Azərbaycan bazarında ən ucuz kompakt krossover

Avtomobildə əsl rəqabət indi başlayır - münasib qiymətə 4x4
Fevral ayından başlayaraq Manatın Dollar qarşısında möhkəmlənməsi bir sıra idxal mallarını daha sərfəli edir. Dolların ucuzlaşması ilə qiymətləri aşağı düşən idxal mallarından biri də avtomobillərdir.
Məsələn, ilin əvvəlində 18 min dollara təkilf edilən bir avtomobilin manatla ifadədə qiyməti 34 min AZN edirdisə, bu gün 30 min manatdır. Dolları 1.65 -1.68 manatdan banklara satmaqdansa, məsələn, ehtiyac varsa avtomobil almaq daha doğru qərarlardan biri ola bilər.
Bəs indi pulu hansı avtomobilə verməyə dəyər?
Son illər dünyada “B-krossover” seqmentindəki (kompakt SUV) avtomobillərə tələb sürətlə artmaqdadır. İnsanların qiyməti aşağı, ancaq SUV olan avtomobillərə daha çox maraq göstərməsilə Azərbaycanda da kompakt SUV sahəsində rəqabət yaranıb. Amma əsl rəqabət indi başlayır. “Auto Azərbaycan” şirkətinin “Yeni mövsümə əla fürsət” şüarı ilə təqdim etdiyi 2017-ci il istehsalı Creta modeli üstün texnologiyaları və münasib qiymətlərilə önə çıxır.
Creta yeni nəsil Accent modelinin platformasında yığılmışdır. Avtomobilin konstruksiyasında yüksək möhkəmlikli poladdan geniş istifadə edilmişdir ki, bu da krossoverin kuzovunun burulmaya qarşı sətrliyindən və yüksək dözümlülüyündən xəbər verir.
MÖHTƏŞƏM DİZAYN
Hyundai CRETA modeli öz seqmentində cazibədar xarici görünüşü ilə fərqlənir. Axıcı cizgilər, hamar şəkildə əyilmiş kapot xətləri, 3 pilləli xrom radiator barmaqlığı, led və diod ön işıqlar, irihəcmli ön bamper, 17 düyümlük lehimli disklər, qapının əlcəyindəki xrom işləmələr, arxa led və diod stoplar, idmansayağı arxa bamper Creta modelinə möhtəşəm dizayn verir.
4X4
Tam ötürücülü Hyundai Creta modeli 1,6 litr 123 at gücündə və 2 litr 150 at gücündə mühərriklə və 6 pilləli Avtomatik/Tiptronik sürət qutusu ilə təchiz olunur. Modelin ən mühüm üstünlüklərindən biri 4 təkərin də eyni anda çəkməsidir (4x4).
Yolsuzluq imkanları ilə bərbər şəhər şəraitinə də tam uyğun olan Hyundai Creta modeli arxa park sensorları və arxa kamera ilə də təchiz olunur.
SON TRENDLƏRƏ UYĞUN TEXNOLOGİYALAR
Hyundai Creta nə qədər yığcam görkəmə rəğmən, geniş daxili məkan təklif edir. Salonun tərtibatında istifadə edilən materiallar gözlədiyimdən də yaxşı səviyyədədir. Buna misal olaraq ön panelin hazırlandığı yumşaq plastiki göstərmək olar.
Hyundai Creta ən son trend texnologiyalara malikdir. “Start stop” düyməsilə işə salınan Creta-nın sükanındakı düymələr ilə telefon, bulutus (Bluetooth) və bort menyunu idarə etmək mümkündür. Avtomobilin “full” modeli dəri salona və dəri sükana malikdir. Əl izi ilə (Touch screen) idarə oluan ekran, iqlim nəzarəti (Climat Control ), ön oturacaqların isitilməsi Creta-dakı təchizatlardan bir neçəsidir.
Creta ən vacib təhlükəsizlik avadanlıqları və sistemlərilə təchiz edilib. Onlardan yoxuşda dartıya kömək sistemini (YDKS), elektron stabilliyə nəzarət sistemini (ESNS), təkərin fırlanmasına nisbətdə sükanın hərəkətlərini hiss edən elektron stabilliyə nəzarət sistemini (ESNS), dönmə zamanı görünüşü artıran statik əyilmə işıqları sistemini (SƏİ) qeyd edə bilərik. Avtomobil 6 təhlükəsizlik yastığı ilə təchiz edilir.
Creta-nın ön patpresində qızdırma sistemi var. Qışda qar və şaxta zamanı buz örtmüş on şüşə bir düymə ilə qızıdılır.
Creta 402 litr yük yeri (baqaj) həcmilə də rəqiblərini üstələyir. Arxa cərgənin oturacaqlarının qatlanması halında bu rəqəm 1396 litrə qədər artırıla bilər.
RƏQİBLƏRİNDƏN ƏN AZI 5 MİN MANAT UCUZDUR
Rəsmi distrobyutor “Auto Azərbaycan” şirkəti 2017-ci il istehsalı olan Hyundai Creta modelini 4 komplektasiyada təklif edir. Başlanğıc komplektasiyanın qiyməti 17600 ABŞ dollarıdır (bugünkü məzənnə ilə təxminən 30 min manat). 2,0 litr benzin mühərriklə təchiz olunan “Komfort” komplektasiyanın qiyməti isə 21900 dollar təşkil edir (təxminən 37 min manat).
Bu gün Creta-nın əsas rəqibləri Nissan Juke, Toyota C-HR, Renault Captur, Renault Duster və Chevrolet Trax modelləridir. Araşdırmamız nəticəsində məlum oldu ki, rəqib modellərin Azərbaycan bazarında qiymətləri Creta-nın qiymətlərindən xeyli yüksəkdir, üstəlik, bəzilərinin istehsal ili 2016-cı ildir. Bir rəqib modelin mühərriki isə 1.4 litrdir. Əgər Hyundai Creta-nın baza komplektasiyasının qiyməti təxminən 30 min manatdırsa, digər modellərin baza komplektasiyalarının qiyməti təxminən 35 min manatdan başlayır və 45 min manatadək çıxır. Hyundai Creta-nın “full” versiyasının qiyməti isə təxminən 37 min manatdır. Qısası, Hyundai Creta Azərbaycan bazarında ən ucuz kompakt krossoverdir.
Daha ətraflı: www.hyundai.az
Tel: (012) 989
| Aktiv | Komfort | Komfort | Komfort |
Mühərrik Həcmi
| 1.6 Benzin | 1.6 Benzin | 1.6 Benzin | 2,0 Benzin |
Maksimum Güc
| 123 a.g / 6300 | 123 a.g / 6300 | 123 a.g / 6300 | 150 ps / 6200 |
Fırlanma anı | 151 Nm / 4850 | 151 Nm / 4850 | 151 Nm / 4850 | 19,6 / 4000 |
Ağırlıq | 1485 kg | 1485 kg | 1485 kg | 1552 kg |
Klirens | 190 mm | 190 mm | 190 mm | 190 mm |
Yük bölməsinin həcmi | 402 lt | 402 lt | 402 lt | 402 lt |
Yanacaq çəninin həcmi | 55 lt | 55 lt | 55 lt | 55 lt |
Yanacaq sərfi (qarışıq rejimdə)
| 8,5 | 8,5 | 8,5 | 9 |
Maksimal sürət | 170 | 170 | 170 | 180 |
Sürətlənmə (0-100 km) | 12,1 | 12,1 | 12,1 | 11,3 |
Ötürücü sistem | 6A/T | 6A/T | 6A/T | 6A/T |
Qiyməti | 17600 USD | 18700 USD | 20500 USD | 21900 USD |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
-
1 gün əvvəl
Son bir gündə vətəndaşların bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu
-
2 gün əvvəl
Neft Fondu dövlət büdcəsinə 3 milyard 620,3 milyon manat transfert edib
-
2 gün əvvəl
122, 160A, 193, 195 və 503 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarılıb
-
2 gün əvvəl
Azərbaycanın icmal büdcəsində 1 milyard 683 milyon manat profisit yaranıb
-
2 gün əvvəl
1 aprel tarixinə Azərbaycanın 5 milyard dollardan çox xarici dövlət borcu olub
-
2 gün əvvəl
Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolu tikilir - 40 MİLYON MANAT AYRILIB
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər

Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu

Dövlət büdcələrinin icrasına dair operativ məlumat
Ən çox oxunanlar

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”

Uber, Trendyol Go-nu satın almaq üçün danışıqlar aparır

Bankların adından Azərbaycan Prezidentinə müraciət ünvanlanıb

“Norm” şirkətində yığıncaq keçiriləcək

Quşçuluq şirkətinin direktoru vəzifədən azad ediləcək və yeni direktor təyin ediləcək
.jpg)