Azərbaycanda sığorta ilə bağlı daha bir istiqamət elektronlaşacaq
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında görüş keçirilib.
ASA-dan Marjaya verilən məlumata görə, görüşdə sığorta şirkətləri ilə Mərkəz arasında sənəd və məlumat mübadiləsinin elektronlaşması ilə bağlı məsələ müzakirə edilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev çıxışında bildirib ki, hazırda ölkəmizdə və dünyada bütün sahə, sektor və seqmentlər müasir çağırışlara adekvat olaraq elektronlaşma proseslərini sürətləndirib. ASA rəhbəri qeyd edib ki, proseslərin avtomatlaşdırılması yerli sığorta bazarı üçün də prioritetdir:
“Yerli sığorta bazarı iştirakçıları sistemin elektronlaşması ilə bağlı əhəmiyyətli addımlar atıblar. Qarşımızda duran başlıca hədəflərdən biri sığortaçıların mütəmadi olaraq məlumat mübadiləsi gerçəkləşdirdiyi qurumlarla da proseslərin elektronlaşması yönündədir. Nümunə olaraq qeyd edə bilərəm ki, artıq Milli Hidrometeorologiya Xidməti ilə qarşılıqlı sənəd mübadiləsi prosesləri elektronlaşıb. Növbəti mərhələ olaraq Respublika Seysmoloji Xidmət Mərkəzi ilə də sənəd dövriyyəsində müvafiq elektronlaşmanın həyata keçirilməsinin tərəfdarıyıq”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, professor Qurban Yetirmişli qurumlar arasında sənəd dövriyyəsi və informasiya mübadiləsinin elektronlaşması yönündə irəli sürülmüş təklifi yüksək qiymətləndirib. Mərkəzin baş direktoru müvafiq təklifin dəyərləndiriləcəyini və bu istiqamətdə müsbət nəticələr əldə olunması üçün bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.
İki qurum arasında əldə olunan razılığa əsasən, sənədləşmə prosesinin elektronlaşması ilə bağlı iki tərəfin təmsilçilərindən ibarət İşçi qrupunun yaradılmasına qərar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 d. əvvəl
- 53 d. əvvəl
-
-
55 d. əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 57 d. əvvəl
-
1 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
15 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





























