Dollar alverçiləri polislərin gözü qarşısında işləyirlər - REPORTAJ

Son bir neçə gün ərzində Azərbaycanda dolların “qara bazarı”na qarşı ən yüksək səviyyədə mübarizə aparılsa da, işbazlar hələ də fəaliyyətdədirlər.
Paytaxtda “qara bazar”ların təşkil olunduğu məkanlara baş çəkdik. İlk olaraq, bu alış-veriş üçün ən çox tanınan “28 May” metrostansiyasının və Dəmiryol Vağzalının ətrafını dolaşdıq.
Hüquq-mühafizə orqanlarının mütəmadi olaraq keçirdiyi əməliyyat tədbirlərindən sonra KİV-də “qara bazar” alverçilərinin gizli fəaliyyətə başladığı qeyd olunurdu. Lakin bizim gördüklərimiz bunun tam əksini sübut etdi. İşbazlar özləri sizə yaxınlaşır, “dollar, rus pulu” təklif edir. Hətta ərazidə gəzişərək ucadan qışqırıb dollar satdıqlarını elan edirlər.
Metrostansiyanın birinci çıxışından çıxıb sola döndükdə, elə Vağzal üçün təmir aparılan pilləkənlərin qarşısında orta yaşlı 3 kişi bizə öz dollarlarını təklif etdi. Yaxınlaşıb məzənnə ilə maraqlandıq. Dollar 1,83 manata təklif olundu. Məzənnəni aşağı endirmək cəhdlərimiz uğursuz oldu. Növbəti sövdələşmə üçün pilləkənlərlə yuxarı qalxmağa başladıq. Pillələrin sonunda cavan oğlan gəzişərək “rus pulu” dəyişdiyini elan edirdi. Biz isə dollarla maraqlandığımızı dedik. Məzənnə dəyişmədi – 1.83.
Yenə də dolların qiymətini “öldürməyə” çalışdıq, işbaza çoxlu manatımızın olduğunu, aşağı məzənnə təklif edərsə, bu dəqiqə 3-4 min manat dəyişəcəyimizi dedik. Bu zaman görünür həvəsləndi və cibindəki pulları çıxardı, təxminən 10 min dollarlıq “100”lüklər və ondan bir qədər az “rus pulu”nu əlində saymağa, bizə açıq formada nümayiş etdirməyə başladı. Amma qiymətdə israrlı idi, “özümüz bir həştad iki, bir həştad iki əllidən alırıq” deyib sövdələşməyə getmədi. Rusiya rublunun vəziyyətini də soruşduq. “İyirimi yeddi əllidən alıb iyirmi səkkiz əllidən” satdıqlarını dedi. Yaxın qonşumuzun valyutası üçün isə sövdələşməyə gedəcəyini dedi, amma bir şərtlə, “rus pulu”nu biz ona verib manat alacaqdıq: “Əgər çox olsa, iyirmi səkkizdən də alaram”.
Bu söhbət zamanı daha bir neçə dollar makleri bizə yaxınlaşdı. Hər kəs 1.83-dən təklif edirdi, əmin formada da dedilər ki, hara getsəniz bundan ucuzunu tapa bilməyəcəksiz. Maraqlı məqam isə budur ki, işbazlardan 5-10 metr aralı polis əməkdaşları dayanır, sərbəst gəzir, dollar alverçiləri ilə söhbətləşirdi. Özümüzü öncədən jurnalist kimi təqdim etmədiyimiz üçün polis əməkdaşından bu güzəştin səbəbini soruşa bilmədik.
Mənbə:“Qafqazinfo”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Wolt yeni “Packages” funksiyanı təqdim edir: İndi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
-
3 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 25 d. əvvəl
- 35 d. əvvəl
-
40 d. əvvəl
"Quşçuluq təsərrüfatları ikinci-üçüncü əl kəsim avadanlığı ilə işləyirlər"
- 43 d. əvvəl
-
49 d. əvvəl
"FHN-in qərarı dəyişməsə, təsərrüfatımız məhv olacaq, insanlar işsiz qalacaq”
-
56 d. əvvəl
Naziri Məcnun Məmmədova Gömrük Komitəsinin quşçuluğa yaratdığı problemlər barədə məlumat verilib
-
1 saat əvvəl
"Bank Respublika"Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Bank”dan "mPOS" ilə ödəniş qəbulunda 0% komissiya!

Azərbaycanda inflyasiya sürətlənib

"Quşçuluq müəssisələri nə köhnə damları yeniləri ilə əvəz edə, nə müasir texnologiyaları tətbiq edə bilirlər"

Naziri Məcnun Məmmədova Gömrük Komitəsinin quşçuluğa yaratdığı problemlər barədə məlumat verilib

"Bank Respublika"Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı
Ən çox oxunanlar

Oktyabrın 11-də gözlənilən hava şəraiti

WUF13 Azərbaycan Əməliyyat Şirkətində yeni təyinat

"Azneft" 2 şirkət ilə anlaşdı - Separatorların modernləşdirilməsi həyata keçiriləcək

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 8 faizə yaxın artıb - 2,6 MİLYARD DOLLAR

Wolt yeni “Packages” funksiyanı təqdim edir: İndi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!

Azərbaycanın tikinti şirkətinin gəlirləri kəskin azalıb, zərər edib, texniki müflis olub

Azərbaycan neftinin son qiyməti
