SOCAR 2020-ci il üzrə maliyyə göstəricilərini açıqladı - 50 MİLYARD MANATA YAXIN GƏLİR
Dünya neft sənayesi tarixinin ən təlatümlü dövrü kimi yaddaşlarda qalan 2020-ci ildə SOCAR neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin nəqli və satışı seqmentlərində əldə etdiyi müsbət nəticələr hesabına üzləşə biləcəyi xalis zərəri azaltmağa nail olub.SOCAR 2020-ci ili 1 milyard 734 milyon manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 651 milyon manat xalis mənfəət ilə bağlamışdı.
Marja SOCAR maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə şirkətin gəlirləri 41% və ya 34 milyard 145 milyon manat azalaraq 49 milyard 607 milyon manat təşkil edib. SOCAR 2019-cu ildə 83 milyard 752 milyon manat gəlir əldə etmişdi.
2019-cu ilin sonunda SOCAR-ın cəmi aktivləri 65 milyard 375 milyon manat ikən, 2020-ci ilin sonunadək 64 milyard 155 milyon manata geriləyib.
XXX
SOCAR 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, şirkət pandemiya dövründə həyata keçirdiyi optimallaşdırma tədbirləri nəticəsində gözlənilən zərərini azaltmağa nail olub.
Dünya neft sənayesi tarixinin ən təlatümlü dövrü kimi yaddaşlarda qalan 2020-ci ildə SOCAR neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin nəqli və satışı seqmentlərində əldə etdiyi müsbət nəticələr hesabına üzləşə biləcəyi xalis zərəri azaltmağa nail olub. Hesabat ilində şirkətin ümumi dövriyyəsi 49,6 milyard manat təşkil edib. Dövriyyənin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, həmçinin neft və neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib.
2020-ci il, əsasən, apstrim seqmenti, yəni neft və qaz yataqlarının işlənməsi üçün çətin dövr olsa da, SOCAR bu sahədə əsaslı optimallaşdırma tədbirləri həyata keçirməklə, 1,4 milyard manat, ticarət, paylanma və satış seqmentində isə 0,3 milyard manatlıq mənfəət əldə edib. Bu isə hətta 2019-cu ildə bu iki seqment üzrə əldə olunan 1,6 milyard manat cəmi xalis mənfəətdən çoxdur.
Bununla belə, şirkət fəaliyyət göstərdiyi digər sahələrdə və bəzi xarici ölkələrdə, o cümlədən, xarici sərmayələrinin daha çox olduğu Türkiyə bazarında pandemiyanın iqtisadi təsirlərinə məruz qalaraq, həmçinin valyuta məzənnəsində yaranan fərq səbəbindən itkilərlə üzləşib. Bu itkilərin miqdarı digər seqmentlərdə əldə olunmuş müsbət nəticələri üstələyərək, ümumi nəticədə zərərə səbəb olub. Belə ki, il ərzində SOCAR-ın xalis zərəri 1,7 milyard manat olmuşdur. Bu, şirkətin konsolidə olunmuş maliyyə hesabatlarını təqdim etməyə başladığı 2008-ci ildən 2020-ci il hesabat ilinədək baş vermiş ikinci belə haldır. 2015-ci ildə şirkət hesabat ilini devalvasiya nəticəsində xalis zərərlə, 2008-2019-cu illər arasında bütün başqa illəri isə mənfəətlə başa vurub.
2020-ci ildə SOCAR-ın ümumi aktivlərinin dəyəri 64,2 milyard manat, cari aktivlərin dəyəri 18,3 milyard manat, uzunmüddətli aktivlərin dəyəri isə 45,9 milyard manat həcmində qiymətləndirilib, cari öhdəlikləri 20,6 milyard manat, uzunmüddətli öhdəlikləri isə 21,6 milyard manat olub. Hesabat ilində SOCAR-ın cəmi kapitalı 21,9 milyard manat, nağd pul vəsaitləri 6,2 milyard manat, ümumi öhdəliklərin ümumi aktivlərə nisbəti isə 66% təşkil edib.
Qeyd edək ki, şirkətin 2020-ci ilin dekabrın 31-i tarixinə hazırlanmış maliyyə hesabatları nüfuzlu beynəlxalq audit şirkəti Ernst & Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy veriləndən sonra ictimaiyyətə təqdim olunur. SOCAR-ın sonuncu maliyyə hesabatına bu keçid üzərindən baxa bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
29 d. əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
17 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 17 saat əvvəl
-
18 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
18 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb



















