Aqrar sığortada uzunmüddətli müqavilədə sığorta haqqı azalır
Azərbaycanda ilk dəfə olaraq tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə mal-qaranın sığortası prosesi davam edir.
Hazırda aqrar sığorta vasitəsilə 1-7 yaşlı südlük inəkləri sığortalamaq mümkündür. Aqrar sığorta şərtlərinə əsasən, inəklərin sığortası üzrə iki sığorta zərfi mövcuddur. Bunlar baza risklərini əhatə edən 1-ci və daha geniş riskləri əhatə edən 2-ci sığorta zərfləridir.
Sığorta müqaviləsini 1-3 illik müddətə bağlamaq mümkündür. Müqavilənin müddəti artdıqca, illik sığorta tarifi və sığorta haqqı aşağı düşür.
Birinci sığorta zərfinə aşağıdakı risklər aiddir:
yoluxucu xəstəliklər nəticəsində heyvanın ölümü;
ilan və ya həşarat sancması nəticəsində heyvanın ölümü;
zəhərli otlar və ya yemlərdən zəhərlənmə nəticəsində heyvanın ölümü;
təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu) nəticəsində heyvanın ölümü;
yanğın nəticəsində heyvanın ölümü;
vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü;
sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində baytarın müvafiq rəyi əsasında heyvanın məcburi kəsimi.
Heyvanların bu risklərdən sığortalanması üzrə sığorta tarifləri belədir:
Daha sadə desək, qiyməti 5 000 manat olan inək baza sığorta zərfi (6,1%) ilə sığortalananda
1 illik müqavilədə - illik sığorta haqqı 305 manat, fermerin ödədiyi məbləğ 162,5 manat,
2 illik müqavilədə - illik sığorta haqqı 295 manat, fermerin ödədiyi məbləğ 147,5 manat,
3 illik müqavilədə - illik sığorta haqqı 287 manat, fermerin ödədiyi məbləğ 143,5 manat təşkil edir.
İnəklərin sığortalanması üçün 2-ci sığopta zərfi isə yuxarıda göstərilənlərdən əlavə olaraq aşağıdakı riskləri əhatə edir:
üçüncü şəxslərin hərəkətləri nəticəsində heyvanın ölümü, o cümlədən:
heyvanın daşınması zamanı yol nəqliyyat hadisəsi nəticəsində ölümü;
sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində heyvanın elektrik cərəyanına məruz qalması səbəbindən ölümü;
sığorta müqaviləsinin qüvvədə olduğu ərazidə heyvanın nəqliyyat vasitəsi tərəfindən vurulması nəticəsində ölümü;
heyvana qulluq zamanı üçüncü şəxslər tərəfindən kimyəvi maddələrin təsirilə zəhərlənməsi nəticəsində heyvanın ölümü;
mülkiyyət əleyhinə olan hüquq pozuntusu (heyvanın sığorta müqaviləsində göstərilən saxlanıldığı yerdən oğurluq, soyğunçuluq və s. yol ilə əldə edilməsi) və s.
Başqa sözlə, daha geniş riskləri əhatə edən ikinci paket üzrə sığorta tarifləri aşağıdakı kimidir:
Sadə şəkildə desək, 5000 manatlıq inək daha geniş sığorta zərfi (sığorta haqqı 9,5%)ilə sığortalananda
1 illik müqavilədə illik ümumi sığorta haqqı 475 manat, fermerin ödədiyi məbləğ 237,5 manat,
2 illik müqavilədə illik sığorta haqqı 460 manat, fermerin ödədiyi məbləğ 230 manat,
3 illik müqavilədə illik sığorta haqqı 446 manat, fermerin ödədiyi məbləğ 223 manat təşkil edir.
Qeyd edək ki, hazırda qanunvericiliyə dəyişikliklər üzərində təkliflər hazırlanır və qarşıdakı aylarda ətlik mal-qaranın, eləcə də xırdabuynuzlu heyvanların – qoyunların və keçilərin də sığortalanmasına başlanılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
15 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 16 saat əvvəl
-
17 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
17 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
17 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
18 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















