirilən “Pfizer” peyvəndini vurdurmaq istəyənlər çoxdur. Bu, həmin peyvəndin ölkəmizdə az gətirilməsi ilə, yoxsa, daha keyfiyyətli olması ilə əlaqədardır?
– “Pfizer” vaksini mənfi 76 dərəcəli soyuq zəncir içərisində saxlanılmalıdır. Həmin peyvənd hazırda ölkə üzrə cəmi iki mərkəzdə tətbiq olunsa da, gələcəkdə həmin mərkəzlərin sayının artırılması nəzərdə tutulur. Məlumdur ki, vətəndaşlar ölkədə istifadə edilən dörd peyvənd çeşidindən istədiyini seçə bilərlər. Sutka ərzində təxminən 70 min doza vaksin vurulması vətəndaşların peyvəndlənməyə müsbət münasibətinin və dövlətin bu işə ayırdığı diqqətin nəticəsidir. Ümid etməyə dəyər ki, yoluxanların təbii şəkildə immunitet qazanması və peyvəndləmə nəticəsində gələcəyə daha qorxusuz və inamla addımlamaq olar.
– Hazırda vətəndaşlar növbəti ştamma yoluxmamaq üçün nə etsinlər?
– Birmənalı olaraq tövsiyə edirəm ki, qorxmağa, çəkinməyə heç bir ehtiyac yoxdur. Bu gün koronavirus təhlükəli virus kimi qarşıya çıxsa da, nəzərə almaq lazımdır ki, dünya səhiyyəsi dəfələrlə ağır xəstəliklərlə mübarizədə uğur qazanıb. Çəkinmədən, ehtiyat etmədən, lazımsız məlumatları bir kənara atıb dövlətin və aidiyyəti qurumların, inanılmış səhiyyə ekspertlərinin verdiyi tövsiyələrə uyğun addımlar atmaqla və qorunma tələblərinə əməl etməklə, daha sağlam və təhlükəsiz yaşaya bilərik.
Onu da qeyd edim ki, Türkiyə Səhiyyə Nazirliyninin Elmi Şurasının üzvü, Qazi Universiteti Tibb fakültəsinin dekanı olan professor – doktor Mustafa Nəcmi İlhan bildirib ki, koronavirusa yoluxma və virusdan ölüm hallarının sayındakı azalma məhz peyvəndləmədəki irəliləyişlə bağlıdır: “Peyvəndləmə olmasaydı, indi biz ötənilki vəziyyətin eynisini yaşayacaqdıq. Qurban bayramından sonra fövqəladə bir hal baş verməsə, avqust ayının sonuna doğru gündəlik yoluxma və ölüm sayları lap azalacaq. Həmçinin iki dozada peyvənd olunanların sayının artması yoluxma sayını da nəzərə çarpan dərəcədə endirəcək. Amma koronavirus davam etdikcə, tədbirli olmağımız gərəkdir, ehtiyatı əldən verməməli və tibb maskaları çətir kimi cibimizdə hazır tutmalıyıq”.
Professor bildirib ki, hazırda “Delta” variantına yoluxanlar arasında ölüm halları azdır. Viruslar əsasən 2 növ mutasiyaya uğrayırlar: yoluxuculuğun artması və ya azalması, həmçinin öldürücülüyün artması və ya azalması. Hazırda öldürücülüyü artmış bir virus müzakirə mövzusu deyil. Müsbət cəhət budur ki, yeni variantın yoluxuculuq xüsusiyyəti dəyişməyib. Yoluxma yolu dəyişmədiyi kimi, ondan qorunma yolları da dəyişməyib. Yeni varianta yoluxmamaq üçün peyvənd olunmalı, kütləvi yerlərdə olmaqdan çəkinməli, tibbi maskalardan istifadə etməliyik.
“Xalq qəzeti”
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
35 d. əvvəl
Bakıda faktorinq və lizinq ilə bağlı çətinliklər müzakirə edilib
- 39 d. əvvəl
-
44 d. əvvəl
Layihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satır
-
-
47 d. əvvəl
Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb
-
1 saat əvvəl
2 milyona yaxın istifadəçisi olan bank tətbiqi daha da etibarlı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unicapital və MDM kapital bazarlarına dair birgə təlim təşkil etdi
-
3 saat əvvəl
Dünya Bankı: Bu il neftin qiyməti 65 dollardan aşağı olacaq, 2026-da 60 dollaradək düşəcək
-
3 saat əvvəl
Azərbaycanın ən böyük yarımstansiyası inşa olunur, ölkənin müxtəlif istiqamətlərinə xətlər çəkilir
-
3 saat əvvəl
PashaPay Bir ekosistemi qlobal Money20/20 Europe tədbirində təmsil edəcək
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Bakıda faktorinq və lizinq ilə bağlı çətinliklər müzakirə edilib

Azərbaycan “Metro İstanbul”un inkişaf təcrübəsini öyrənir

Layihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satır

Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb

May ayının ilk günü üçün hava proqnozu açıqlanıb

Prezident bağçılıq və soyuducu anbar kompleksində olub

Unicapital və MDM kapital bazarlarına dair birgə təlim təşkil etdi
Ən çox oxunanlar

Dünya Bankı: Bu il neftin qiyməti 65 dollardan aşağı olacaq, 2026-da 60 dollaradək düşəcək

Azərbaycanın ən böyük yarımstansiyası inşa olunur, ölkənin müxtəlif istiqamətlərinə xətlər çəkilir

Dünən bank kartlarından 36 min manat oğurlanıb

Bank BTB-də yeni rəqəmsal imkan!

Şirkət 1 milyon manata yaxın mənfəətini bölüşdürməyi nəzərdə tutur

Azərbaycan neftinin son qiyməti

Özəl nəşriyyatda səhmdarlara dividend ödənilməsi müzakirə ediləcək
