Azərbaycan və İndoneziya Anlaşma Memorandumu imzaladı
Azərbaycan və İndoneziya neft-qaz sektorunda hasilat və emal istiqamətləri, eləcə də bərpa olunan enerji sahəsi üzrə əməkdaşlıq edəcəklər.Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanla İndoneziyanın ikitərəfli əlaqələrinin inkişafında enerji sahəsində əməkdaşlığın rolundan bəhs edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neft təchizatını həyata keçirir. Bu müddət ərzində SOCAR tərəfindən İndoneziya istiqamətində ümumilikdə, 25 milyon tondan çox xam neft təchiz edilib ki, bunun da 24 milyon tonunu “Azeri Light” markalı neft təşkil edir: “Enerji sahəsində tərəfdaşlıq əlaqələrimizin hazırda genişlənmək potensialı var. Azərbaycanın elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını, təxminən, 1500 MVt artıraraq 30%-ə çatdırmaq hədəfi, xarici investorların cəlbi ilə əlaqədar görülən tədbirlər, xüsusilə də azad edilmiş ərazilərin “yaşıl enerji zonası” na çevrilməsi ilə bağlı planlar enerji əməkdaşlığının inkişafı üçün böyük imkanlar yaradır. Bu gün imzaladığımız bu sənəddə bərpa olunan enerji üzrə əməkdaşlıq istiqamətinin yer alması da enerji sahəsində işbirliyinin şaxələndirilməsini ehtiva edir. Fürsətdən istifadə edərək, İndoneziyanın dövlət və özəl sektorunun maraqlı tərəflərini, potensial investorları “yaşıl enerji” sahəsində əməkdaşlığa dəvət edirəm”.
İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Arifin Tasrif isə bidirib ki, bu sənədin imzalanması ilə İndoneziya və Azərbaycan arasında enerji əməkdaşlığının inkişafı yeni mərhələyə daxil olur: “Qlobal miqyasda iqtisadi tənəzzüllə müşayiət olunan pandemiya innovativ, qeyri-standart planlar və strategiyalarla çətinliklərin öhdəsindən gəlməyi təşviq edir. Həmçinin belə bir mürəkkəb vəziyyətdə enerji sahəsi də daxil olmaqla beynəlxalq əməkdaşlığın gücləndirilməsi də vacib amilə çevrilir. İnanıram ki, İndoneziya ilə Azərbaycan arasında enerji əməkdaşlığı daha yüksək səviyyədə inkişaf edərək, hər iki ölkəyə qarşılıqlı fayda gətirəcəkdir”.
Memoranduma əsasən, Azərbaycan və İndoneziya neft-qaz sektorunda hasilat və emal istiqamətləri, eləcə də bərpa olunan enerji sahəsi üzrə əməkdaşlıq edəcəklər. Sənəd, həmçinin elmi və texniki əməkdaşlıq üzrə birgə layihələrin, təlim və inkişaf proqramlarının həyata keçirilməsini, enerji sahəsinə investisiyaların təşviqini, birgə seminar, konfrans və enerji forumlarının keçirilməsi istiqamətlərini əhatə edir. Anlaşma Memorandumundan irəli gələn məsələlərin müzakirəsi və həyata keçirilməsi məqsədilə Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
2 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
2 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 25 d. əvvəl
-
1 saat əvvəl
AZCON Holding və “Amazon Web Services” strateji əməkdaşlığı genişləndirir
-
1 saat əvvəl
Sığorta bazarında ödəniş təzyiqi güclənir: Ödənişlər haqlardan 4,4 dəfə sürətlə artıb
-
1 saat əvvəl
Məşhur pudra qalmaqalı: 76 min xərçəng iddiası – Johnson & Johnson böyük ödənişə razılaşdı
-
1 saat əvvəl
İnvestAZ və SİMA İmza əməkdaşlığı sayəsində hesablar tam onlayn açılır
-
2 saat əvvəl
Küləkli hava bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kredit və əmanət faizlərinə təsir edə biləcək qərar yaxınlaşır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
İyulun 29-da gözlənilən hava şəraiti
Sığorta bazarında ödəniş təzyiqi güclənir: Ödənişlər haqlardan 4,4 dəfə sürətlə artıb
Azərbaycan neftinin son qiyməti
Hotellərdəki yerlərin 81 faizə yaxını istifadəsiz qalıb
Ən çox oxunanlar
Kredit və əmanət faizlərinə təsir edə biləcək qərar yaxınlaşır
Rəsmi məzənnələr açıqlandı
Qızılda həlledici saatlar: FED hansı qərarı verəcək?
Azərbaycanda “ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq
Avropanın ən böyük bankı dəyişib
Sumqayıt Sənaye Parkında yeni şirkət - 18,5 milyon manatlıq layihə, 100 yeni iş yeri
Tramp: İranla çox ciddi danışıqlar aparırıq, nəticə olmasa, hərbi əməliyyatlara qayıdacağıq










.webp)










