Bu gün ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
11 mart 2021-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Qiymətli kağızın ISIN kodu | AZ2051008681 |
Emissiya həcmi | 55 000 000 manat |
Nominal qiyməti | 1000 manat |
Hərrac qiyməti | 1000 manat |
İstiqrazların tədavül müddəti | 23 il |
Faiz dərəcəsi | 3 % |
Faiz gəlirinin ödəniş müddəti | 6 aydan bir (180 gün) |
Anderrayter | “İnvest-AZ İ.Ş” QSC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
16 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
38 d. əvvəl
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü ®
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
600 kiloqram və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
İpoteka və Kredit Zəmanət Fondunun sədri dəyişdi - SƏRƏNCAM
“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək
600 kiloqram və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
Emal müəssisələrinə təhvil verilən südə subsidiya veriləcək
Neft işçilərinə özəl - 3% ENDİRİMLİ, KOMİSSİYASIZ KREDİT ®
Sentyabrın 8-də gözlənilən hava şəraiti
Qlobal investorlar və regionun aparıcı startapları “Baku ID 2026”da bir araya gələcək ®
“Unicapital” dövriyyəsini 3,6 dəfə, “İnvest-Az” isə 3 dəfə artırıb - Birja üzvlərinin yeni reytinqi
Kəlbəcərdə 1 milyon unsiyalıq qızıl yatağında ilk partlayış
























