Azercell Biznes korporativ müştəriləri üçün yeni limitsiz internet təqdim edir
Biznesinizi 9.90 AZN-dən başlayan qiymətlərlə limitsiz internet paketlərilə genişləndirin(®️) Mobil internetə günbəgün artan tələbatı nəzərə alan Azercell Biznes korporativ abunəçiləri üçün ölkədə ilk dəfə tamamilə limitsiz internet trafikinə malik unikal təklifi təqdim edir. Korporativ abunəçilərin biznes ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan yeni GigaMax limitsiz internet paketləri sizə yüksək sürətlə və minimal gecikmə təminatı ilə internetdən istifadə etməyə, iri həcmli faylları yükləməyə və endirməyə, eləcə də, videokonfranslar keçirməyə imkan verir. Limitsiz İnternet paketləri trafikin həcmi ilə bağlı heç bir narahatlıq keçirmədən əlavə xərcsiz sadə və bəlli ödənişlə internetdən faydalanmaq deməkdir.
Ölkədə ilk dəfə Azercell Biznes tərəfindən təqdim olunan bu yeni məhsul mobil internetə olan fərqli tələblərin təminatı məqsədilə abunəçilərə 3 növ internet paketində təklif olunur:
GigaMax - sürəti 1Mbps gədər olan sərfəli və limitsiz internet paketi abunəçilərə aylıq cəmi 9.90 AZN-ə təklif olunur. Bu paket rahat şəkildə internetdə müxtəlif axtarışlar, onlayn yazışma proqramları, elektron poçtun idarə olunması və internetlə bağlı digər əsas biznes ehtiyaclarının qarşılanması üçün ideal seçimdir.
GigaMax+ istənilən yerdə daima ünsiyyətdə olmaq və işinizə nəzarət etmək üçün güvənə biləcəyiniz limitsiz internet paketidir. Bu paket aylıq cəmi 19.90 AZN ödəməklə sizə 5Mbps sürətə gədər internetdən faydalanmaq imkanı verir. GigaMax+ müxtəlif iri həcmli faylların paylaşılması və yüklənməsi, eləcə də, biznes səhifənizin sosial şəbəkələrdə idarə olunması üçün çox əlverişlidir.
GigaMax Pro - işinizin bütün tələblərini tam qarşılayan maksimal sürətli limitsiz internet paketi ayda cəmi 49.90 AZN müqabilində sizi ən yüksək sürətli və limitsiz internetlə təmin edir. Bu paket daxilində korporativ abunəçilər işlərinin uğuru üçün mobil internetin verdiyi bütün imkanlardan istənilən qədər yararlana bilər.
İndi Azercell Biznesin korporativ abunəçiləri özünə uyğun Limitsiz İnternet paketini seçərək yüklənən data həcmini düşünmədən sərhədsiz internet imkanlarından maksimum yararlanacaq. Belə ki, internetlə bağlı məhdudiyyətlərin olmaması sizə trafikin həcmi ilə bağlı heç bir narahatlıq keçirmədən mobil internet xərclərinə nəzarət etməklə işinizi rahat şəkildə idarə etmək imkanı verəcək.
Gigamax limitsiz internet paketlərini seçməklə Azercell Biznes abunəçiləri öz bizneslərinin daha da rəqəmsallaşmasına səmərəli və effektiv şəkildə dəstək verə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
14 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
20 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























