Sığorta savadlılığının artırılması ilə bağlı layihəyə start verildi
Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum”un icrasına başlanılıb.
ASA-dan verilən məlumata görə, sorğuların keçirilməsi məqsədi ilə cari ilin fevral ayında təşkil olunmuş tenderin qalibi olmuş “SIAR Research and Consulting Group” şirkəti əldə olunan ilkin sorğu nəticələrini Memorandum tərəflərinə təqdim edib.
Təşkil olunan sorğunun respondentləri Bakı və 12 regional şəhərdə yaşayan 18-65 yaş aralığında olan əhali və biznes subyektlərindən ibarət olub. Sorğunun ümumi nəticələrinə görə, respondentlərin cavablarında neytral mövqe müşahidə olunmayıb, əhali və biznes subyektləri daha çox dəqiq cavablara üstünlük verilib. Assosiasiyadan bildirilir ki, bu da öz növbəsində Memorandumda müəyyən olunmuş istiqamətlərin növbəti mərhələdə daha effektiv realizə olunmasına zəmin yaradır.
Qeyd edək ki, müvafiq Memorandum 21 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanıb. Memorandumun başlıca istiqaməti isə sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsindən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
-
39 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb



























