Azərbaycan və dünya kapital bazarlarına dair təhlillər
"Unicapital İnvestisiya Şirkəti" ASC investorları üçün Azərbaycan və dünya kapital bazarlarında baş verən, gözlənilən maraqlı hadisələrlə bağlı təhlillər hazırlayıb.
Marja təhlilləri təqdim edir.
Qeyd edək ki, təhlilər "Unicapital İnvestisiya Şirkəti"nin analaitiklərinə məxsusdur və tövsiyə xarakterlidir.
-Azərbaycanın kapital bazarındakı vəziyyət:
Maliyyə Nazirliyinin istiqrazının yerləşdirilməsi üzrə hərrac:
Sonuncu 12 yanvar 2021-ci il 1 illik hərrac zamanı əvvəlcədən 20 milyon AZN təklif olunacağı elan olunmuşdur. Hərrac zamanı 20 milyon təklif qarşılığında 16 investor tərəfindən 27 sifariş olmaqla tələb 98,04 milyon olub. Sifarişlərin gəlirlik intervalı isə 5,79- 10,03% aralığında dəyişib. Yerləşdirmənin nəticəsinə gəldik də, keçirilmiş sonuncu 1 illik hərrac zamanı 30 milyon AZN vəsait orta gəlirlik 5,94% olmaqla yerləşdirilib.
Bu həftə Maliyyə Nazirliyi 19 yanvar tarixində 2 illik istiqrazın yerləşdirilməsi üzrə hərrac keçiriləcəyini elan edib. Sifarişlər üzrə təklif olunan həcm isə 50 milyon AZN olaraq göstərilib. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Düşüncələrimiz:
Ölkədə inflyasiya səviyyəsinin aşağı olması və eyni zaman da Covid-19 pandemiyasının iqtisadiyyata vurduğu ziyanı və yaranmış neqativ iqtisadi artımın fəsadlarının aradan qaldırılması üçün, bir müddət Mərkəzi Bankın uçot faiz dərəcəsini aşağı saxlayacağını, inflyasiyanın aşağı qaldığı təqdirdə isə onu bir qədər də azaldacağını proqnoz etmək olar.
“Whatsapp” – ı “Signal”-a dəyişək?
Ötən həftə Facebook şirkətinin sahub olduğu Whatsapp tətbiqi istifadəçilərinə dair məlumatları ana şirkəti ilə bölüşəcəyinə dair açıqlama etdikdən sonra bu bir çox istifadəçiləri hiddətə gətirdi. Twitter platformasında İlon Mask özünün 42 milyon izləyicisinə alternativ platforma olan Signal platformasına keçməyi təklif etdi.
Bu Facebook üçün nə qədər önəmli ola bilər? Analitik şirkət olan Apptopia bu məlumat yayıldıqdan sonra insanların elə əvvəl olduğu kimi Whatsapp da eyni zaman keçirdiklərini qeyd edir. Əslində bu cür dəyişikliklər mütəmadi olaraq bir neçə ildən bir baş verir. Facebook şirkəti mütəmadi olaraq bu cür dəyişikliklər etməklə öz servisinin əhatə etdiyi Whatsapp, İnstagram və Facebook Messengerdən daha çox gəlir əldə etməyə çalışır. Hər dəfə məlumatların toplanılaraq reklam məqsədləri üçün istifadə olunması halı baş verdikdə istifadəçilər hiddətlənir,amma üstündən bir az zaman keçdikdən sonra isə əvvəlki qayda da proqram təminatından istifadə etməyə davam edirlər.
Təbii ki, bir çox insanlar digər danışıqları şifrələyən proqramlar olan Telegram və Signal proqramlarından istifadəyə keçirlər. Bu bir həftə ərzində Whatsapp in yeni qaydalar elan etdiyi andan etibarən Apptopia şirkətinin araşdırmalarına görə Signal 1,6 milyon dəfə yüklənib. Bu istifadəçilərin Whatsapp şirkətini istifadə etdikləri avadanlıqdan sildikləri anlamına gəlməməlidir. Signal proqramı yaxşı alternativdir, Belə ki, o müştərilərə dair daha az məlumatları qeydə alır. Keçən il proqramın yaradıcısı Moxie Marlinspike ABŞ dövlətinin hüquqi yolla proqram məlumatlarına giriş əldə etdiyi halda həmin məlumatların yalnız hesabın hansı tarixdə açılmasını və sonuncu dəfə nə zaman istifadə olunmasından ibarət olduğunu öz bloqunda qeyd etmişdir.
Whatsup yazışma məlumatlarını oxuya bilməsə də, sizin kiminlə nə zaman əlaqə saxladığınızı, sonuncu dəfə kiminlə ünsiyyyətdə olduğunzu, nə qədər zaman keçirdiyiniz kimi məlumatları əldə edə bilir. Amma 2016-cı ildən bu tip məlumatları Whatsapp şirkəti artıq Facebook ilə bölüşürdü. Yeni qaydalar sizin öz məlumatlardan istifadə edərək Whatsapp üzərindən nə kimi biznes aparan şirkətlərlə əlaqədə olduğunuzu və həmin şirkətlərin bu məlumatları Facebook ilə bölüşməsinə dairdir. Bu yolla Facebook şirkəti Whatsapp istifadəçilərinin məlumatlarından istifadə etməklə reklam əsasında daha çox gəlir əldə etməyə çalışır. Noyabr ayında 1 milyard dollara şirkətlərə müştərilərin danışıqlalarını idarəetməyə imkan verən proqram şirkəti olan Kustomer İnc əldə etməsi ilə bağlı danışıqlar bu işdə Facebooka yardımçı olacaq.
Whatsapp in yeni qaydalarını qəbul etməkdən imtina edən müştərilər gələn aydan etibarən bu proqramdan istifadə edə bilməyəcəklər. Whatsapp istifadəçilərindən bəziləri yeni alternativ platformalara keçsələr də onların tam olaraq bu proqramdan imtina etmələrinə dair məlumatlar yoxdur. Belə ki, əksər insanlar Whatsapp-dan istifadə etdiyi üçün insanların kütləvi olaraq bu proqramdan imtina etməsi qeyri mümkün görsənir. Belə ki, Apptopia son hadisələrdən sonra belə Signalın gündəlik istifadəçilərin sayının 8,3 milyon, Telegramın 44 milyon olduğu halda Whatsapp üçün bu rəqəmin 2 milyard təşkil etdiyini qeyd edir. Bu həftənin əsas hadisələri:
- 18 yanvar: Çinin ÜDM-i , artıq dərc olunub 2020-ci ilin 4-cü rübü üçün 6,5% (gözlənti 6,2% idi)
- 20 yanvar : Baydenin inaqurasiyası
- 21 yanvar :Avropa Mərkəzi Bankının görüşü
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
18 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
26 d. əvvəl
“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək
-
-
55 d. əvvəl
600 kiloqram və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal investorlar və regionun aparıcı startapları “Baku ID 2026”da bir araya gələcək ®
-
1 saat əvvəl
“Unicapital” dövriyyəsini 3,6 dəfə, “İnvest-Az” isə 3 dəfə artırıb - Birja üzvlərinin yeni reytinqi
-
1 saat əvvəl
Bakı Fond Birjasında dövriyyə 15,2 milyard manat azalıb - 35%-LİK GERİLƏMƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək
600 kiloqram və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
Neft işçilərinə özəl - 3% ENDİRİMLİ, KOMİSSİYASIZ KREDİT ®
Qlobal investorlar və regionun aparıcı startapları “Baku ID 2026”da bir araya gələcək ®
“Unicapital” dövriyyəsini 3,6 dəfə, “İnvest-Az” isə 3 dəfə artırıb - Birja üzvlərinin yeni reytinqi
Kəlbəcərdə 1 milyon unsiyalıq qızıl yatağında ilk partlayış
İnvestorlara 7 illik vergi və gömrük güzəşti – ŞƏRTLƏR
Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq - Tonuna 600–2 000 manat subsidiya
Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK
Sərhədyanı ərazilərdə fermerlərə daha yüksək subsidiya veriləcək
2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyənlərə subsidiya 50% azaldılacaq


























