Azərbaycan-Belarus müştərək müəssisələrinin yaradılması məsələləri müzakirə edilib
Belarus Milli Məclisinin Respublika Şurasının sədri Natalya Koçanova Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov ilə görüşüb. Bu barədə ölkəmizin Belarusdakı səfirliyində məlumat verilib.
Spiker qeyd edib ki, iki ölkənin ticari-iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığı üçün potensial imkanlar çoxdur.
Natalya Koçanova deyib: “Görüşməyimizə çox şadam. İlk növbədə, qeyd etmək istərdim ki, ölkələrimiz arasında siyasi dialoqun səviyyəsi və əməkdaşlığın dinamikası sevindirici faktdır. Azərbaycan bizim yaxın dostumuzdur. Əlbəttə, bu, dövlət başçıları arasında yaranmış xoş münasibətlər sayəsində mümkün olur”.
Ölkələrimiz arasında xoş münasibətlərin daha da inkişaf etdirilməsi üçün səy göstəriləcəyini vurğulayan spiker deyib: “Böyük məmnuniyyətlə bildirirəm ki, 2020-ci ildə Belarus ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 1,5 dəfə artıb və praktiki olaraq 450 milyon dollara çatıb. Neft emalı sahəsinin kuratoru kimi mənim üçün əhəmiyyətli fakt budur ki, biz Azərbaycan neftinin Belarusdakı neft emalı zavodlarına göndərilməsini sabitləşdirməyə nail olmuşuq. Maşınqayırma müəssisələri arasında əməkdaşlıq da yüksək səviyyədədir. Mənim fikrimcə, əməkdaşlığımızın perspektiv imkanları çoxdur”.
Respublika Şurasının sədri iki ölkə arasında müxtəlif səviyyəli görüşlərin dinamik xarakterini vurğulayaraq deyib: “Təəssüf ki, 2020-ci ildə pandemiya bizə bir qədər mane oldu. Ona görə tədbirlərin bir qismi onlayn rejimdə həyata keçirildi. Əlbəttə, Belarus və Azərbaycan parlamentarilərinin təşəbbüslərini dəstəkləyəcəyik. Azərbaycandan olan həmkarlarımızın Belarusa səfərini təşkil etmək niyyətindəyik. Mənə məlumdur ki, hazırda ən yüksək səviyyədə səfər məsələsi üzərində iş gedir. Sizi əmin edirəm ki, bu əməkdaşlığın uzunmüddətli və səmərəli olması üçün əlimizdən gələni edəcəyik”.
Spiker əmindir ki, hər iki ölkənin gəncləri daha fəal əməkdaşlıq etməlidir. O deyib: “Belarus Milli Məclisinin nəzdində Gənclər Parlamenti fəaliyyət göstərir. İstərdik ki, bizim gənclər Azərbaycan gəncləri ilə daha fəal əməkdaşlıq etsinlər”.
Lətif Qəndilov bu görüşün təşkilinə və ikitərəfli münasibətlərin yüksək qiymətləndirilməsinə görə Respublika Şurasının sədrinə təşəkkürünü bildirib. Azərbaycanlı diplomat deyib: “Son 25 il ərzində ölkələrimiz arasında çox konstruktiv, səmərəli və məhsuldar münasibətlər yaranıb. Bu münasibətlərin xarakteri dövlət başçıları arasında şəxsi əlaqələrlə müəyyən edilir. Belarus və Azərbaycan yaxın, dost ölkələr olmaqla bərabər, həm də strateji tərəfdaşlardır. Buna görə, münasibətlərimizin xarakteri dəyişir. Belarusda işlədiyim illər ərzində mənim vəzifəm bu strateji münasibətləri möhkəmlətmək, onları daha yüksək səviyyəyə çatdırmaqdır. Bildiyiniz kimi, 2016-cı ildə Aleksandr Lukaşenko Azərbaycana səfər edib, 2018-ci ildə Azərbaycan dövlətinin başçısının Belarusa səfəri baş tutub, ölkələrimizin münasibətlərini daha da inkişaf etdirmək barədə çox uğurlu razılaşmalar əldə edilib. Zaman keçir, hər şey dəyişir. Buna görə biz bu dəyişən vəziyyətdə xalqlarımızın qarşısında yeni vəzifələr qoymalıyıq”.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində müştərək müəssisələr yaradılması və kooperasiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib. Brest şəhərinin müdafiəsində iştirak etmiş Azərbaycan döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsi və Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünün qoyulması məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
15 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 16 saat əvvəl
-
17 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 17 saat əvvəl
-
18 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
18 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
18 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
18 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















