Avropa şirkəti Azərbaycanda yemək çatdırılması xidmətini də göstərməyə başladı

Avropanın böyük tələbata malik nəqliyyat platforması "Bolt" bu gün yemək çatdırılması xidməti olan “Bolt Food”u Bakıda təqdim edir.
Məlumata görə, ən az bir ay çatdırılma haqqı ödənilməyəcək və müştərilər yalnız sifariş etdikləri yemək üçün ödəniş edəcəklər.
“Bolt"un Azərbaycanda yüz minlərlə müştərisi var və yemək çatdırılması da uzun müddətdir ki, olduqca məşhurdur. Qlobal nəqliyyat çağırma biznesimizdə qurduğumuz infrastruktur və təcrübə bizə xidmətlərimizi genişləndirmək üçün yaxşı platforma təqdim edir,” - “Bolt Food”un Azərbaycandakı Ölkə Meneceri Kamran Səmədli belə deyib.
Yemək sifarişi etmək üçün istifadəçi “Bolt Food” tətbiqini smartfonuna yükləyərək burada mövcud restoranları və onların menyusunu görə bilir. Xidmət təsdiq edilməzdən əvvəl, tətbiq müştərilərə qiyməti və təxmini çatdırılma müddətini göstərir. Sifarişə ödəniş etmək üçün istifadəçi bank kartı məlumatlarını tətbiqə daxil etməli və ya birbaşa kuryerə nağd şəkildə ödəməlidir.
"Nəqliyyat çağırma biznesimiz, sürücülərimizə və sərnişinlərimizə bazarda ən yaxşı endirim təklifi edən səmərəlilik əsasında qurulmuşdur. Bu yanaşmanı yemək çatdırılmasına da tətbiq etməklə digər platformalarla müqayisədə daha sərfəli çatdırılma qiymətləri təklif edərək, eyni zamanda kuryerlərimizi məmnun etməyə çalışırıq. Bolt Food ilə işləyən restoranlar üçün dəyər - markanı sevən və etibar edən sadiq müştəri bazamızda olan insanlardadır”, - K.Səmədli əlavə edib
Hazırda "Bolt Food" ilə Bakıda 250-dən çox restoran və ərzaq mağazalarından yemək sifariş etmək mümkündür, onların arasında “Meating Point”, “Paul”, “Kofteci Ramiz”, “Bella Pizza”, “Əjdaha Dönər”, “Rahat Market”,“Tuk-Tuk” və digərləri var. Hazırda Bakının cənub-qərb hissəsinə və ətraf ərazilərinə çatdırılma mövcuddur. "Bolt" tətbiqinə gündəlik yeni restoranlar və pərakəndə mağazalar əlavə etmək istəyir və növbəti aylar ərzində çatdırılma sahəsini tədricən genişləndirəcək.
Müştərilər tətbiqetmədə təmassız çatdırılma seçimini edə bilərlər: müştəri müraciətdə kuryerin gəldikdən sonra yeməyi çatdıracağı yeri təyin edə bilər. Bütün kuryerlərə mütəmadi olaraq yerli səhiyyə orqanlarının bütün göstərişlərinə riayət etmək və yeməyin daşındığı çantanı müntəzəm olaraq dezinfeksiya etmək zərurəti xatırladılır.
Bolt qlobal olaraq 40-dan çox ölkədə 50 milyondan çox istifadəçisi var. “Bolt Food” ilk dəfə 2019-cu ilin avqust ayında Estoniyada təqdim edilib, hazırda 18 ölkədə, Avropa və Afrikanın 35 şəhərində mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 21 saat sonra
-
19 saat sonra
Suyun idarə olunmasında süni intellekt və texnologiyaların tətbiqi - Qeydiyyatdan keçməyə tələsin!
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
PAŞA Kapital-dan yayın qaynar fürsəti: CFD alətləri üzrə komissiyasız ticarət
-
1 saat əvvəl
7 ayda istehlakçılara 126 milyon manatdan çox ƏDV məbləği qaytarılıb
-
1 saat əvvəl
108 minə yaxın aparat 15,2 milyard manat dövriyyəni qeydə alıb
-
1 saat əvvəl
Bu il Azərbaycanda şirkətlərin sayı 8 faizdən çox artaraq 200 minə yaxınlaşıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
19 avqustda illik gəlirliliyi 14% olan istiqrazlar üzrə hərrac keçiriləcək
Son Xəbərlər

İrşad-da 8-11 avqustda böyük endirimlər olacaq

Suyun idarə olunmasında süni intellekt və texnologiyaların tətbiqi - Qeydiyyatdan keçməyə tələsin!

Ən varlı adam İlon Mask Azərbaycanla bağlı paylaşım etdi

108 minə yaxın aparat 15,2 milyard manat dövriyyəni qeydə alıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

AZAL İranın 2 şəhərinə uçuşlara başlayır
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Apple 100 milyard dollarlıq yeni investisiya elan etdi

Hyundai Yarmarkasında 17 000 AZN-dək endirimlər olacaq!

Tramp: “Çox yaxında Putin ilə görüş ola bilər”

Rəsmi məzənnələr açıqlandı
