Meşə fondu torpaqlarında fındıq bağı salan şirkət
Monte Ferro aqroparkı istehsal edəcəyi məhsulun “Made in Azerbaijan” brendi ilə xarici bazarlara sabit və etibarlı çıxışını təmin edəcəkdirYeni aqroparklardan biri də Şəki və Qax rayonunda “AGA Group” tərəfindən yaradılan “Monte Ferro” aqroparkıdır.
Ölkəmizdə kifayət qədər tanınmış və şəffaf fəaliyyəti ilə diqqət çəkən “AGA Group”a daxil olan “Monte Ferro” şirkəti əkin üçün təmizlənmə işləri apardığı ərazini hazırda qanunvericiliyə uyğun olaraq istifadə edir. Belə ki, “Monte Ferro” şirkəti 24 yanvar 2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziriliyinin Meşələrin İnkişafı Departamenti ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” rəsmi müqavilə bağlayıb. Müqavilədə göstərilib ki, “Monte Ferro” MMC-yə Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin xidmət hüdudlarına daxil olan 2000 (iki min ) hektar meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarında sahə ayrılsın. Müqavilənin şərtlərinə görə, icarəçi “Monte Ferro” MMC meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkin layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə müvafiq ağac və kol bitkilərini ( əsasən fındıq ağaclarını) əkməyi və onlara xidmət etməyi öhdəsinə götürüb. Eyni zamanda, meşə fondu ərazisində və onun ətrafındakı sahədə torpağın şoranlaşmasına, münbitliyin korlanmasına imkan verməməlidir. İcarədar isə müqavilədə nəzərdə tutulan öhdəlikləri tam şəkildə yerinə yetirir, ərazidə aqrotexniki tələblərə uyğun bağçılıq təsərrüfatının qurulması istiqamətində işlərini davam etdirir. Məsələn, aqroparka Şəki rayonun Cunud kəndi ərazisində yerləşən 1000 ha açıq meşə sahəsində kol-kosdan təmizləmə işlərindən sonra torpağın üst qatının çay daşlarından təmizlənməsi işləri çox çətinliklə də olsa əl əməyi vasitəsilə müəyyən qədər həyata keçirilmiş və bu işlər hazırda da davam etməkdədir. Tarixə qısa nəzər saldıqda məlum olur ki, 1909-cu ildə yaranmış və hazırda Azərbaycanda dağıdıcı gücünə görə 3-cü dağ çayı hesab edilən “Şin çayı”nın vadisi olmuş bu ərazilərdəki çay daşlarının da sel zamanı bu sahələrə səpələnməsi baş vermişdir. Elə ona görə də 1996-cı ildə Azərbaycanda həyata keçirilən Aqrar islahatlar zamanı belə torpaqlar sonuncu, 4-cü kateqoriyayay aid edilib istifadəsiz qalmış, yerində yabanı şəkildə qurağa davamlı əsasən kol və ağac növləri bitmişdir. Onu da xatırlatmaq yerinə düşər ki, “Monte Ferro” MMC tərəfindən uzunmüddətli icarəyə götürülmüş bu daşlı ərazilərin cənub hissəsində 1970-ci illərdə kolxoz dövründə qoz və ərik ağaclarından ibarət bağ salınsa da, yerin həddən artıq daşlı olmsı və yetərincə aqroqulluğun göstərilməsi səbəbindən ağacların inkişafında ləngimələr baş vermiş və quruma halları müşahidə edilmişdir.
Respublikamızın şimal-qərb bölgəsində fəaliyyət göstərən“Monte Ferro” bölgənin iqtisadi inkişafına, bağçılıq təsərrüfatının müasir tələblər çərçivəsində genişlənməsinə öz töhfəsini verməklə yanaşı, bir-neçə infrastruktur layihələrinin icrasını da təmin edib. İnsanlara maddi və mənəvi dəstək olub. Adı çəkilən şirkət Qax və Şəki rayonları ərazisində fındıqçılıq təsərrüfatının genişləndrilməsi və inkişaf etdirilməsi üçün ən müasir aqrotexniki tələblərə cavab verən istehsal sahələri, bağıçılıq təsərrüfatı yaratmaqdadır. Şirkət təsis olunduğu gündən etibarən fındıqçılıq təsərüfatını yaratmaq məqsədilə 4300 ha torpaq sahələri əldə edilmişdir. Hal hazırda heç vaxt, heç kim tərəfindən istifadə olunmayan əkinə və bağçılığa yarasız sayılan təqribən 2200 ha sahədə yeni fındıq bağları salınıb və salınmaqda davam edir. 2022 ci ilə kimi fındıq bağların ümumi sahəsini daha da artırmağı planlaşdırılır. Bu plan ilk növbədə bölgədəki işsiz insanların məşğulluğunu təmin etməyə geniş imkanlar açır. Hazırda şirkətin yaratdığı fındıq sahələrində xeyli sayda kənd əhalisi daimi, günəmuzd və mövsümü işlərə cəlb olunub. Onların əmək haqlarının vaxtlı-vaxtında ödənilməsi təmin edilib. Bu da öz növbəsində həmin insanların sosial rifahının yaxşılaşdırılması üçün olduqca önəmli addımdır.
Çox şaxəli fəaliyyəti ilə diqqət çəkən “Monte Ferro” MMC bölgənin potensial imkanlarını düzgün dəyərləndirməklə hər zaman dövlətimizin apardığı iqtisadi və sosial siyasətə öz töhfəsini verməkdədir.
Hələlik 2000 hektar ərazini əhatə edən aqroparkda lazımi infrastruktur yaradılıb. Yeraltı su boruları, müasir suvarma sistemi, nasosxana və subartezyanlar qurulub. Aqroparkda əkilmiş fındıq tinglərinin su təminatı hələlik qazılmış və istifadəyə verilmiş subartezyan quyuları vasitəsilə həyata keçirilir. Artıq “Monte Ferro” şirkəti Şəki rayonunun Bideyiz kəndi yaxınlığında 500 ha və Qaxın Qaşqaçay kəndi yaxınlığında yerləşən 1350 ha ərazidə fındıq kollarının əkini başa çatmış və salınan bağ sahəsində əsas işlər demək olar ki, yekunlaşmışdır.
Yeri gəlmişkən, bu gün bütün dünyada damcılama suvarma sistemlərinə xüsusi diqqət yetirilir. Çünki bu sistemlə suvarma nəticəsində suya qənaət edilir, su itkisinə yol verilmir. Torpaqların şoranlaşmasının qarşısı alınır. Bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir. Nəticədə məhsuldarlıq bir neçə dəfə artır. “Monte Ferro” MMC-nin əsas məqsədlərindən biri də Azərbaycanın ixrac potensialının artırılmasında iştirak etməkdir.
Yuxarıda qeyd edilənlər Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinə, regionların inkişafına dəstək verən “Monte Ferro” aqroparkının fəaliyyətinin real mənzərəsini əks etdirir. İnanırıq ki, şirkət rəhbərliyi qarşıya qoyduğu strateji planını müvəffəqiyyətlə həyata keçirərəckdir.
Müstəqil jurnalist, Məmməd ƏHMƏDOĞLU
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
1 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
19 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
19 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat







.jpg)






.jpg)







