Dövlət Sığorta Şirkətinin 20-yə yaxın filialı bağlandı
“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı filialları da daxil olmaqla, 20-yə yaxın yerli rayon şöbəsi ləğv edilib.
Məlumata görə, filial müdirləri şirkət rəhbərliyinin yeni qərarları ilə bağlı dövlətin yüksək qurumlarına şikayət teleqramları ünvanlayıblar. İddiaya görə, “Azərsığorta”nın yeni rəhbərliyi yanvar ayından etibarən işçilərin minimum əmək haqqını ləğv edib və hər kəsə toplanan sığorta haqqının müəyyən faizi qədər ödəniş edilməsi barədə qərar verib.
Bununla bağlı teleqramı Oğuz, Göygöl, Salyan, Astara, Balakən, Qəbələ, Ağdaş, Qazax, Samux, Sabirabad və digər rayon filiallarının rəhbərləri Maliyyə Nazirliyinə, Mərkəzi Bank və Nazirlər Kabinetinə göndəriblər.
Rayon rəhbərləri teleqramda qeyd ediblər ki, “Azərsığorta” Dövlət Şirkəti filialların 2021-ci il üçün əməyin ödənilməsi üzrə ştat cədvəlini, işlərin görülməsi xərclərinin smetasını və eləcə də sığorta yığımları barədə plan tapşırıqlarını təqdim etməyib: “Bu səbəbdən filialda çalışan işçilərə əmək haqlarının və digər xərclərin ödənilməsində çətinlik yaranıb. Xahiş edirik köməklik göstərəsiniz”.
Bu müraciətləri Maliyyə Nazirliyi araşdırılması üçün Azərbaycan İnvestisiya Holdinqinə göndərib.
“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətindən bildirilib ki, şirkətin idarəetmə strukturu korporativ qaydalara uyğunlaşdırılır: "Bir neçə istiqamətdə aparılan uğurlu işlərdən biri də portfelin sağlamlaşdırılması və bəzi xərclərin azaldılmasıdır. Təbii ki, sağlamlaşdırma və izafi xərclərin aradan qaldırılması üçün bəzi rayon filiallarının bağlanması qərara alınıb".
Filialların bağlanmasına əsas səbəblərdən biri kimi filialların aylıq xərclərinin gəlirlərini daha çox üstələməsi olub:
"Yəni sözügedən filiallar əldə etdikləri gəlirlərlə öz xərclərini qarşılaya bilmirdilər. Bu isə yekunda Dövlət Sığorta Şirkətinin gəlirlərinə ciddi təsir etməklə zərərlə işləməsinə gətirib çıxara bilərdi.
Regionlarda və paytaxt Bakıda yerləşən bağlanmış filiallar gəlirlilik baxımından daha səmərəli fəaliyyət göstərəcəyi halda nümayəndəlik statusu daşıyacaq. Regional statusa malik yeni filialların yaradılması nəzərdə tutulub. Fəaliyyəti dayandırılan filialların müdirləri və əməkdaşları cari ilin yanvar ayı üzrə əmək haqqı və müvafiq müavinətləri alıblar.
Qeyd edək ki, bir neçə gün öncə mediada “Azərsığorta” ilə bağlı daha bir qalmaqallı məlumat yayılmışdı. İddiaya görə, şirkətin departament müdiri Xəyyam Hətəmov yaxın tanışı olan qadının qəzaya düşərək yüngül zədələr alan avtomobilini fotomontajla çox əzilmiş kimi göstərərək 22 min zərər ödətdirib. Şirkət isə məsələ ilə bağlı ətraflı açıqlama verməkdən imtina edərək yazılanların yalan olduğunu qeyd edib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
-
-
1 saat əvvəl
Azərbaycandan fındıq ixracının həcmi 22% azalıb, gəlir isə 19,5% artıb
-
1 saat əvvəl
30 gün, 30 000 kilometr: JAECOO J8 SHS Azərbaycanda canlı yayımda sınaqdan keçdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pomidor ixracının həcmi azalıb, gəlir 15 milyon dollar artıb
-
1 saat əvvəl
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Alma ixracı azalıb, gəlir isə yüksəlib
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
Ən çox oxunanlar
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib

























