Azərbaycan-Rusiya gömrük postunun istifadəyə veriləcəyi tarix açıqlanıb
Martın 9-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovla görüşüb.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Görüşdə Komitənin aidiyyəti strukturlarının əməkdaşları və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix iştirak ediblər.
İki ölkə arasındakı ticarət dövriyyəsinin daim artdığını qeyd edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrük orqanlarının da bu sahəyə mühüm töhfə verdiyini vurğulayıb. Xüsusilə qarşılıqlı məlumat mübadiləsi, gömrük əməkdaşlığının gücləndirilməsi sahəsində iki ölkənin gömrük orqanları arasında mühüm sənədlərin imzalandığını diqqətə çatdıran Komitə sədri qarşıya qoyulan məsələlərin icrası məqsədilə çevik və səmərəli addımların atıldığını qeyd edib. Səfər Mehdiyev cari ildə də iki ölkə arasındakı ticarət dövriyyəsinin artacağına, əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Azərbaycan-Rusiya sərhədində inşa olunan "Xanoba" gömrük postunun ilin sonunadək istifadəyə veriləcəyinə ümid etdiyini bildirən Səfər Mehdiyev, bununla da iki ölkə arasında sərhədkeçmə proseslərinin sürətlənəcəyini, tranzit daşımaların həcminin artacağını, beynəlxalq ticarətin daha asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün münbit şərait yaranacağını vurğulayıb.
Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov Azərbaycan-Rusiya münasibətlərindən məmnunluqla danışıb və Dövlət Gömrük Komitəsi sədrinin iki ölkənin gömrük orqanlarının fəaliyyəti və həmin fəaliyyətin qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşdüyünü bildirib.
Səfir cari ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin artacağına, gömrük məsələləri üzrə müşavir Georgiy Pesçanskixin fəaliyyətə başlamasının gömrük orqanları arasındakı münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix Azərbaycan gömrükçülərinin bilik və peşəkarlıq səviyyəsindən məmnunluqla bəhs edib, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fikirlərini bölüşüb.
Görüşün sonunda Səfər Mehdiyev Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin yeni təyin olunan gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskixə gələcək fəaliyyətində uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, yeni təyinat qarşılıqlı münasibətlərə, gömrük orqanları arasındakı səmərəli əməkdaşlığa töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 26 d. əvvəl
-
49 d. əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
3 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
3 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
ABB partnyorları ilə görüş ®
Ən çox oxunanlar
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®


























