İpəkqurdu toxumunun paylanması başa çatdı
Nazir İnam Kərimov Bərdə və Ağcabədidə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb2021-ci il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb. Bu il 40 rayondan olan 6 minə yaxın kümçüyə əvəzsiz olaraq 14700 qutu ipəkqurdu toxumu (qrena) paylanıb. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, ilk dəfə olaraq Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.
Bərdə baramaqurutma müəssisəsində hibrid ipəkqurdu toxumlarının son partiyası kümçülərə paylanıb. Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, rayon rəhbərliyi, 6 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislər iştirak ediblər. Qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama “Azəripək” MMC tərəfindən 4 manata təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.
Tədbir iştirakçıları Bərdə rayonundakı kümxanalarda ipəkqurdunun bəslənmə şəraiti ilə də tanış olublar.
Daha sonra iştirakçılar Bərdədə faraş soğan yığımının vəziyyəti, yığımdan sonra sahələrdə təkrar qarğıdalı səpininin gedişi, pambıq sahələrində aparılan kultivasiya işləri maraqlanıblar. Sahələrdə fermerlərlə keçirilən görüşlərdə aqrar sahənin aktiv dövrünün başladığı qeyd olunub, kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsi, yeni subsidiya mexanizmləri, toxumçuluğun inkişafı, təkrar əkinlərin aparılması və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ağcabədi rayonuna səfər zamanı Təzəkənd və Hüsülü kəndlərində “Vahid sahədə vahid əkin” prinsipi əsasında əkilmiş sahələrə baş çəkilib. Bildirilib ki, fermer əməkdaşlığının yeni modeli olan “Vahid sahədə vahid əkin” layihəsi torpaq və su ehtiyatlarından səmərəli istifadəyə imkan verən, növbəli əkin aparılmasını asanlaşdıran, fermerlərin gəlirlərini artıran bir modeldir. Bu pilot layihə ilk dəfə olaraq Ağcabədi və Bərdə rayonlarında həyata keçirilsə də, layihə digər rayonlarda da maraq doğurub. Ümumilikdə bu il 8 rayonda çoxlu sayda fermer vahid massivdə yerləşən kiçik pay torpaqlarını birləşdirərək vahid bitki əkməyə qərar veriblər. Bugünədək təxminən 1000 hektara yaxın sahədə “Vahid sahədə vahid” əkin prinsipi ilə əkin aparılıb, payızlıq əkin dövründə bu sahələrin artacağı proqnozlaşdırılır.
Nazirliyin nümayəndələri Azərbaycanda yerli Qaradolaq qoyun cinsinin saxlandığı damazlıq təsərrüfatında olublar. Qaradolaq qoyunları hündürlüyünə, çəkisinin ağırlığına və ət veriminə görə digər yerli cinslərdən fərqlənir, bu səbəbdən fermerlər arasında bu cinsin saxlanıb artırılmasına maraq boyükdür. Fermerlər xalq seleksiyası yolu ilə alınmış Qaradolaq qoyunlarının damazlıq xüsusiyyətlərinin qorunub saxlanmasına və artırılmasına xüsusi diqqət yetirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
2 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
3 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
3 saat əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
Ən çox oxunanlar
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Dövlət büdcəsinin gəlirləri azalıb





















