Yandex Music Azərbaycan abunəçiləri üçün tam tərcümə olunub
Yandex Plus — Yandex-in əyləncə xidmətlərini birləşdirən abunəlikdir. Bu abunəlik Yandex Music və KinoPoisk HD onlayn kinoteatrına giriş imkanı verir, bundan əlavə Yandex Disk xidmətində endirim təqdim edir.
“Plus” abunəliyinin açılışı ilə birlikdə Yandex Music Azərbaycan abunəçiləri üçün tam tərcümə olunub.
Yandex Music-ın səfirləri olan Aygün Kazımova, Miri Yusif və Hiss yeni treklərini eksklüziv olaraq Yandex Music-də təqdim ediblər.
Artıq Azərbaycan istifadəçiləri leqal olaraq heç bir məhdudiyyət olmadan musiqi dinləmə və yükləmə, həmçinin kino, cizgi filmləri və serialları reklamsız, yüksək keyfiyyətdə izləmə imkanını əldə ediblər. Bundan əlavə, abunəçilər Yandex Disk-də əlavə yaddaş yerini əldə etmək üçün endirimdən istifadə edə bilərlər.
Yandex Music
Yandex Music-in tövsiyə sistemi gündəlik olaraq hər bir istifadəçisi üçün unikal dinləmə siyahıları (playlistləri) yaradır. Dinləyiciləri maksimal dərəcədə məmnun etmək üçün, alqoritmlər istifadəçinin hansı musiqini və nə qədər dinlədiyini, hansını bəyənib və ya bəyənmədiyini nəzərə alır. Yandex Music tam Azərbaycan dilinə tərcümə edilib, lokal redaktorları isə Azərbaycan üçün xüsusi musiqi seçimləri tərtib edib. Yerli sənətçilər yeni mahnılarını eksklüziv olaraq Yandex Music-də təqdim ediblər — xidmət kataloqunda ümumilikdə 65 milyondan çox audio trek toplanılıb.
Azərbaycanlıların sevimli sənətçiləri olan Aygün Kazımova, Miri Yusif və HİSS bu xidmətin səfirləri seçiliblər. Xüsusilə, öz pərəstişkarları və Yandex Music istifadəçiləri üçün, Miri Yusif "Evim Sənsən", Aygün Kazımova "Söylə" və HİSS "Monoton" treklərini eksklüziv olaraq platformada yerləşdiriblər. Bu treklər audio və video çarxlar ilə müşayiət olunur — ifaçılar öz dinləyicilərinə ismarışlar yollayır, öz iştirakı ilə olan video çarxların arxa planlarından kadrları nümayiş edirlər.
KinoPoisk HD
Yandex Plus-un KinoPoisk HD xidməti minlərlə filmlərə və seriallara giriş imkanı təqdim edir. Onların arasında Zak Snayderin “Justice League", "Tenet", "Gentlemen" kimi səs-küylü premyeraları, "Topi", “Resident Alien” kimi yeni seriallar və “Rick and Morty”, “Shameless”, “The Good Doctor” kimi hitlər yer alır. Burada həmçinin klassik komediyalar, kinokassa hitləri və KinoPoisk HD-nin eksklüziv premyeralarını da görmək mümkündür. Təhlükəsiz uşaq rejimində isə müxtəlif yaşdakı kiçik izləyicilər üçün kinofilmlər və cizgi filmləri toplanıb.
“Hal-hazırda striminq Azərbaycanda çox aktiv inkişaf edir. Biz Azərbaycandan olan istifadəçilərimizə musiqi dinləyərkən və kino seyr edərkən yeni emosiyalar təqdim etmək istəyirik. Buna görə, biz bütün servislərimizi bir abunədə birləşdirmişik”, deyə Yandex Plus-un MDB ölkələri üzrə regional meneceri Murad Mustafayev bildirib. ““Plus” artıq dünya üzrə 8 milyon istifadəçinin etibarını və sevgisini qazanıb və bu rəqəm daim artmaqdadır. Xidmətlərimizin imkanlarının daha da genişlənməsi bizim üçün vacibdir, Plus abunəsinə daha çox üstünlüklər əlavə etməyi və onları ölkə sakinləri ilə bölüşməyi planlaşdırırıq.”
Yandex Plus abunəsini eyni adlı veb saytda, həmçinin onun xidmətlərinə daxil olan tətbiqlər vasitəsilə aktivləşdirə bilərsiniz. Bu abunə ilə Yandex.Music, KinoPoisk HD onlayn kinoteatrına giriş imkanı, o cümlədən Yandex.Disk-də əlavə olaraq 10 GB yer və onun əldə edilməsi üçün 30% endirim imkanı əldə edirsiniz. Bütün yeni istifadəçilərə 1 aylıq pulsuz istifadə müddəti təqdim edilir. Bundan əlavə, yalnız 30 aprel tarixinədək Yandex Plus-a abunə olduqda, abunəliyin qiyməti ayda cəmi 1.99 AZN təşkil edəcək. Mayın ayının 1-dən etibarən isə yeni qoşulan istifadəçilər üçün abunə qiyməti 3,99 AZN olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 9 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
12 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 13 saat əvvəl
-
14 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
15 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)







.jpg)




