SOBSAN iri sığorta ödənişi aldı - MƏBLƏĞ
SOBSAN və AZSIĞORTA yanğın hadisəsi ilə bağlı birgə bəyanat yayıbSOBSAN boya fabrikində baş vermiş yanğın nəticəsində dəyən zərərə görə, 1,7 milyon manat sığorta ödənişi edilib. Bu, sığorta sektorunun tarixində ən iri sığorta ödənişlərindən biridir.
Marja-nın məlumatına görə, SOBSAN və AZSIĞORTA şirkətlərinin birgə bəyanatında bildirilir ki, sığorta ödənişi SOBSAN boya fabrikinə dəymiş ümumi zərərin kiçik bir hissəsini əhatə edib.
AZSIĞORTA ASC-nin İdarə Heyəti sədrinin müavini Elbrus Fərzəliyev məsələ ilə bağlı bildirib ki, sığorta ödənişinin dəymiş zərərin kiçik hissəsini əhatə etməsinin səbəbi natamam sığortadır:
“Fabrik könüllü əmlak sığortası növü üzrə real dəyərindən xeyli aşağı məbləğə sığortalanmışdı. Sığorta məbləği hadisə zamanı sığorta şirkətinin ödəməli olduğu maksimal məbləğdir. Bu məbləğdən asılı olaraq, sığorta haqqı hesablanır və sahibkarlar sığortada qənaət etmək istəyəndə əmlakın real dəyərini yox, onun bir hissəsini sığortalayırlar.
Kiçik hadisə baş verəndə bu böyük rol oynamır, lakin SOBSAN fabriki demək olar ki, tam məhv olub. Nəticə olaraq, AZSIĞORTA şirkəti sığorta müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirsə də, real zərər qat-qat yüksəkdir”.
"BİZƏ 20 MİLYON MANAT ƏTRAFINDA ZİYAN DƏYİB"
SOBSAN fabrikinin direktoru Orxan Allahverdiyev bildirib:
“Təəssüf ki, biz sığorta edərkən əmlakı tam dəyərinə sığortalamağın çox baha olduğunu düşünürdük. Tam sığorta təxminən 55 min manata başa gəlirdi və biz natamam sığortalanmaq ilə sığorta haqqını 7 min manatadək endirdik. Hadisə zamanı bizə 20 milyon manat ətrafında zərər dəyib. İndi isə bu zərər müqabilində tam sığorta üçün 55 min manat heç də böyük məbləğ kimi görsənmir. Faktiki olaraq, biz 48 min manat “qənaət” edib, 18 milyonmanat itirdik!
Odur ki, biz hamıya əmlakını tam dəyərinə sığortalamağı israrla tövsiyə edirik. İnanın ki, itirə biləcəyinizin müqabilində sığorta haqqı kiçik bir xərcdir.”
Xatırladak ki, ötən il Bakının Binəqədi rayonu ərazisində yerləşən SOBSAN boya fabrikində yanğın hadisəsi baş vermişdi. Yanğın zamanı 3 min kv. m. sahəyə zərər dəymişdi. SOBSAN 20 il fəaliyyət göstərən və 12 ölkəyə məhsul ixrac edən Azərbaycanın ilk boya fabrikidir.
AZSIĞORTA şirkəti 2006-cı ildən fəaliyyət göstərir və ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxildir.
Müştərilərin xəbərləri
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 2 gün sonra
-
1 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 14 d. əvvəl
-
28 d. əvvəl
Bank sektorunun aktivləri bir ayda 1,8 milyard manat artıb – 61 MİLYARD MANATA YAXINLAŞIB
- 31 d. əvvəl
- 36 d. əvvəl
-
50 d. əvvəl
“SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq
-
58 d. əvvəl
Bank sektorunda işçi sayı ilin əvvəlindən cəmi 73 nəfər artıb
-
1 saat əvvəl
Mərkəzi Bank “Tiko Azərbaycan”a icrası məcburi göstəriş verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
“ALPA” ASC-nin xalis mənfəəti kəskin azalıb
Bank Şuşada yeni filialını istifadəyə verib
Bank sektorunda işçi sayı ilin əvvəlindən cəmi 73 nəfər artıb
Ən çox oxunanlar
Mərkəzi Bank “Tiko Azərbaycan”a icrası məcburi göstəriş verib
Nektarin tingində virus aşkarlanıb və məhv edilib
İyulun 30-da gözlənilən hava şəraiti
Bu gün axşam "dörd gözlə" gözlənilən qərar açıqlanacaq
Bankların kredit portfeli bir ildə 3,3 milyard manat böyüyüb – İyunda sürətli artım
Azərbaycan banklarının xalis mənfəəti 140 milyon manata yaxın artıb










.webp)













