GoldenPay şirkətində yeni səhmdar
GoldenPay: yeni səhmdarın qoşulması şirkətin inkişafına müsbət təsir edəcəkGoldenPay şirkəti elan edir ki, səhmdarları strukturunda 20% səhm payının yeni səhmdar tərəfindən alınması nəticəsində dəyişiklik baş verib.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Şirkətin səhmdarları strukturuna yeni səhmdarın qoşulması bir tərəfdən şirkətin cari fəaliyyətinə və gələcək inkişaf perspektivlərinə yüksək inamı əks etdirir, digər tərəfdən isə şirkətin inkişafı üçün yeni imkanlar yaradır.
Şirkətin 20% səhm payına malik olan Fərid İsmayılzadə səhmlərini tam olaraq sataraq şirkətin səhmdarları strukturundan və Müşahidə Şurasından çıxıb. Müşahidə Şurasının yeni üzvü Orxan Bağırov təyin edilib.
GoldenPay şirkəti Fərid İsmayılzadənin şirkətin yarandığı gündən inkişafındakı töhfəsini yüksək qiymətləndirir, ona təşəkkürünü bildirir və gələcək fəaliyyətində uğurlar arzu edir.
“Şirkətdən ayrılmaq asan deyildi, lakin məni qane edən cəlbedici təklifi və resurslarımın Amerikada yeni layihələrimə yönəldilməsi imkanlarını dəyərləndirib, səhmlərimi tam olaraq satdım. Bütün həmkarlara, tərəfdaşlara və müştərilərə ötən illərdə əməkdaşlıq üçün təşəkkür edirəm və uğurlar arzu edirəm,” - deyə Fərid İsmayılzadə bildirib.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az – Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta və sair xidmətlərin alışı / ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 d. əvvəl
- 28 d. əvvəl
-
-
1 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
2 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
2 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
ABB partnyorları ilə görüş ®
Ən çox oxunanlar
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib


























