4 sığorta şirkətinin mənfəət vergisi ödəmələri azalıb
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 4-nün ötənilki mənfəət vergisi ödəmələri əvvəlki illə müqayisədə az olub.
Bunlar “PAŞA Sığorta”, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Bakı Sığorta” ASC-lərdir.
Ən çox azalma “Bakı Sığorta”da (34,5%), ən az azalma isə “PAŞA Sığorta”da (4,7%) qeydə alınıb.
3 sığorta şirkəti – Dövlət Kommersiya Sığorta Şirkəti (“Azərsığorta”), eləcə də “Xalq Həyat Sığorta” və “Xalq Sığorta” ASC-lər həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyiblər. Odur ki, bu şirkətlərin vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 11 sığorta şirkətinin mənfəət vergisi ödəmələri isə artıb. Ən yüksək dinamika “Atasığorta” ASC-də (7,3 dəfə), ən aşağı dinamika isə “Günay Sığorta” ASC-də (8%) qeydə alınıb.
4 sığorta şirkətinin mənfəət vergisi ödəmələri 1 milyon manatdan çoxdur
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 4-ü ötən il mənfəət vergisi ödəməyib.
Bu, bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”), eləcə də “Xalq Həyat Sığorta” və “Xalq Sığorta” ASC-lərdir.
Qalan 15 şirkət isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Onlardan 4-də sözügedən göstərici 1 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Sığorta” (8,564 milyon manat), “PAŞA Həyat Sığorta” (7,706 milyon manat), “Meqa Sığorta” (1,432 milyon manat) və “Atəşgah Həyat Sığorta” (1,246 milyon manat) ASC-lərdir.
Qalan 11 sığorta şirkətindən 9-nun mənfəət vergisi ödəmələri 100 min manat - 1 milyon manat arasında, 2 şirkətin mənfəət vergisi ödəmələri isə 100 min manatdan azdır.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
-
39 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb


























